Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Areometr
Areometr — (yun. άραιός – zəif, sıx olmayan; burada – maye + metr) – maye (bəzən də bərk) cismlərin sıxlığını, məhlulların qatılığını (konsentrasiyasını) təyin edən cihaz. Areomet ölçmə üçün mayeyə daldırılan üzgəc tipli sıxlıq ölçənlərə aiddir. İş prinsipi Arximed qanununa əsaslanır. Şkalalı borucuq şəklində olan üzgəc ölçmə aparmaq üçün tədqiq olunan mayeyə daldırılır. Üzgəcin dalma dərinliyinə (onun sıxışdırıb çıxardığı mayenin həcminə) və çəkisinə görə mayenin sıxlığı təyin edilir; mayenin sıxlığı az olduqca dalma dərinliyi böyük olur. Təcrübədə sabit çəki areometri daha çox işlədilir və sabit həcm areometri tətbiq edilir. Sabitçəki areometrlərinə şkalası sıxlıq vahidləri ilə dərəcələnmiş densimetrlər və məhlulun konsentrasiyasını ölçmək üçün şkalası həcm, yaxud kütlə %-inə dərəcələnmiş areometrlər aid dir. Bir çox mayelərin sıxlığının temprdan asılılığını nəzərə alaraq bəzi areometrlərin termometri də olur. Maye və qatışıq məhlullarda sıxlığı və qatılığı ölçən areometrlərə müxtəlif adlar verilir: məs, laktodensimetr südün yağlılığını, spirtölçən suda olan spirtin miqdarını, şəkərölçən şirələrdəki şəkərin miqdarını təyin edir.
Termometr
İstilikölçən — (termometr)bir sıra müxtəlif prinsiplərdən istifadə edərək istiliyi və istilik qradiyenti ölçən cihaz. Meteorologiyada Celsius, Faranheit və ya Kelvin kimi dəyişik ölçəklər istilikölçənlərdə istifadə edilir. == Termometrin ixtirası == İlk termometri XVI(16-cı)əsrdə italyan alimi Qalileo Qaliley icad etmişdi. O,şüşə kürənin dəliyini dar şüşə boruya lehimləyib içinə yarısından aşağı su tökür. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba tökür. Sonra su olan qab qızdırılır.Su qızdıqca borudakı suyun səviyyəsi dəyişir. Bu səviyyəyə əsasən maddənin isti və ya soyuq olmasını təyin etdi. == Termometrin quruluşu == Termometr şüşə boru,maye balonu və şkaladan ibarətdir. Maye balonunun içinə rəngli spirt, yaxud civə doldurulur. Cihaz isti mühitə gəldikdə maye istidən genişlənir.