Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çennay ekspresi
Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır. == Süjet xətti == Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı.
Busan ekspresi (film, 2016)
Busan ekpresi (Hanqıl: 부산행; RR: Busanhaeng) — 2016-cı ildə istehsal olunmuş zombi kateqoriyasındakı qorxu filmi. Rejissoru Yeon Sang-ho və baş rollarda Gong Yoo, Jung Yu-mi və Ma Dong-seok iştirak etmişdir. Filmin dünya premyerası 2016 Cannes Film Festivalında Gecə Sessiyasında reallaşdırılmışdır. 7 Avqustda 10 milyon film izləyicisi ilə 2016-cı ildə efirlərə çıxarılmış və tamaşaçı rekordu qırmış ilk Koreya filmi olmuşdur Filmdən bir ay sonra Seul Station adlı cizgi filmi istehsal edilmişdir. == Süjet xətti == Dağıdıcı bir virus Cənubi Koreyanı öz təsiri altına almışdır. Bu vaxt Seuldan Busana gedən qatardakı sərnişinlər sağ qalmaq üçün mübarizə aparırlar.
Gecəyarısı Ekspresi (film, 1978)
Gənc amerikalı turist Billi Heyz sevgilisi Syuzan ilə Türkiyəyə tətilə gəlir. Heyz dostlarına satıb pul qazanmaq üçün ölkəsinə qayıdarkən özü ilə iki kiloqram xaşxaş götürməyə çalışır. İntiharçı kimi bədəninə yerləşdirdiyi kiçik narkotik paketləri təyyarəyə minərkən ani təhlükəsizlik axtarışından sonra polis tərəfindən tapılır və onun İstanbul Sağmalcılar Həbsxanasında həbs həyatı başlayır. == Film haqqında == 2004-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı kitabdan uyğunlaşdırılmış filmin ssenari müəllifi Oliver Stoun çəkiliş zamanı yazdıqlarını həddindən artıq dramatikləşdirdiyini etiraf edib və üzr istəyib.Billi Heyz film haqqında danışarkən filmin reallığı əks etdirmədiyini və filmdə göstərilən Türkiyə imicinə görə peşmanlıq hiss etdiyini bildirib.
Çennay ekspresi (film, 2013)
Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır. == Süjet xətti == Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı.
Busan ekspresi 2 Yarımada (film, 2020)
== Süjet xətti == Cənubi Koreyada başlayan naməlum virus epidemiyası qısa müddətdə yüz minlərlə insanı zombiyə çevirir. Qonşu ölkələr axının qarşısını almaq üçün yarımadanı blokadaya salır, bütün su və quru sərhədlər ciddi nəzarətə götürülür. Hadisələrdən 4 il ötür. Cənubi Koreya tam olaraq ətrafdan təcrid olunub, şəhərlər və qəsəbələr viran qalıb. Sağ qalanların olub-olmaması heç kimə bəlli deyil. Vaxtında təxliyə olunan, ancaq gəmidə yaşanan fors-major nəticəsində bacısı və bacısı oğlunu itirən kapitan Çon-suk Honkonqda qaçqın statusuyla yaşayır. Bacısının əri də onunla bir düşərgədə qalsa da, ailəsini qoruya bilmədiyi üçün ona nifrət edir. Bir gün yerli mafiya bossu onların hər ikisini çağırtdıraraq, inanılmaz bir təklif edir: o, zombilərlə qaynaşan İnçhondan içi pulla dolu yük maşınını gətirənə 20 milyon dollar mükafat söz verir...
Maxaraca ekspressi
"Maxaraca ekspressi" — Asiyanın ən bahalı qatarı == Marşrutu == "Maxaraca ekspressi" bütün Hindistan boyu hərəkət edir. Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər. == Qiyməti == Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdir. Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə aldıqda 99% hindli bu səyahətdən yararlanmaq imkanına malik deyil. == Quruluşu == Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib. == Münasibət == Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür.
Abstrakt ekspressionizm
Abstrakt ekspressionizm (ing. abstract expressionism) — amerikan rəssamlığında II Dünya Müharibəsindən sonra ortaya çıxan və Nyu-Yorkda yaranan rəssamlıq hərəkatı. Abstrakt ekspressionizm termini amerikan rəssamlığına ilk dəfə 1946-cı ildə rəsm tənqidçisi Robert Kotes (1897-1973) tərəfindən aid edilmiş, lakin ilk olaraq 1919-cu ildə "Der Sturm" jurnalında alman ekspressionizmini ifadə etmək üçün işlədilmişdir. ABŞ-də bu termini ilk dəfə 1929-cu ildə Alfred Barr Vasili Kandinskinin əsərlərini təsvir etmək üçün istifadə etmişdir.Abstrakt ekspressionizm qeyri-həndəsi ştrixlər, böyük fırçalar istifadə edərək, emosiyaları tam üzə çıxarmaq üçün bəzən rəngləri kətan üzərinə damladaraq sürətlə və böyük lövhələrdə rəsm çəkən rəssamların məktəbi və ya hərəkatıdır. Bu hərəkatda ekspressiv rəngləmə metodu rəsm çəkməklə eyni mənanı daşıyır. Belə yaradıcılıq üslubunda rəssamın məqsədi öz daxili dünyasını, şüuraltını məntiqi təfəkkürlə izah edilməyən xaotik formalarda qəfil ifadə etməkdir. Bu hərəkatın ilkin fazası olan abstrakt sürrealizm (abstract surrealism) 1940-cı illərdə Andre Bretonun ideyaları əsasında yaranmışdır. Onun əsas tərəfdarları amerikan rəssamları Hans Hofman, Arşil Qorki, Adolf Qotlib və başqaları idilər. 1950-ci illərdə Cekson Pollok, Mark Rotko və Villem de Kuninqin bu hərəkatın başına keçməsilə o geniş miqyas qazandı. Minimalist rəssam Aqnes Martin də özünü abstrakt ekspressionist adlandırırdı.
Ekspressionizm
Ekspressionizm (fr. expressionnisme – ifadə) — XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində ədəbi cərəyan. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçi etirazının ifadəsi kimi meydana gəlmiş, Birinci dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Subyektiv idealizm-ə saslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı. Poeziyada ekspressionizm (İ.Bexer, F.Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıqaludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. Frans Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. Cərəyan məşhur dramaturqlar V.Hazenklever, G.Kayzer, K.Şternheym, E.Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir. == Azərbaycanda ekspressionizm == Qobustan sal qayaları üzərində yallı tutanların ilk baxışda bəsit, sxematik görünən təsvirlərini araşdıranda məlum olur ki, sənətkar rəqqasların qol-qıçlarını hədsiz dərəcə uzatmaqla onların ildırım sürətli hərəkətini təcəssüm etməyə nail olmuşdur.
Ekspert
Ekspert (lat. expertus — təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi. == Həmçinin bax == Ekspert sistemlər == Mənbə == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekspert sistemlər
Ekspert sistemlər - konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda və 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb.1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr von Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub. 2005-2006-cı illərdə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda aparıcı ekspert kimi işləmişdir.2004-2010-cu illərde Qərb Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professor vəsifəsində çalışmışdır.