BALACA Qocanın balaca pəncərəsi qalın meşəyə tərəf açılırdı (S.Rəhimov); BALA Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız (M.P.Vaqif); CIQQILI (dan.) Kiçikdir hələ qız, boyu Cıqqılı; Amandır, axund, söyləmə “vaqqulu” (M.Ə.Möcüz); XIRDA Xırda təpələri sellər oyanda; Əsər bu həmləyə dağlar da zağ-zağ (B.Vahabzadə); KİÇİK Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır (“Qaçaq Nəbi”); UFAQ ..Ufaq daxmada Qızxanım adlı bir qadın yaşayırdı (S.S.Axundov).