Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İltəriş xaqan
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur. Doğum adı "Qutluq"dur. II Göytürk xaqanlığını qurduqdan sonra ona "İltəriş" (eli toplayan) adı verilmişdir. 681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi. 683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu.
İltəriş xaqan abidəsi
İltəriş xaqan abidəsi — Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatlar nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə üzə çıxarılmış İkinci Şərqi Göytürk Xaqanlığının qurucusu İltəriş xaqana məxsus külliyə – abidə kompleksi Kompleksin ümumi sahəsi 49x41,5 metrdir. Qərbdən şərqə doğru oval formada yerləşən külliyə ətrafında xəndək qazılmış, torpaq qalaqlanaraq qala inşa edilmişdir. Kompleksin qərb tərəfində, ərazinin ortasında dəlikli daş küp (mehrab), daş insan fiqurları, iki balası olan şir heykəli, iki qoyun heykəli vardır. Kompleksin girişindən şərqə doğru 51 balbal daş yan-yana düzülmüşdür. Onların arasında beş balbal daşında Göytürklərin Aşina sülaləsinə aid "dağ keçisi" rəmzi müəyyən edilmişdir. Bundan əlavə, kompleksdə ibadət yerinin olduğunu sübut edən kərpic qalıqları və yola sərilən gil örtük mövcuddur. Aşkarlanan daş kitabənin yuxarı hissəsi və onun tısbağaşəkilli bünövrəsi ibadət yerinin qarşısında aşkar edilmişdir. Abidənin hər iki tərəfində 12 sətir qədim türk yazısı, üçüncü tərəfində isə əski soqd qrafikası vardır. Kəşfdə iştirak edən alimlər abidənin mətnindən "Tanrı", "Türk", "Kutluq", "Tümen" kimi bir sıra sözləri oxuya biliblər. Abidənin mətnindən əldə edilən məlumatlara əsasən, Nomqon kompleksinin Göytürk Xaqanlığını yenidən qurmuş Kültegin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf edildiyi qənaətinə gəlinmişdir.
İltəriş Kutluq Xaqan abidəsi

İlteriş xaqan
Qutluq İltəriş xaqan —İkinci Göytürk xaqanlığının ilk xaqanı. İllig xaqanın nəslindən gəlirdi. Əsl adı Qutluqdur. Doğum adı "Qutluq"dur. II Göytürk xaqanlığını qurduqdan sonra ona "İltəriş" (eli toplayan) adı verilmişdir. 681-ci ildə Uyğurlara hücum edərək onların yerini tutmuş, 17 sərkərdə ilə birlikdə 5000 əsgər toplamış və Çinə qarşı müharibəyə başlamışdı. 679-cu ildə üsyana qalxmış olan Aşide Yuançjeni məğlub etmişdi. İlk işi Çinin tərəfini tutan türklərə hücum etmək olan İltəriş 7 oğuz tayfasını məğlub etmişdi. Daha sonra Aşide Yuançjen də onun tərəfinə keçmişdi. 683-cü ildə Çin valisi Van Demeunu edam edərək hakimiyyətini elan etmiş, knyaz Qui Yuan onları saxlaya bilsə də, İlterişin orduları döyüşlərdə Çinə ağır zərbələr vurmuşdu.
Nəzir Eltəkin
Nəzir Əhmədov və ya Nəzir Eltəkin (azərb. Nəzir Laçın oğlu Əhmədov‎; 27 dekabr 1925, Kəhrizoba, Nuxa rayonu – 5 mart 2005, Bakı) — şair, publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ali Sovetinin deputatı (1967–1971), Şəki şəhər İcra hakimiyyətinin başçısı (1993–1998), Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (1998 – 2001). Nəzir Əhmədov 1925-ci il dekabrın 27-də Azərbaycanın Şəki rayonunun Dağ Qaraqoyunlu kəndində Kəhriz obasında anadan olub. Kənd yeddiillik məktəbi bitirdikdən sonra Şəki pedaqoji məktəbinə qəbul olunmasına baxmayaraq 1942-ci ildə məktəbin 2-ci kursunda oxuyarkən könüllü olaraq hərbi xidmətə getmişdir. 1944–1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində təhsil almış, 1946–1950-ci illərdə Sovet sərəhəd qoşunları hissəsində qulluq etmişdir. 1950–1955-ci illərdə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirən publisist 1955–1957-ci illərdə Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri, 1954–1974-cü illərdə Zaqatala rayon komitəsinin birinci katibi, 1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin təbiəti mühafizə daimi komissiyasının sədri, 1974–1975-ci illərdə Abşeron rayon komitəsinin birinci katibi, 1975–1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin elmi-tədqiqat institutunda baş elmi işçi və şöbə müdiri, 1993–1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı, 1998–2002-ci illərdə isə Azərbaycan iqtisadiyyat nazirinin müavini vəzifələrini icra etmişdir. 1991–1993-cü illərdə Şəki, Balakən və digər bölgələrdə milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1965–1970-ci illərdə Çexoslovakiya, Kuba, Amerika, Macarıstan və Rumıniya ölkələrinə rəsmi nümayəndə heyəti tərkibində xarici səfərlərdə olan şair, eyni zamanda 1966–1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü seçilmiş, 1967–1971-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. "Desələr xatırlayın" (1955); "İzim qala" (1995); "Sarı Laçın" (1996); "Ömür körpüsü" (1998); "İsmipünhan sorağında" (poema) (1998); "Qaçaq Abbas" (poema) (2001); "Ömrün son baharı" (şeirlər və poemalar) (2006) 1966-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1968-ci ildə "Lenin ordeni", 1969-cu ildə "Şərəf nişanı" ordeni, 1967–1970-ci illərdə SSRİ XTNS-nin 2 qızıl medalına və birinci dərəcəli diplomlarına, əlavə 15 medalla da təltif olunmuşdu.
