Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amazon
Amazon (şirkət)
Amazon.com
Amazon.com (tələffüzü: ing. /ˈæməzɒn/ və ya /ˈæməzən/) ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır. == Ad == Şirkətin ilk adı Cadabra olsa da, bu söz "cadaver" (cəsəd) sözünə oxşadığı üçün bir neçə ay sonra şirkətin adı Amazon olaraq dəyişdirilmişdir. == Alqı-satqı == Alqı-Satqı prosesi çox sadədir. Sadəcə Amazon.com ünvanına daxil olub istədyiniz məhsulu seçirsiniz. Əgər aldığınız məhsulun dəyəri €75 avronu keçərsə vergi verməyəcəksiniz.
Amazon (Şirkət)

Amazon delfini
Amazon delfini və ya iniya, amazon iniya, bouto (lat. Inia geoffrensis) — cetacea dəstəsinin çay delfinləri qrupuna aid heyvan fəsiləsi. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Cənubi Amerika üçün endemikdir. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb. == Taksonomiyası == Amazon delfininin görünüşü 1817-ci ildə Anri Mari Dyukrot de Blenvil tərəfindən təsvir edilmişdir. Amazon çayı Yunfin ilk olaraq Platanistoidea superfamilyasına məxsus idi ki, bu da bütün çay yunuslarını meydana gətirmişdir ki, bu da onları paraphyletik qrup halına gətirmişdir. İndi isə Amazon çayının delfini Inioidea superfamilyasına təsnif edilib. Amazon zamanına və necə girdiğinə dair bir fikir birliyi yoxdur; Sakit okeandan Miyosen dövründə, Andesin formalaşmasından və ya Atlantik dənizindən bunu edə bilərlər. Mübahisələrə məruz qalan böyük beynəlxalq orqanlara malik növlərin və yarımnövlərin təsnifatı ilə bağlı davam edən müzakirələr var.
Amazon deltası
Amazon deltası (port. Delta do Amazonas) — Amazon çayının mənsəbində formalaşır. Amazon çayının əsas və ən gur sulu qolu olan Tokantins çayının digər çaylarla birlikdə əraziyə axması ilə meydana gəlmişdir. Hər il deltaya 6 591 km³ su və 1 mld ton çöküntü gətirilir. Para və Amapa ştatları ərazisinə daxildir. Ərazisi meşələrlə örtülüdür. Güçlü axınlar səbəbindən çay öz gətirmə suxurlarını okeana çatdıra bilmir. Bu delta estuarinin 200—350 km dərinliyinə qədər geriliyir. Burada çayın axın sürəti 25 km/s-dır. Deltanın sahəsi getdikcə artmaq əvəzinə azalır.
Amazon lamantini
Amazon lamantini və ya Braziliya lamantini (lat. Trichechus manatus) — nəhəng su məməlisi, olaraq Lamantinlər fəsiləsinə daxil olan növ. Bu canlılar Cənubi Amerikanın Amazon çayı hövzəsində yayılmışdır. == Xarici görünüş == Lamantinlər iri su canlıları olaraq, ön ətrafları kürəklərə çevrilmiş və quyruğunu yastı formada dəyirmiləşdirilmiş "avarı" xatırladır. Arxa ətrafları isə yoxdur. Yetkin fərdlər digər lamantinlərdə olduğu kimi boz rəngli dəriyə sahibdirlər. Bununla belə sinəsində ağ və ya açıq çəhrayı ləkələr onları digər növlərdən fərqləndirməyə imkan verir. Onların dərisi lamantinlər cinsinə daxil olan digər növlərə nisbətdə daha hamar və düzdür. Üst dodağı sirenlərə daxil digər növlər kimi açıq şəkildə ikiyə bölünmüşdür. Növün elmi adı inunguis tərcümədə "dırnaqdan məhrum olmuş" anlamını verir.
Amazon ovalığı
Amazon ovalığı — Cənubi Amerikada Amazon çayı hövzəsində Yer kürəsinin ən böyük allüvial ovalığı. Sahəsi 5 mln. km²-dan artıqdır. Qərbi Amazoniyanın (eni 1600 km) iqlimi ekvatorialdır. Meşələrində qiymətli ağaclar bitir: süd ağacı, qırmızı ağac, heveya və s. Heyvanlar aləmi zəngindir. Şərqi Amazoniyanın (eni 350 km) iqlimi subekvatorialdır. Seyrək meşələri və savannaları var. Əhalisi hindlilər və metislərdir. Amazon ovalığında kakao, tütün, qəhvə, banan, şəkər qamışı və s.
Amazon rifi
Amazon rifi — Fransa Qvianası və Şimali Braziliyanın sahilində yerləşən geniş mərcan və süngər rifi sistemi. O, dünyadakı ən böyük rif sistemlərindən biridir, sahəsi 9300 kvadrat kilometr və uzunluğu 970 kilometrdir. İllər əvvəl Amazon çayı deltası yaxınlığında böyük geoloji rif quruluşunun olmasıyla bağlı dəlillər ortaya çıxmış, 2012-ci ildə okeanoqrafik tədqiqat aparılmış, 2016-cı ilin aprelində Amazon rifinin kəşf edildiyi elan edilmişdir. == Coğrafiya və ekologiyası == Rif sistemi mərcan və süngər rifi olaraq müəyyən edilib. Alimlər rifin əhatə etdiyi sahəni 9300 kvadrat kilometr və uzunluğunu 970 kilometrdən çox olaraq qiymətləndirirlər. Bu da onu dünyadakı ən böyük rif sistemlərindən biri edir. Sahə baxımından Kipr adasıyla müqayisə edilə bilər. Rifin sahəsi dənizdə 120 kilometrə qədər uzanır və suda dərinliyi 30-120 metr aralığındadır. Bu rifin mövcud olması qeyri-adidir. Səbəb odur ki, rif sistemləri aşağı duzluluq və yüksək turşuluğa görə Amazon kimi böyük çayların mənsəbinə yaxın yerləşmir.
