Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eksternat
Eksternat – məktəb proqramı kursunu ekstern yolu ilə (kənarda olmaq üsulu ilə) keçərək imtahan vermə üsulu. Ekstern – [lat. externus – xarici] hər hansı bir təhsil müəssisəsində oxumadan kənarda hazırlaşaraq orada imtahanlarını verən adam. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekstranet
Ekstranet – şirkətdaxili məqsədlər üçün istifadə olunan, eləcə də korporativ informasiyanın və korporativ tətbiqi proqramların bir hissəsini şirkətin iş partnyorlarına verən, İnternet texnologiyalarına əsaslanan korporativ (özəl) şəbəkə. Belə şəbəkədə təhlükəsizlik məsələləri intranetlə müqayisədə daha ciddi qoyulur. Ekstranet şəbəkəsi üçün istifadəçinin tanınması (AUTHENTICATION) və ona hansı səlahiyyətlərin verilməsi xüsusilə vacidbir, çünki o, şirkətin əməkdaşı olmaya da bilər. Ekstranet şəbəkəsində yalnız şirkətin səlahiyyətli işçilərinin istifadə edə bildiyi və qapalı materialların yerləşdirildiyi korporativ portallar tətbiq edilir. Bundan başqa, ekstranetdə İnternetin elektron poçt (ELECTRONIC MAIL), FTP və başqa xidmətləri də tətbiq oluna bilər.
Ekstrim
Ekstrim (ing. extreme — əks tərəf, yüksək səviyyəli, xüsusi) — həyat üçün təhlükə yaradan ekstraordinar hərəkət.
Eksudat
Ekssudat (lat. exudo — xaricə çıxmaq; lat. exudatum: eks- + sudo, sudatum — tərləmək deməkdir), transsudatdan fərqli olaraq, iltihabi maye ifrazatdır. Bulanıq, zülalla və hüceyrələrlə zəngin, hematogen və histogen mənşəyli maye olub iltihab yerində hasil olur. == Tərkibi == İltihabi prosesdən asılı olaraq ekssudatın tərkibində müxtəlif qan hüceyrələri üstünlük bilər: kəskin iltihabda — neytrofillər xroniki iltihabda — limfositlər və monositlər, allergik eksudatda isə eozinofillər. İnfeksiyalaşmış eksudatda adətən xəstəlik törədici bakteriyalara rast gəlinir. Bu məqsədlə bakterioloji dioqnostik müayinə üçün eksudat müayinə materialı baxımından böyük əhəmiyyət kəsb edir.
Adstrat
Adstrat — bu dillərdə danışan xalqların uzunmüddətli birgəyaşayışı və təmasları şəraitində bir dilin digər dilə təsirinin nəticəsi kimi izah edilən dil sisteminin xüsusiyyətləri toplusu. Adstrat bu anlayışla əlaqəli substrat və superstrat terminlərindən fərqli olaraq, bir dilin digər dilə etnik assimilyasiyası və əriməsinin olmadığı neytral linqvistik qarşılıqlı əlaqə növü deməkdir. Adstratik hadisələr iki müstəqil dil arasında təbəqə əmələ gətirir. Bəzən "adstrat" termini qarışıq bilinqualizmə (multilinqualizm) iaid edilir. Adstratum anlayışı Matteo Culio Bartoli (1939) tərəfindən irəli sürülmüş və linqvistikada geniş istifadə olunmamışdır.
Ekstaz
Vəcd yaxud Ekstaz — Vəcd, ekstaz "ruhun dünyəvi gerçəklikdən qurtulduğu özündəngetmə və çoşqunluq halı" kimi başa düşülüb, adamın şüuru və yaddaşı yerində olmaqla özünə (dünyəvi-fiziki varlığına, duyumlarına) bağlı heç bir qavrayışın olmadığı və adamın bütünlüklə özü xaricində bir nəsnə (şey) ya da varlıqla (xəyal, ruh, ilahi qüvvə və b.) əlaqə qurduğu nadir şüur hallarından biridir. Parapsixologiyada "fərqli şüur halları"ndan biri olan ekstaz, spiritualizm (ruhçuluq, bax: tr.vikipediya, spiritualizm) mətnlərində isə "ruhla bədən münasibətinin məlum bir dərəcəyə qədər boşaldığı, xarici dünya ilə bağların kəsildiyi özəl bir hal" olaraq bilinir. Şamanlar ekstaz texnikasını ən yaxşı tətbiq edənlər arasındadırlar. Ekstaz halına daha çox müxtəlif boşalma texnikaları istifadə edən şamanlarda və mistiklərdə rastlanılır. Ekstaz halı spazmatik xəstəliklər, həddən artıq oruclar, uzun düşüncələr və bəzi fiziki məşqlər (məs, yoqa) zamanı öz-özünə meydana çıxa bilər. Ekstaz halında adamda fiziki hərəkətsizliklə yanaşı, tənəffüsün və qan dövranının yavaşlanması müşahidə olunur. Mistiklər, xüsusən Sufilər, hissiyat orqanlarının fəaliyyətinin dayandığı ekstaz əsnasında yaşadıqlarını "eqonun yox olması, çaşqınlıq, sevinc, sevgi, məhəbbət, xoşbəxtlik" kimi sözlərlə ifadə etməyə çalışıblarsa da, yaşadıqları təcrübənin sözlərlə ifadə edilə bilməyəcəyini, ancaq birbaşa yaşanaraq anlaşıla biləcəyini bildirmişdilər. Ekstaz halındakı adamlar bəzi vaxtlar rüyet (yalnız zehni olaraq görünən) adlandırılan halusunasiyalar da gözdüklərini iddia edirlər.
Eksudat (tibb)
Ekssudat (lat. exudo — xaricə çıxmaq; lat. exudatum: eks- + sudo, sudatum — tərləmək deməkdir), transsudatdan fərqli olaraq, iltihabi maye ifrazatdır. Bulanıq, zülalla və hüceyrələrlə zəngin, hematogen və histogen mənşəyli maye olub iltihab yerində hasil olur. == Tərkibi == İltihabi prosesdən asılı olaraq ekssudatın tərkibində müxtəlif qan hüceyrələri üstünlük bilər: kəskin iltihabda — neytrofillər xroniki iltihabda — limfositlər və monositlər, allergik eksudatda isə eozinofillər. İnfeksiyalaşmış eksudatda adətən xəstəlik törədici bakteriyalara rast gəlinir. Bu məqsədlə bakterioloji dioqnostik müayinə üçün eksudat müayinə materialı baxımından böyük əhəmiyyət kəsb edir.
Nordürland-Eystra
Nordürland Eystra (isl. Norðurland eystra - Şərqi Şimal yer) — İslandiyada region.
Nordürland Eystra
Nordürland Eystra (isl. Norðurland eystra - Şərqi Şimal yer) — İslandiyada region.
Seks və Zen: 3D Ekstaz
Seks və Zen: 3D Ekstaz (çin. 玉蒲團之偷情寶鑑 3D, Standart mandarin dili: Yù pútuán zhī tōuqíng bǎojiàn 3D, ing. 3D Sex and Zen: Extreme Ecstasy) — 2011-ci ildə istehsal olunmuş erotik Honkonq filmidir. Vey Yanşenq bütün seksual hissləri öyrənmək və onları hiss etmək istəyir. Bu səbəbdən "Əxlaqsızlıq qəsri"nə yola düşür... Seks və Zen: 3D Ekstaz — Internet Movie Database saytında.
Seks və Zen: 3D Ekstaz (film, 2011)