Elelis
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Azərbaycan elləri (film, 1976)
Azərbaycan elləri qısametrajlı sənədli-musiqili televiziya filmi rejissor Nazim Dadaşov tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsertdir. == Məzmun == Bu film-konsertdə respublikamızın füsunkar mənzərələri fonunda bəstəkarlardan Fikrət Əmirovun "Azərbaycan Elləri", Cahangir Cahangirovun "Bakı", Emin Sabitoğlunun "Bizim Lənkəran", Süleyman Ələsgərovun "Mingəçevir", "Şuşa", Oqtay Kazımovun "Astara", R. Süleymanovun "Göyçay", Səid Rüstəmovun "Gözəl Quba", Şəfiqə Axundovanın "Şəki", Rauf Hacıyevin "Azərbaycanım" mahnıları səslənir. Mahnıları müğənnilərdən Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Anatollu Qəniyev, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Yaşar Səfərov ifa edirlər.
Croton eluteria
Croton eluteria (lat. Croton eluteria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin kroton cinsinə aid bitki növü.
Orthosiphon velteri
Typhlodromus lateris
Typhlodromus lateris (lat. Typhlodromus lateris) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus lateris Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İrtəriş xaqan
İrtəriş xaqan və ya Ulu Bilgə xaqan (əsl adı: Aşina Şi 阿史那施) — Basmılların hökmdarı, Basmıl xaqanlığının yeganə xaqanı. Aşina sülaləsindən olub, İltəriş xaqanın qardaşı İl Etmiş Yabqunun oğlu Uti bəyin oğlu idi. Bilgə Qutluq xaqanın hakimiyyəti dövründə xaqanın anası Po Beqin zalım siyasət yürütməsi şərq şadı Pan Kültiginin üsyanına səbəb olmuşdu.741-ci ildə xaqanın öldürülməsindən istifadə edən basmıl hakimi özünü İrtəriş xaqan adı ilə müstəqil hökmdar elan etdi. 742-ci ildə özünə "İl Etmiş xaqan" titulunu götürən basmıl hökmdarı tezliklə əmisi Pan Kültigini öldürdü. Bilgə Qutluq xaqanın yerinə gəlmiş Qutluq Yabqu da tezliklə basmıllar tərəfindən məğlub edildi. Basmıl xaqanlığının şərq yabquluğu öncələr irkin və eltəbər titulları olan Uyğurların başçısı Kül Bilgəyə, qərb yabquluğu isə öncələr kül-irkin titulu olan Karlukların başçısına verildi. 744-cü ildə çinlilərin yenicə məğlub etdiyi Ozmış xaqanı ələ keçirən və başını kəsib Çinə göndərən İltəriş xaqanın hakimiyyəti də çox çəkmədi.Bu dəfə karluklar və uyğurlar Qutluq Bilgə Kül xaqanın hakimiyyəti altında birləşərək Basmıl xaqanlığını devirdilər. Nəticədə isə Uyğur xaqanlığı quruldu.
