Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fodurant
Ayla Erduran
Ayla Erduran (22 sentyabr 1934, İstanbul) — Türk skripkaçı. == Haqqında == Karl Bergerin tələbəsi olan Ayla Erduran 10 yaşındaykən ilk konsertini səsləndirdi. 1946-cı ildən 1951-ci ilə qədər Paris Beynəlxalq Konservatoriyasında Benedetti və Benvenutidən təhsil almağa başladı. Məzun olduqdan sonra da 1995-ci ilə qədər ABŞ-də qaldı. Bu müddətdə İvan Qalamian və Zino Francescatti ilə birlikdə oxudu. 1957-ci ildən 1958-ci ilə qədər o, Moskva Konservatoriyasında David Oystraxın nəzarəti altında təhsil aldı. Erduran 1973-cü ildən 1990-cı ilə qədər İsveçrədə skripka müəllimliyi etdi. O, 1971-ci ildə dövlət sənətçisi adını aldı. O, həmçinin Ankarada Sevda Cenap Və Musiqi Fondundan (SCVMF) qızıl medal almışdır. Bir tərəfdən konsertlərlə karyerasını davam etdirərkən, digər tərəfdən 1973-cü ildən 1990-cı illərə qədər İsveçrədəki Conservatoire Populaire'də və Lozan Konservatoriyasında ustalıq sinfində müəllimlik edib.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Rəfiq Ərduran
Rəfiq Ərduran (türk. Refik Erduran 13 fevral 1928-ci il Üsküdar, İstanbul, Türkiyə — 7 yanvar 2017-ci il Ədirnə, Türkiyə. Vəfatından iki gün sonra İstanbuldakı Zəncirliquyu qəbiristanlığında dəfn olunmuşdur.) — Türkiyəli dramaturq, yazıçı, köşə yazarı. Otuz tamaşa yazmış və səkkiz kitab müəllifi olmuşdur. İyirmi il köşə yazarı kimi fəaliyyət göstərmişdir. Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən "Ən Uğurlu Dramaturq" və Türk Jurnalistlər Cəmiyyəti tərəfindən "Ən Uğurlu Yazıçı" adına layiq görülmüşdür. Dörd dəfə evli olmuş, dörd övlad atasıdır. Erduran Koreya müharibəsi dövründə hərbi tərcüməçi kimi xidmət etmişdir. 1986-2017-ci illər arasında Beynəlxalq Teatr İnstitutu Türkiyə Mərkəzinin sədri olmuşdur. 13 fevral 1928-ci ildə İstanbulun Üsküdar məhələsində Hüsaməttin Ərduran və həyat yoldaşı Rəfiqənin ailəsində anadan olmuşdur.
Əmirabad (Ənquran)
Əmirabad (fars. اميراباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Ənquran (Mahnişan)
Ənquran (fars. انگوران‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,068 nəfər yaşayır (261 ailə).
Miyanıc (Ənquran)
Miyanıc (fars. ميانج‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (104 ailə).
Muğanlı (Ənquran)
Muğanlı (fars. مغانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (42 ailə).
Qaragöl (Ənquran)
Qaragöl (fars. قراگل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).
Yengicə (Ənquran)
Yengicə (fars. ينگجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (62 ailə).
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Mövlana Himməti Əngurani
Mövlana Himməti Əngurani — Azərbaycanın 15 və 16-cı əsrdə yaşayan şair. Mahnişan şəhristanının Ənguran kəndində dünyaya gəlibdir. Şah İsmayıl Xətai dövründə Şiə Məzhəbini təbliğ etmək üçün Osmanlı İmperiyasına səfər edib.