Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsgərlər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Balıq-əsgərlər
Piyada əsgərlər
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.
Kubadan qayıdan əsgərlər
Kubadan qayıdan əsgərlər (Katalanca: Desembarcament de soldats procedents de Cuba) — Kağız üzərində işlənən, ölçüləri 38.4 sm × 55.4 sm olan, kataloniyalı rəssam Lluis Qranerin hazırladığı rəsm əsəridir. Hal-hazırda rəsm əsəri Barselonada yerləşən Kataloniya Milli İncəsənət Muzeyində sərgilənir. İnvster nömrəsi 026775-D-dir və 1911-ci ildən Kasellas kolleksiyasına daxil edilmişdir. == Tarixi == Rəsm əsəri 1898-ci ildə baş verən İspan-Amerikan müharibəsində iştirak edən ispan əsgərlərini və onların hücumlarını, onların cavab həmlələrini özündə əks etdirir. Kuba müharibəsi kimi tarixə düşən müharibə 10 dekabr 1898-ci ildə baş vermişdir və Paris sazişləri vasitəsilə nəticələnmişdir. Sazişlərə əsasən, Amerika Birləşmiş Ştatları Kubanı, Filippini, Puerto-Rikonu və Quamı özündən asılı vəziyyətə salmışdır. == İstinadlar == == Biblioqrafiya == Palomero Caro, Rafael; Pérez Rodríguez, Josep Maria. Histocard 2. Contemporary history of Catalonia and of Spain. Collection Minimanual, núm.
Əsgərlər unudulanda ölürlər
Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film. Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır. Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır. Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir. Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur. Ssenari müəllifi: Arif Əliyev Rejissor: Rövşən Almuradlı Baş operator: Rafiq Əliyev Bəstəkar: Vaqif Gərayzadə Montaj və qrafika: Pərviz Səlimov İcraçı direktor: Nicat Məmmədov Prodüser: Arif Əliyev 20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir.
Əsgərlər unudulanda ölürlər (film, 2018)

Bir-iki, əsgərlər getdi... (film, 1976)
Bir-iki, əsgərlər getdi... (rus. Аты-баты, шли солдаты…) — ukraynalı kinorejissor Leonid Bıkovun 1976-cı ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Podbednyanın kiçik stansiyası Sovet İttifaqının digər stansiyalarından fərqlənmir. İkinci Dünya müharibəsində burada ağır döyüşlər baş verdi. İndi Qələbə ilə buranı tanıyan qohumları buraya gəlir, ancaq onu görə bilmirlər.