Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fövqəlinsan
Fövqəlinsan (alm. Übermensch‎) — obraz, Fridrix Nitsşenin "Zərdüşt belə deyirdi" adlı əsərində istifadə etdiyi fəlsəfi termin. Nitsşeyə görə fövqəlinsan insan təkamülünün bir sonrakı mərhələsidir. == Etimologiyası == Fövqəlinsan sözü ilk dəfə romalı yazıçı Lusian tərəfindən "Hyperanthropos" olaraq istifadə edilmişdir. Latın dilindən tərcümədə hyper — üst və anthropos — insan mənasını ifadə edir. == Fövqəlinsan anlayışı == Fridrix Nitsşe 1882-ci ildə qələmə aldığı "Zərdüşt belə deyirdi" adlı əsəri "fövqəlinsan" və "əbədi təkrar" qavramlarına əsaslanır. Fövqəlinsan simasında o, hər şeydən əvvəl Zərdüştün özünü təsvir edirdi. Nitsşe ona ən yüksək qəhrəmanlıq və yetkinlik sifəti verirdi. Zərdüşt obrazında o, özünün kamil dostunu yaradaraq, onun dili ilə özünün ali məqsədini çatdırırdı. Nitsşe yazırdı: Nitsşeyə görə meymun insanın gözündə nədirsə, insan da fövqəlinsan üçün elə olmalıdır.