1. hərb. Cəbhə dərinliyində və ya girintili-çıxıntılı vəziyyətdə mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsi.
Bir neçə gün idi ki, hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər.
2. hərb. Kütləvi surətdə minik daşıyan qoşun qatarı, əsgəri qatar.
Biz Şahtaxtıda ikən Sparskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi.
3. Ümumiyyətlə, müəyyən yerə gedən dəmiryol, yük və ya minik qatarı.
…Gətirilən taxta-dirək eşelonu bu gün Təzəşəhərə çatmışdı.