Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekskursiya
Ekskursiya (lat. excursio — gəzinti, səfər) — maraq doğuran bölgələrin maarifləndirici, elmi, idman və ya istirahət məqsədi ilə tək və ya kollektiv şəkildə baxışın təşkili. Səfər tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Obyektin seyr ediməsi tək və ya xüsusi bələdçinin köməyi ilə ola bilər. İlk ekskursiyalar XVII əsrin sonu, XVIII əsrin əvvəllərində böyük maarifçilərin təsiri altında Avropanın bəzi təhsil ocaqlarında təşkil edilmişdir. Həmin dövrlərdə tələbələr üçün qısa ekskursiya və piyada gəzintilər təşkil edilməyə başlanır. Bütün bunlar məşhur Polşa pedoqoqu Yan Komenskinin üsulu ilə, əyaniliyi təmin etmək və tərbiyə məqsədi ilə edilirdi. XVII əsrdə Rusiyada tanışlıq məqsədilə gəzmək, öyrənmək üçün səyahət edənlərin sayı artır və XVIII əsrdə xarici ölkələrə səyahətlər təşkil olunurdu. XVIII əsrdə Sankt-Peterburq və Moskva şəhərləri haqqında, XIX əsrdə isə Avropa ölkələrinin paytaxtları barədə, bələdçi-məlumat kitabları nəşr olunur. 1829-cu ildə səyahətçilər üçün bələdçi-məlumat kitabı nəşr olunur.
Ekskursiya Xidmətləri və Turlar üzrə Beynəlxalq Assosasiya
Diskurs pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. == Yaranma tarixi == Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.
Diskurs icması
Diskurs icması — əsas dəyərlər və fərziyyələr kimi başa düşülən bir sıra diskursları paylaşan insanlar qrupu və bu məqsədlərlə bağlı kommunikasiya yolları. Linqvist Con Sueyls diskurs icmalarını "hədəfləri və ya məqsədləri olan, bu məqsədlərə çatmaq üçün ünsiyyətdən istifadə edən qruplar" kimi təyin etmişdir. Diskurs icmasının bəzi nümunələri müəyyən bir akademik jurnalı oxuyan və/və ya ona töhfə verənlər, ya da Madonna pərəstişkarları üçün e-poçt siyahısının üzvləri ola bilər. Hər bir diskurs icmasının nəyin deyilə biləcəyi və necə deyilə biləcəyi ilə bağlı öz yazılmamış qaydaları var. Məsələn, jurnal "Diskurs ən gözəl anlayışdır" iddiası ilə məqaləni qəbul etməyə bilər. Digər tərəfdən, e-poçt siyahısının üzvləri Madonnanın son sinqlı freydist cəhətdən qiymətləndirə və ya qiymətləndirməyə bilər. Əksər insanlar hər gün müxtəlif diskurs icmalarının daxilində və arasında fəaliyyət göstərirlər. Diskurs icmasının özü qeyri-maddi olduğuna görə onların fəaliyyət göstərdiyi forumlar baxımından diskurs icmalarını təsəvvür etmək daha asandır. Hipotetik jurnal və e-poçt siyahısı hər biri forumun nümunəsi, ya da "diskurs icmasının fəaliyyətinin konkret, lokal təzahürü" kimi görünə bilər. == Diskurs icmasının dizaynı == Diskurs icmasının dizaynı üçün geniş istifadə olunan bir vasitə xəritədir.