1. Müxtəlif şeylərin, materialların və s.-nin müəyyən qayda üzrə yerləşdirilməsi, düzülüşü, qoyuluşu. Sərginin düzgün ekspozisiyası.
// Tamaşa edilmək üçün müəyyən qaydada, müəyyən sistemdə düzülmüş, yerləşdirilmiş, qoyulmuş şeylərin özü. Muzey ekspozisiyası. Sərgi ekspozisiyası.
2. Ədəbi əsərlərdə: əsas süjetin inkişafından qabaq olmuş keyfiyyətləri, hadisələri izah edən giriş hissə. Tragediyanın ekspozisiyası.
// Musiqi əsərinin, əsas mövzuların ifadəsindən ibarət olan birinci hissəsi.
Ekspozisiyada, çalınmış temalar arasındakı kontrast, sonata formasının məhz inkişaf bölməsində daha qabarıq bir şəkildə aşkara çıxarılır.
3. fot. Şəkil çəkərkən fotoaparat obyektivinin açıq qalmalı olduğu müddət.
□ Ekspozisiya vermək – fotoplyonkasını müəyyən vaxt işıq təsiri altında saxlamaq.