Ceteris paribus
Ceteris paribus (və ya caeteris paribus; (Latınca tələffüz: [ˈse.tɛ.ris ˈpa.ri.bus]) — latın sözüdür, "digər şərtlər sabit qalarsa" deməkdir, ifadənin "bütün başqa şeylər bərabərdir", "digər şeylər sabitdir", "qalan hər şey dəyişməzdir" və "qalan hər şey eynidir" kimi tərcümələri də mövcuddur. İki vəziyyət arasında səbəbli, empirik və ya məntiqi münasibətə dair bir ifadə. Münasibətin gözlənilən şərtlərdə ümumiyyətlə doğru olmasına baxmayaraq, müdaxilə edən amillər səbəbindən uğursuz ola biləcəyi və ya əlaqənin məhv ola biləcəyi qəbul edilərsə, ceteris paribusdur. Ceteris paribus — tez-tez təhlil və sintez prosesində istifadə olunur, yəni "(əvvəllər) qeyd olunanlardan başqa bütün digər şərtlərin eyni qaldığını fərz etmək" ("ceteris paribus" üçün qısa). Bu o deməkdir ki, yalnız tədqiq olunan hadisələr və münasibətlər dəyişir, bütün digər hadisələr və münasibətlər isə dəyişməz qəbul edilir. == Tərifi == Məlumata görə, K.R. Makkonnell və S.L. Bryu ceteris paribus, digər parametrlərin sabit və ya dəyişməz qaldığı qəbul edilmiş fərziyyədir. == İqtisadiyyat == "Bütün başqa şeylər bərabərdir" bəndinin ən çox istifadə edildiyi fənlərdən biri iqtisadiyyatdır: bənd iqtisadi təsir və nəticələrin tərtibini və təsvirini sadələşdirmək üçün istifadə olunur.
Aletris fragrans
Ətirli drasena (lat. Dracaena fragrans) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü. == Təbii yayılması == Afrikanın tropiklərində yayılıb. == Botaniki xarakteristikası == Hündürlüyü 150-250 sm-dir. Düz gövdəli bitki olub, qalın, oduncaqlaşmış, əsasən budaqlanan və yarpaqlarla sıx örtülmüş çoxillik bitkidir. Yarpağının uzunluğu 50 sm, eni 5 sm, kənarları ağ zolaqlıdır. Salxımşəkilli qoltuq çiçək qruplarına yığılmışdır; üstdən tünd-qırmızı, içərisi ağdır, xoşagəlməz qoxusu vardır. Meyvəsi narıncı giləmeyvədir. Uc qələmləri və uzunluğu təxminən 10 sm olan gövdənin hissələri ilə çoxaldılır. == Ekologiyası == Parlaq, düz günəş şüalarından qorunmalıdır.
Bulbophyllum elmeri
Bulbophyllum elmeri (lat. Bulbophyllum elmeri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Elleri Klark
Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. == Həyatı == Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Afina Olimpiadasında Elleri Klark həm də uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Erigeron elmeri
Erigeron elmeri (lat. Erigeron elmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.
Lupinus elmeri
Lupinus elmeri (lat. Lupinus elmeri) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Senecio elmeri
Senecio elmeri (lat. Senecio elmeri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Yapon əntəri
Yapon əntəri (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü. Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv (Macaca fuscata yakui) hesab edilir Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir. Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
Astragalus elmeri
Astragalus gambelianus (lat. Astragalus gambelianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus nigrescens Nutt. Hesperastragalus gambelianus (E.Sheld.) A.Heller === Heterotipik sinonimləri === Astragalus elmeri Greene Astragalus gambelianus var. elmeri (Greene) J.T.Howell Astragalus gambelianus subsp. elmeri (Greene) Abrams Hesperastragalus elmeri (Greene) Rydb.
Hesperastragalus elmeri

Calanthe elmeri
Calanthe rubens (lat. Calanthe rubens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis rubens (Ridl.) Kuntze Preptanthe rubens (Ridl.) Ridl. === Heterotipik sinonimləri === Calanthe elmeri Ames Calanthe vestita var. fournieri Rolfe Coelogyne rubens Ridl.
Preptanthe elmeri
Calanthe rubens (lat. Calanthe rubens) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. Alismorkis rubens (Ridl.) Kuntze Preptanthe rubens (Ridl.) Ridl. Calanthe elmeri Ames Calanthe vestita var. fournieri Rolfe Coelogyne rubens Ridl.
Elelis austriaca
Avstriya adaçayı (lat. Salvia austriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Yayılması və ekologiyası == Mərkəzi vəə Şərqi Avropada rast gəlinir. Çöllərdə, çəmənliklərdə, sahələrin kənarında bitir. == Botaniki təsviri == Bitkinin boyu 30-50 sm, gövdəsi sadə, düz olur. == Sinonimləri == === Homotipik sinonimləri === Elelis austriaca (Jacq.) Raf.