Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekspozisiya
Ekspozisiya (lat. expositio — nümayiş etdirmək) aşağıdakı mənalarda işlənə bilər: Ekspozisiya (sərgi) — incəsənət nümunələrinin sərgilənməsi; Ekspozisiya (ədəbiyyat) — əsərin qəhrəmanlardan və baş verən hadisələrdən bəhs edən hissəsi; Ekspozisiya (musiqi) — musiqi əsərinin əsas musiqi mövzularının göstərildiyi və növbəti hadisələrin yarandığı hissəsi; Ekspozisiya (foto) — işığahəssas materialın işığın təsirindən sonra şəkli göstərməyə yararlılıq səviyyəsini xarakterizə edən kəmiyyət ölçüsü; Multiekspozisiya Ekspozisiya dozası — işıq şüalanmasının kəmiyyətini onun ionlaşma dərəcəsi əsasında xarakterizə edən, işığın havaya təsirinin kəmiyyət ölçüsü; Yamacın ekspozisiyası — elementar yamacın fəza istiqamətini xarakterizə edən relyefin morfometrik xarakteristikalarından biri (şərqə doğru yönəlmə səviyyəsi).
Ekspozisiya (ədəbiyyat)
Ekspozisiya — Əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəmin sözləri ilə ifadə olunur. Süjet xətinin yuxarıda verilən qrafik ifadəsindən göründüyü kimi, ekspozisiya hadisələrin başlanğıcı ilə əlaqədardır. Yazıçı əhvalatı danışmağa başlamazdan əvvəl həmin hadisənin başvermə şəraiti, mühiti haqqında bu və ya digər şəkildə məlumat verir və bununla da hadisələrin necə cərayan edəcəyinə, sonrakı inkişafına işarə edir. Bu isə süjet xəttinin ekspozisiya mərhələsi adlanır. Başqa sözlə, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissəyə ekspozisiya deyilir. Ekspozisiya müxtəlif əsərlərdə özünü müxtəlif şəkildə göstəririr. Bəzi əsərlərdə yazıçı ekspozisiyanı çox konkret, bir neçə əlaməti göstərməklə verir. Bəzən isə yazıçı ekspozisiya üzərində geniş dayanır, hadisənin yarandığı zəmini oxucuya ətraflı çatdırır. Hadisələrin geniş təsvirini verən irihəcmli əsərlərdə ekspozisiya daha aydın nəzərə çarpır.
Tur Heyerdal Ekspozisiya Muzeyi
Tur Heyerdal Ekspozisiya Muzeyi — Qərb Universitetində fəaliyyət göstərən muzey. Qərb Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzidir. Muzey 2014-cü ildə yaradılmışdır. Belə ki, həmin ilin 12-20 may tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində universitetdə sərgi otağının rəsmi açılışı olmuşdur. Muzeyin yaradılmasında "Azerbaijan İnternational Magazine" jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olmuşdur. Muzey universitetin əsas binasının ikinci mərtəbəsində yerləşir. Burada alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları toplanmışdır.
Ekspedisiya
Ekspedisiya — xüsusi olaraq elmi və ya hərbi məqsədlə təyin olunmuş səyahət. və ya idman ekspedisiyası (alpinistlərin dağ ekspedisiyası). Ekspedisiya – [lat. expeditio – qaydaya salma] 1) göndərmə, yollama; 2) poçtda: mətbuatı, məktub və teleqramları göndərən şöbə; 3) dövri mətbuatı abunəçilərə göndərən; 4) bəzi idarə və müəssisələrdə rəsmi məktubları qəbul edən və göndərən, həmçinin malları yola salan şöbə; 5) elmi-tədqiqat və başqa məqsədlərlə edilən səyahət, səfər; 6) uzaq rayonlara axtarış, kəşfiyyat, təhqiqat məqsədilə yollanan bir qrup şəxs; 7) mülki hüquqda müqavilə növü, bu müqaviləyə görə bir tərəf (ekspeditor) digər tərəfin (müştərinin) hesabına və onun adından müştəriyə məxsus olan yükləri göndərməyi, yaxud onun ünvanına daxil olmuş yükü almağı, müştəri isə bu iş üçün müəyyən haqq verməyi öhdəsinə götürür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Araz (arxeoloji ekspedisiya)
