Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elevter Andronikaşvili
Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, Sankt-Peterburq – 8 sentyabr 1989, Tbilisi) — Sovet gürcü fiziki. == Həyatı == 1910 (25 dekabr) 1910 12 dekabr ildə Sankt-Peterburqda anadan olmuşdur. Əcdadları güclü zadəganlardan idilər. Onun qardaşı ədəbiyyatşünas İrakli Andronikaşvili idi. 1932-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirdi. 1934-1945-ci illərdə Tbilisi Dövlət Universitetində mühazirə dərsləri deyirdi. 1942-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləmiş, 1951-ci ildən bu institutun direktoru olmuşdur. 1940-1941-ci illərdə və sonra 1945-1948-ci illərdə Moskva Fizikia Problemləri İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir, 1948-ci ildə dərəcə alır.
Electra Heart
Electra Heart — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı ikinci studiya albomu. 27 aprel 2012-ci ildə 679 Artists və Atlantic Records tərəfindən yayımlanıb. Marina Diamandis Amerika pop mədəniyyətində tez-tez rast gəlinən müxtəlif qadın stereotiplərini təmsil etmək və tənqid etmək üçün "Elektra Heart" personajını yaratmışdır. Bu personaj dörd fərqli arxetipi təcəssüm etdirir: Evdar qadın (ing. House Wife), Gözəllik Kraliçası (ing. Beauty Queen), Ailə dağıdan (ing. Homewrecker) və işsiz yeniyetmə (ing. Idle Teen). Diamandis cəmiyyətin qadınlara müəyyən rollara uyğunlaşmaq üçün necə təzyiq etdiyini vurğulamaq üçün bu personajdan istifadə edir. O, bu stereotiplərə meydan oxumaq və qadınların çox vaxt cəmiyyətin gözləntiləri ilə necə məhdudlaşdığını göstərməyə çalışır.
Catocala electa
Catocala electa (lat. Catocala electa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin catocala cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açılmış halda 65-88 mm-dir. Ön qanadları açıq boz, kül rənglidir, qonur pulcuqlarla qarışıqdır, eninə zolaq qaradır, iç tərəfi aydın görünmür, xarici tərəfi isə dişlidir, orta hissəsində "w" hərfinə oxşar naxış böyükdür. Axırıncının uc hissəsi qanadın kənarına qədər uzanır. Dalğalı zolaq aydın açıqdır və çətin görünür. Böyrəkşəkilli naxış qonur olub, ikiqat haşiyə ilə dövrələnmişdir. Arxa qanadlar al qırmızıdır, xarici kənarı və orta sarğısı qaradır, ətraf saçaqları ağdır, ön qanadlarda olduğu kimi dalğavaridir. == Yayılması == Cənubi və Mərkəzi Avropada, Rusiyanın cənubu və şərqində, Qafqazda, Şərqi Sibirdən Yaponiyaya qədər, Çində, Koreyada. Azərbaycanda isə Böyük Qafqazın dağətəyində və Lənkəran təbii vilayətində yayılmışdır.