Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kənəfvari eupator
Kənafvari asırqalotu (lat. Eupatorium cannabinum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir. Toxumcaları 3 mm uzunluqda, dar uzunsov, 5 tinli, tünd rəngdədir; kəkili toxumcadan bir qədər uzundur. Yarpaqları çox qısa saplaq üzərində qarşı-qarşıya yerləşmiş, aşağı tərəfdə yerləşənlər bir qədər daha sıx və yumşaqtükcüklüdür; aşağı yarpaqları üç hissədən ibarətdir, seqmentləri neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, ucu sivri, kənarları isə mişarvari-dişlidir. Yuxarı yarpaqları sadə, neştərvari və yaxud yumurtaşəkilli-neştərvaridir, nadir halda gövdə üzərində bütün yarpaqlar bütöv olurlar.
IONIS Education Group
IONIS Education Group (fr. Groupe Ionis) — fransız tədris istehsalçısı. 1980-ci ildə yaradılan qrupda 29 məktəb var. 2023-cü ildə 35 min şagird və 100 min məzun var.
Times Higher Education
"Times Higher Education" ("THE"), əvvəlki adı: "Times Higher Education Supplement" ("THES") — ali təhsil xəbərləri və digər məsələləri barədə ixtisaslaşmış həftəlik jurnal. Redaksiyası Londonda yerləşir.
Times Higher Education World University Rankings
"Times Higher Education World University Rankings" — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri.
Times Higher Education–QS World University Rankings
"Times Higher Education–QS World Universiteti Rankings" — 2004-2009-cu illərdə Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == İlk dəfə bu reytinqin hazırlanması 2004-cü ildə təşkil edilmişdir. Həmin vaxt Böyük Britaniyanın "Times Higher Education Supplement" qəzeti ilə xaricdə təhsil və tədris üzrə ixtisaslaşmış "Quacquarelli Symonds" (QS) şirkəti əməkdaşlıq edərək ali məktəblərin beynəlxalq reytinqini təşkil edirlər. Həmin ildən başlayaraq qəzetin "Times Higher Education Supplement" adı dəyişdirilərək "Times Higher Education" olur və qəzet jurnal formatında çıxmağa başlayır. 2004-2009-cu illər arasında hər il aparılan dünya universitetlərinin reytinqi "Times" jurnalında dərc olunur: Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2004) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2005) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2006) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2007) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2008) Ən yaxşı ali məktəblərin siyahısı (THE–QS, 2009) Lakin son zamanlarda bir çox universitetlər "Times" və "QS"-in birgə apardığı reytinq metodologiyasından narazı qaldıqlarını bildirir, onları qeyri-şəffaflıqda ittiham edirlər. Nəticədə 2009-cu ildə "Times Higher Education" jurnalı "Quacquarelli Symonds" şirkətindən ayrılaraq "Thomson Reuters" şirkəti ilə müqavilə imzalayır.