Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mars Orbiter Mission
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Front Mission media məhsullarının siyahısı
Front Mission (フロントミッション, Furonto Misshon) — əvvəllər "Square", daha sonralar isə "Square Enix" tərəfindən yayımlanan strateji rol videooyunları seriyası. Seriyanın ilk oyunu 1995-ci ildə çıxmışdır və sonradan "Square" tərəfindən mənimsənilən bir studiya olan "G-Craft" tərəfindən hazırlanmışdır. "G-Craft" "Front Mission Series: Gun Hazard" ("Omiya Soft"), "Front Mission Evolved" ("Double Helix Games") və "Front Mission 2089: Border of Madness" (h.a.n.d.) oyunları istisna olmaqla digər bütün "Front Mission" oyunlarını istehsal etmişdir. Orijinal oyun yayımlanandan sonra filmlər, manqalar, romanlar, radio şouları və oyuncaqlar da daxil olmaqla bir çox medya məhsulları çıxmağa başlamışdır. Seriyadakı videooyunlar strateji rol videooyunlarından başqa skroll-şuter, real zamanda strategiya və üçüncü şəxs atıcı oyunlarına da böyük təsir göstərdi. Seriyanın əsas hekayəsini yeddi fərqli oyun əhatə edir. Bunlara əlavə olaraq hekayəsi əsas oyunlardakı ilə eyni kainatda və ya altenativ dünyalarda keçən yan məhsul kimi beş əlavə oyun istehsal edilmişdir. "Front Mission" oyununun satılma səbəblərindən ən əsası onun süjet xəttinə sahib olmasıdır. 21-ci və 22-ci əsrlərdə baş verən hadisələr əsasən hərbi münaqişə və güclü millətlərarası birliklərin və onların üzv ölkələri arasındakı siyasi gərginlik haqqındadır. Hər bir "Front Mission" videooyunu özünəməxsus, müstəqil hekayələrdən istifadə etsə də, əslində oyunlar bütün seriyanı əhatə edən daha böyük bir hekayə xəttinə bağlıdır.
Emissiya
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . == Haqqında == Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Emissiya prospekti
Emissiya prospekti - (ing. Prospectus)- Müəyyən qiymətli kağızın yeni buraxılışı (emissiyası) zamanı qiymətli kağızlar bazarının buraxılışının tənzimləməsi üzrə səlahiyyətli quruma təqdim edilən, emitent və buraxılan kağız haqqında məlumatlar əks olunan sənəd.
Termoelektron emissiya
Termoelektron emissiya — yüksək tempraturun köməyi ilə elektronun metaldan ayrılması hadisəsi. İlk dəfə 1881‐ci ildə Amerika ixtiraçısı Tomas Edison tərəfindən aşkar edilmişdir. O, kömür elektrodlu közərmə lampaları ilə təcrübələr apararkən lampada vakuum yaratmış və buraya kömür teldən əlavə, həm də müstəvi metal lövhə yerləşdirmişdir. Metal lövhəni naqil vasitəsi ilə qalvanometrə sonra isə xarici gərginlik mənbəyinin müsbət qütbünə birləşdirdikdə, qalvanometrin cərəyan göstərdiyini müşahidə etmişdir. Həmin lövhəni mənbəyin mənfi qütbünə birləşdirdikdə isə qalvanometrdən cərəyan keçməmişdir. Bu effekt, Edison effekti, qızmış metalların və başqa cisimlərin qaz və ya vakuumda özündən elektron buraxması hadisəsi isə termoelektron emissiya adlandırıldı.
Erisson (Alye)
Erisson (fr. Hérisson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03127. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 676 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 348 nəfər (15-64 yaş) arasında 246 nəfər iqtisadi cəhətdən, 102 hərəkətsiz (fəaliyyət göstərici 70,7%, 1999-cu ildə bu 68.2%) idi. Fəal 246 nəfərdən 211 nəfəri (111 kişi və 100 qadın), 35 nəfəri işsizdir (15 kişi və 20 qadın). Fəal olmayan 102 nəfər arasında 17 nəfər şagird və ya tələbə, 56 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.