Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sendre
Sendre (fr. Cindré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalini-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03079. 2008-ci ildə əhalinin sayı 313 nəfər təşkil edirdi. 2007-ci ildə 199 əmək qabiliyyətli şəxsdən (15-64 yaş) İqtisadi cəhətdən aktiv, 64 hərəkətsiz (67.8% iş, 1999-cu ildə 72.0%). Fəal olan 135122 işsizdən (65 kişi və 57 qadın) və 13 işsizdən (7 kişi və 6 qadın). Aktiv olmayan 18 tələbə və ya tələbədən 25-i təqaüdə çıxmış, 21-i digər səbəblərə görə fəaliyyətsizdir.
Tender
Tender sözü aşağıdakı mənalarda işlənə bilər: Tender — Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə. Tender — əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması; Tender — reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.); Tender — təklif, arzu; Tender — açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması; Tender — qiymətli kağızlara abunə haqqında, müqavilə bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş; Tender — rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Sonali Bendre
Sonali Bendre (ing. Sonali Bendre, hind. सोनाली बेंद्रे; doğ. 1 yanvar 1975, Mumbay, Maharaşatra, Hindistan) — hind aktrisası və modeli. Aktrisa 1994-ci ilin fotomodelidir. 1 yanvar 1975-ci ildə Bombey şəhərində anadan olmuşdur. Ailəlidir, bir oğlu var.
Tendra dili
Tendra dili (ukr. Тендрівська коса) — Ukryananın cənubunda, Qara dənizin şimal-qərb sahilində ada. Ada dil formasında olub Xerson vilayətinin ərazisində yerləşir. Uzunsov formada olan Tendra dilinin uzunluğu 65 km, eni isə 1,8 km-dir. Ümumi sahəsi 38 km²-dir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi 2,5 metrdir. Tendra dilini materikdən Tendra körfəzi ayırır. Ada dənizdə qum və balqqulağı qalıqlarının akkumulyasiyası nəticəsində formalaşıb. Səthi düzdür. Adanın qərb hisəsi kürək şəkillidir.
Endre Adi
Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[…] – 27 yanvar 1919[…], Budapeşt) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. == Həyatı == Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi. 1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.
Love Me Tender
Love Me Tender – Elvis Presli tərəfindən Love Me Tender albomundan çıxarılan sinql. Mahnının musiqisi George R. Poulton və W.W. Fosdickin müəllifi olduğu Amerikan vətəndaş müharibəsinə həsr edilmiş Aura Lee (və ya "Aura Lea") mahnısına uyğunlaşdırılmışdır. Aura Lee mahnısı 1861-ci ildə çıxmış və elə həmmin dövrdən də xalq tərəfindən çox sevilmişdir. Elvis Presley mahnını ilk dəfə 1956 – cı il 9 sentyabrda The Ed Sullivan Show – da ifa etmiş, qısa müddət sonra mahnı sinqı şəklində satışa çıxarılmış, bir ay sonra isə Love Me Tender filmi çəkilmişdir. Sinqlın çıxarıldığı gün RCA Records şirkəti daha bir milyon sifariş almış və mahnı görünməmiş uğur qazanmışdır. Love Me Tender filmini çəkən 20th Century Fox şirkəti əvvəlcə filmi "The Reno Brothers" adlandırmaq istəsədə, sonra mahnının qazandığı böyük uğuru görüb filmi "Love Me Tender" adlandırmışdır. Elvis Preslidən sonra mahnı 1967-ci ildə Riçard Chamberlain və 1967-ci ildə Percy Sledge tərəfindən də ifa edilmişdir.
Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu — Nigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir. Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir. Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir. UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir: Air və Tenere milli təbiət qoruğu IUCN növü IV. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 64,560 km².
Ştənde (Baltas)
Ştənde (rus. Штанды, başq. Штәнде) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Ştənde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 18 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 83 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99%) üstünlük təşkil edir.
Vətəndə Sülh Şurası
Vətəndə Sülh Şurası (türk. Yurtta Sulh Konseyi) — 15 iyul 2016-cı ildən 16 iyul 2016-cı il tarixinə keçən gecə 65-ci Türkiyə hökumətinə qarşı uğursuz çevrilişə cəhd edən xunta. Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyi komandanlıqdan kənar fəaliyyət göstərən Vətəndə Sülh Şurasının formalaşmasında iştirak etməsə də, onu Məhərrəm Kösə, Mehmet Oğuz Ağquş, Erkan Ağır və Doğan Uysal idarə etdiyi iddia olunmuşdur. Çevriliş və şuranın əsas məsul şəxsinin YAŞ üzvü general Axın Öztürk olduğu iddia edilmişdir. Həmçinin, təşkilatın Gülən hərəkatı ilə əlaqəli olduğu da iddia edilmişdir. Tijen Karaşın TRT ekranlarında oxuduğu çevriliş bəyanatı ilə ictimaiyyət ilk dəfə şuranın varlığından xəbər tutmuşdur. Ankara Respublika Baş Prokurorluğunun Baş Qərargahda çevriliş cəhdi ilə bağlı hazırladığı çətir ittihamnaməsində Vətəndə Sülh Şurasının 38 üzvdən ibarət olduğu iddia edilmişdir.
Naməlum şəxs zəng edəndə (film, 2006)
Naməlum şəxs zəng edəndə (ing. When a Stranger Calls) — 2006-cı il ABŞ istehsalı olan qorxu kriminal janrlı film. Lisey tələbəsi Cil Conson hər yerdən uzaq bir evdə uşağa baxmaqla məşğuldur. Iakin bir gün bir nəfər zəng edərək ona uşaqları yoxlamağı xəbərdar edəndə Cil narahat olmağa başlayır. Cil zəngi yoxlayır və zəngin evdən edildiyini öyrənəndə dəhşətə düşür. Əgər o evdən sağ çıxmaq istəyirsə bütün gücünü toplamalıdır.