Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enliqulaq
Enliqulaq (lat. Barbastella) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Enliqulaq bükükdodaq
Enliqulaq bükükdodaq (lat. Tadarida teniotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin buldoqkimilər fəsiləsinin bükükdodaq cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == 4 (BTMİ-nin 2.3 (1994-cü il) və 3.1 (2010-cu il) variantlarına əsasən LR/lc). Azərbaycan Respublikasının Qırmızı Kitabının I nəşrinə "məhdud arealı olan çox nadir növ" statusu ilə daxil edilib. Bern Konvensiyasına əsasən mühafizə olunur (Əlavə II). Qafqazda "məlumat azlığı" (DD) kimi qiymətləndirilib. == Yayılması == Arealı Aralıq dənizinin şimal və cənub hissələrini, Qafqazı, Qazağıstanı, Elbrus, Kopetdağ və Pamir dağlarını əhatə edir. Ərəbistan yarımadasından və İranın cənubundan tək-tək tapıntılar var. Qafqazda cəmi bir neçə dəfə tapılıb. Azərbaycanda birinci dəfə 1938-ci ildə Dağlıq Qarabağın ərazisində Şuşa dərəsində N. Qubarev tərəfindən, 1939-cu ildə həmin yerdə A. Kuzyakin tərəfindən aşkar olunub.