Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fərqlilər
Fərqsizlik əyrisi
Fərqsizlik əyriləri — mikroiqtisadi nəzəriyyəyə görə, alıcı üçün fayda baxımından fərqsiz olan müxtəlif əmtəə paketlərinin qrafik təsviridir. Belə ki, alıcı üçün bir fərqsizlik əyrisi üzərində olan nöqtələrdəki hər hansı əmtəə paketi digərindən üstün deyildir. Başqa sözlə, əyri üzərində olan əmtəə paketləri fayda baxımından fərqlənmir. Nəticə etibarı ilə, fərqsizlik əyriləri eyni faydaya malik, iki əmtəədən ibarət olan paketləri özündə əks etdirən nöktələrin birləşməsindən əmələ gələn əyridir. Fəqsizlik əyriləri alıcıların mümkün istehlak variantlarını əks etdirilməsində istifadə edilir. Qrafik təsvir zamanı sonsuz sayda fərqsizlik əyriləri çəkmək mümkündür. Çünki hər bir halda daha çox fayda gətirən bir əmtəə paketi mövcuddur. == Tarixi == Fərqsizlik əyriləri ilə bağlı məsələləri ilk dəfə irlandiyalı alim Fransis İsidor Edjuort (Francis Ysidro Edgeworth) tərəfindən 1881-ci ildə “Riyazi Fizika: Riyaziyyatın Davranış elminə tətbiqi haqqında Məqalə” (ing. Mathematical Psychics: an Essay on the Application of Mathematics to the Moral Sciences) tədqiq edilib. Bu əyriləri ilk dəfə 1906-cı ildə qrafik şəkildə italyan alim Vilfredo Pareto (ing.
Ayaq uzunluğunun fərqliyi
Ayaq uzunluğunun fərqliyi (leg length discrepancy) — anadangəlmə və qazanılma, anatomik və fuksional, mexanizminə görə: qisa (AİR – anterior, ilial, rotation, ağrı dizdə olur) və uzun (PİR – posterior, ilial, rotation, ağrı pəncədə) olur. Anatomik – anadangəlmə və ya qazanılmış səbəbdən yaranır: qamış sümüyünün ön-bayır tini ilə tış topuq arasında məsafə ölçülür; ≥1 sm fərq aradan qaldırılmalıdır. Funksional – skolioz və ya bud-çanaqda kontraktura ilə bağlı çanağın meyilliyi yaranır: göbək ilə iç topuqlar arasında məsafə ölçülür; fərq olsa funksional səbəblidir, həqiqi fərqdə isə məsafə eynidir.
Fertillik Qorunması
=== FERTILLIK NƏDIR? === Fertillik (münbitlik) bir qadının hamilə qala bilməsi üçün tibbi şərtdir. Xərçəng müalicəsinin bəzi növləri qadınlar sonradan hamilə qalmasına çətinləşdirə bilər. "Fertillik qorunması", xərçəng müalicəsindən əvvəl və ya xərçəng müalicəsi zamanı qadının gələcəkdə hamilə qalma şansını artırmaq üçün görülən təbirlərdir. === XƏRÇƏNG MÜALICƏSI SONSUZLUQ YARADA BILƏRMI? === Fertillik üçün problem yarada bilən xərçəng müalicələrinə aşağıdakilar daxildir: Cərrahi müalicə — uşaqlığı və/ və ya yumurtalıqları çıxarılması; Radioterapiya — çanaq nahiyəsində yüksək dozada şüa mualicəsi; Kimyaterapiya -xərçəng hüceyrələri öldürmək məksədilə dərmanların işlədilməsi. Kimyaterapiya və radiasiya yumurtalıqlara zərər vuraraq, tərkibində olan yumurta hücrələrini məhv edə bilər. Nəticədə, qadının aybaşı sikli düzənsiz və ya tam kəsilə bilər. Kimya- və ya radioterapiya ilə mualicə olunmuş hər kəsdə fertillik problemləri olmur. Kimyaterapiyada, bu hansı dərmanların işlədilməsindən və onların dozasından asılıdır.