Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enargit
Enargit – Cu3AsS4 - (yun. enarges ) Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – poladı-bozdan qonuruçalarlı qarayadək; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, yarımmetal; bəzən tutqun; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,4-4,5; Sərtlik – 3,5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl, {100} və {010} üzrə aydın; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: vertikal cizgili, sütunvari, lövhə şəkilli; İkiləşmə: xaçvari ikiləşmələr, ulduzabənzər üçləşmələr; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Orta- və aşağı temperaturlu hidrotermal damarlarda və metasomatik yataqlarda rast gəlir. Əsasən mis-kolçedan, mis-porfir, pirit-enargit yataqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, sfalerit, qalenit, bornit, xalkozin, lyutsonit. Mineralın tapıldığı yerlər: Byutt (ABŞ); Çukikamata və Quanako (Çili); Sero-de-Pasko (Peru); Sumeb (Namibiya); Kounrad (Qazaxıstan). Azərbaycanda enargit əsasən Bittibulaq mis-mərgümüş yatağında toplanmışdır. Az miqdarda o, həmçinin Filizçay və Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsində, Qaladərəsi, Səfərli filiz təzahürlərində, Tutqunçay hövzəsinin qızıl filizi zolağında və b.
Alagir
Alagir (oset. Алагир ) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi. 19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi.
Alagir rayonu
Alagirski rayonu (oset. Алагиры район) — Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Alagir şəhəridir. == Coğrafiya == Alagirski rayonu, Qafqaz dağlarının şimal yamaclarında bölünərək Meşə (şimalda) silsilələrinə qədər, Ardon çayının hər iki tərəfində və uzaq şimalda Osetiya yamacının bir hissəsində uzanır. Rayonun çox hissəsi respublikanın dağ zonasında yerləşir . Rayon ərazi baxımından respublikanın ən böyük bələdiyyəsidir. Alagirski rayonunun ərazisi 2013.49 km² təşkil edir. Rayon respublikanın bütün ərazisinin dörddə bir hissəsindən çoxdur. == Əhali == === Urbanizasiya === Şəhər şəraitində (Alagir şəhəri) bölgə əhalisinin 54,68% -i yaşayır. === Etnik tərkib === 2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə əhalinin 92,1 %-ni osetinlər, 4,9 %-ni ruslar, 3%-ni digərləri təşkil edir.
Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov; 17 dekabr 1964, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983–1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb.
III Roman Argir
Roman III Arqir (yun. Ρωμανός Γ΄ Αργυρός; 968, Hierapolis – 11 aprel 1034 və ya 1034, Konstantinopol) — 15 noyabr 1028 və 11 aprel 1034 arasında Bizans İmperatoru olmuşdu. "Arqirus" adı yunan dilində "gümüş" sözündən gəlir və mənsub olduğu nəcib ailənin adıdır. Roman III Arqir partijian sinifinə mənsub zadəgan bir ailənin üzvü idi. İmperatorluğun böyük bir məhkəmə orqanında, ali hakim, Ayasofya kilsəsi administratoru (ekonomos) və VIII. Konstantin İmperiya dövründə Konstantinopol eparxosu (qubernator) idi. VIII. Konstantinin məcburiyyətində həyat yoldaşından boşandı və imperatorun qızı Zoi ilə evləndirildi; üç gün sonra öldükdə Bizans imperiyası taxtına keçdi. Altı illik hökmranlıqdan sonra Zoi ilə yaxşı əlaqəsi olmadığı üçün xanımı Zoinın oyunları nəticəsində sarayda vanna qəbul edərkən 1034-cü ildə öldürüldü. == Həyatı == Roman III Arqirin atasının adı məlum olmasa da, Arqir ailəsinin üzvü olduğu bilinir. Lakin Roman III Arqirin böyük babası I Romanos idi. İmperator II Basileiosun hakimiyyəti illərində Romanos hakim kimi xidmət edirdi.
Roman III Arqir
Roman III Arqir (yun. Ρωμανός Γ΄ Αργυρός; 968, Hierapolis – 11 aprel 1034 və ya 1034, Konstantinopol) — 15 noyabr 1028 və 11 aprel 1034 arasında Bizans İmperatoru olmuşdu. "Arqirus" adı yunan dilində "gümüş" sözündən gəlir və mənsub olduğu nəcib ailənin adıdır. Roman III Arqir partijian sinifinə mənsub zadəgan bir ailənin üzvü idi. İmperatorluğun böyük bir məhkəmə orqanında, ali hakim, Ayasofya kilsəsi administratoru (ekonomos) və VIII. Konstantin İmperiya dövründə Konstantinopol eparxosu (qubernator) idi. VIII. Konstantinin məcburiyyətində həyat yoldaşından boşandı və imperatorun qızı Zoi ilə evləndirildi; üç gün sonra öldükdə Bizans imperiyası taxtına keçdi. Altı illik hökmranlıqdan sonra Zoi ilə yaxşı əlaqəsi olmadığı üçün xanımı Zoinın oyunları nəticəsində sarayda vanna qəbul edərkən 1034-cü ildə öldürüldü. Roman III Arqirin atasının adı məlum olmasa da, Arqir ailəsinin üzvü olduğu bilinir. Lakin Roman III Arqirin böyük babası I Romanos idi. İmperator II Basileiosun hakimiyyəti illərində Romanos hakim kimi xidmət edirdi.