"Araz" Arxeoloji – Etnoqrafik Ekspedisiyası – AMEA Tarix İnstitutunun Naxçıvan şəhəri yaxınlığında, Araz çayı üzərində SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə 1968-ci ildə təşkil etdiyi kompleks ekspedisiya. == Fəaliyyəti == Üç dəstədən ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük tarixi əhəmiyyəti olan Xarabaşəhər, Astabad, Bulqan, Təzəkənd, Qaraçuq, Qızılburun, Qaraxanbəyli, Böyükdüz, Şahtaxtı və digər abidələri tədqiq etmişdir. Azərbaycan mütəfəkkiri Nəiminin vətəni olan Astabad şəhərində, habelə, XIX əsrin əvvəllərində Qacarlar sülaləsindən olan Azərbaycan hakimi Abbas Mirzənin tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr və Muncuqtəpə yaşayış yerlərində qazıntılar aparılmışdır. Astabad şəhər qalıqlarında aparılmış arxeoloji tədqiqatlar nəticəsində şəhərin tarixinə dair bir sıra məsələlər aydınlaşdırılmış və onun yaşayış məskənləri, istehsal mərkəzi aşkara çıxarılmışdır. Xarabaşəhərin Naxçıvan şəhərindən səkkiz km cənubda yerləşən Qaraçuq kəndi yaxınlığındakı qalıqlarında aparılan tədqiqatlar nəticəsində yaşayış evləri, son orta əsrlərin (XIV – XVII əsrlər) təsərrüfat həyatı və mədəniyyətinə aid zəngin faktlar aşkar edilmiş, dəmirçixana, 20 kvadratmetrlik emalatxana, dəmir ərintisi nəticəsində alınmış dəmir pasası, istehsalı başa çatdırılmamış kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin hissələri tapılmışdır. Ekspedisiya II Kültəpə yaşayış yerində də tədqiqat işləri aparmış, e.ə. II – I minilliyin əvvəllərinə aid mədəni təbəqələrdən qala divarının bünövrəsi, tikinti qalıqları, sadə və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.
Britaniya Ekspedisiya Qüvvələri
Britaniya Ekspedisiya Qüvvələri (ing. British Expeditionary Force; BEF) — İkinci Dünya Müharibəsi illərində 1939–1940-cı illərdə general Lord Con Qortun komandanlığı altında Avropada fəaliyyət göstərən Britaniya Silahlı Qüvvələrinin korpusu. Müttəfiq qüvvələrlə birlikdə Fransa və Belçikada Vermaxt qüvvələrinə qarşı döyüşmüşdü. == Tarixi == Britaniya Ekspedisiya Qüvvələri 1938-ci ildə Avstriyanın ilhaqından və 1939-cu ilin martında Çexoslovakiyanın işğalından sonra nasist Almaniyasının gözlənilən müharibə təhlükəsinə cavab olaraq yaradılmışdır. Böyük Britaniya və Fransa Polşaya təhlükəsizlik zəmanəti verdi və sonuncu alman ordusunun ərazisini işğal etdikdən sonra 3 sentyabr 1939-cu ildə Almaniyaya müharibə elan etdi. BEP-lər 1939-cu ilin sentyabrında Fransaya göndərildi və "Qəribə müharibə" adlanan dövrdə Fransa-Belçika sərhədi boyunca mövqe tutdu. 1940-cı ilin may ayına qədər BES hərbi əməliyyatlar aparmadı. 10 may 1940-cı ildə tam miqyaslı alman hücumu başladı, nəticədə BEQ Fransa və Belçikanın şimal-şərq hissəsində Fransız, Belçika və digər müttəfiq qüvvələrin hissələri ilə birlikdə kəsildi və sonradan evakuasiya edildi. Britaniya adaları. Dunkerkdə mühasirəyə alınmış və əsasən evakuasiya edilmiş şimal qruplaşmasına əlavə olaraq, cənub da (51-ci Şotland dağlıq diviziyası, Saint-Valery-en-Caux-da 10 min nəfər arasında tutulmuş) var idi.
Çinin Aya ekspedisiya proqramı
Çinin Aya ekspedisiya proqramı — Çin Milli Kosmos Administriyasının idarəçiliyində Aya edilən robotlaşdırılmış ekspedisiyalardır. Chang'e 1 gəmisinin fəaliyyəti 24 oktyabr 2007-ci ildə, Chang'e 2 gəmisinin fəaliyyəti isə 1 oktyabr 2010-cu ildə başladılıb. Chang'e 3 gəmisi 1 dekabr 2013-cü ildə fəaliyyətə başladı və 14 dekabr 2013-cü ildə Aya endi. Çinin Aya missiyalarının insanın Aya göndərilməsinə hazırlığı olaraq hesab edilir. Belə bir səyahət 2025–2030-cu illərdə baş verə bilər.