Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Chelon
Chelon (lat. Chelon) — kefallar fəsiləsinə aid balıq cinsi.
Chelon haematocheilus
Liza haematocheilus (lat. Liza haematocheilus) – liza cinsinə aid heyvan növü.
Euhelop
Euhelop (лат. Euhelopus) — Ot yeyən dinozavr olaraq Sauropoda infradəstəsinə aiddir. Onlar Təbaşir dövrünün əvvələrində (130–112 milyon il əvvəl) yaşamışlar. Asiya ərazisində yayılmışlar. Qalıqları isə Çinin Şandun vilayəti aşkarlanmışddır. Çəkiləri 15–20 ton (bəzi mənbələrdə 4 ton hesab edilir), yetkin fərdlərin hündürlüyü 12–15 m olmuşdur, а длина шеи до 5 метров. Cinsin əsas tipik növü:Euhelopus zdanskyi. Onların hazırda skleti İsveçin Uppsala şəhər muzeyində saxlanılır.
Əcəlin təntənəsi
Əcəlin təntənəsi (nid. De triomf van de dood) — 1562-ci ildə Böyük Piter Breygel tərəfindən yağlı boya ilə çəkilmiş panel-rəsmi. 1827-ci ildən bəri əsər, Madridin Prado muzeyində saxlanılır. == Təsviri == Rəsmin panoraması bizə qaranlıq, viran edilmiş mənzərənin fonunda ətrafa dağıntı saçan skelet ordusunu sərgiləyir. Uzaq məsafədə alovlar yanır, dəniz isə gəmi qalıqları ilə örtülmüşdür. Təpələrin üzərinə səpələnmiş bir neçə ağacın yarpaqları, başqa sözlə bitki örtüyü yoxdur ; balığın gölməçədə boğulmuş cəsədi sahilin kənarında çürüyür. İncəsənət tarixçisi Ceyms Snayderin vurğuladığı kimi “Göz önünə gətirilə biləcək gədər, hər hansı bir həyattan mərhum, yanmış, sonsuz yer.” Bu vəziyyətdə çoxlu sayda skelet qorxudan qaçıb canlarını xilas etməyə çalışan ya da nəticəsiz şəkildə əks mübarizəyə cəhd etmək istəyən canlıların üzərinə irərləyirlər. Ön planda skeletlər kəllə ilə dolu araba daşıyırlar ; yuxarı sol küncdə, digərləri zınqırovla dünyanın “Cənazə zəngini” çalırlar. İnsanlar xaçlarla bəzədilmiş, məzara bənzər tələyə salınıblar, atın belindəki skelet isə insanları oraqla qətl edir. Əsər sosyal mənşəyi müxtəlif olan adamları təsvir edir – kəndlilər və əsgərlərdən tutmuş, zadəganlara kimi, eləcə də kral və kardinal da - ayrı-seçkilik salınmadan əcəl tərəfindən ölümə götürülürlər.Skelet Hurdy Gurdy çalaraq insan xoşbəxtliyini təqlid etdiyi sırada, onun arabasının təkərləri, altındakı adamı bir heçmiş kimi əzir.