Amazon çayı
Amazon çayı (port. Rio Amazonas, isp. Río Amazonas) — Cənubi Amerikada çay. Hövzəsinin sahəsinə, su sərfiyyatına görə dünyada birinci, uzunluğuna görə ikinci (Nildən sonra) yeri tutur. == Ümumi məlumat == Mənbələrini And dağlarından götürən Maranyon və Ukayali çaylarının birləşməsindən yaranır və Şərqə doğru axaraq Atlantik Okeanına tökülür. Uzunluğu Maranyon çayının mənbəyindən 6516 km, Ukayali çayının mənbəyindən 7000 km-dən çoxdur. Hövzəsinin sahəsi 7045 min km2-dir. Hövzəsinin çox hissəsi Braziliyada, cənub-qərb və qərb hissələri Boliviyada, Peruda, Ekvadorda və Kolumbiyadadır. Mənsəbində su sərfiyyatı 220 min m3/san təşkil edir. Dənizə daşıdığı su saniyədə 120000 kubmetrdir.Amazon çayında müxtəlif ölçülü adalar vardır.
Farman IV
Farman IV (fr. Farman IV) — 1909-cu ildə Henri Farman tərəfindən qurulan təyyarə. İlk uçuş 1909-cu ildə baş tutdu. == Təyyarə haqqında == Müharibədən əvvəlki dövrün ən kütləvi təyyarələrindən biri də Henri Farmanın təyyarəsi idi. Sadə bir dizayn və o dövrlər üçün yaxşı uçuş məlumatları sayəsində bu təyyarə bir çox dizayner üçün standart hala gəldi.Onu lisenziya ilə buraxırdılar. "Fərman tipli təyyarə "ifadəsi isə istənilən firma biplanını itələyən vintlə və qanadın qarşısındakı tirlərdə hündürlüyün əlavə sükanı ilə ifadə edirdi. Təyyarəni UMMC Avtomobil Muzeyinin eksponatları arasında görmək mümkündür. == Qısa texniki təsvir == Farman IV təyyarəsi 1910-1916-cı illərdə bir-birindən bir qədər fərqlənən bir çox versiyada istehsal edilmişdir. Qanad və sükanlar dop ilə emprenye edildikdən sonra sarımtıl bir rəng əldə edən açıq krem rəngli bir parça ilə təchiz edildi. Metal hissələri rənglənməmiş, taxta olanlar laklanmışdır.
Amazon Veb Servisləri
Amazon Web Services (AWS)— fiziki şəxslərə, şirkətlərə və hökumətlərə tələb üzrə bulud texnologiyaları və API təmin edən Amazonun törəmə şirkəti. Müştərilər tez-tez bunu avtomatik miqyaslama ilə birlikdə istifadə edir (bu müştəriyə yüksək istifadə zamanı daha çox hesablamadan istifadə etməyə imkan verir və trafik azaldıqda xərcləri də azaltmaq üçün miqyası azaldır). Bu veb xidmətlər AWS server fermaları vasitəsilə şəbəkə, hesablama, saxlama, aralıq proqram, IoT və digər emal qabiliyyəti ilə bağlı müxtəlif xidmətlər, həmçinin proqram təminatı alətləri təqdim edir. Bu müştəriləri cihaz və əməliyyat sistemlərini idarə etməkdən, miqyaslaşdırmaqdan və "yamaq"dan azad edir. Əsas xidmətlərdən biri istifadəçilərə REST API, CLI və ya AWS konsolu vasitəsilə internet üzərindən qarşılıqlı əlaqədə ola bilən və son dərəcə yüksək əlçatanlığa malik virtual kompüter klasterinə sahib olmağa imkan verən Amazon Elastic Compute Cloud (EC2)-dir. AWS-nin virtual kompüterləri real kompüter hissələrinin əksəriyyətini, o cümlədən emal üçün CPU və GPU, RAM; sabit disk/SSD, əməliyyat sistemlərinin seçilməsi, şəbəkələşmə və veb-serverlər, verilənlər bazaları və CRM kimi əvvəlcədən yüklənmiş proqram təminatlarını təqlid edir. AWS xidmətləri müştərilərə bütün dünyada yerləşən AWS server fermaları şəbəkəsi vasitəsilə çatdırılır. Ödənişlər abunəçinin tələb etdiyi əlçatanlıq, artıqlıq, təhlükəsizlik və cihaz, əməliyyat sistemi, proqram təminatı və ya şəbəkə xüsusiyyətlərinin birləşməsinə ("İstifadə etdiyin qədər ödə" modeli kimi tanınır) əsaslanır. Abunəçilər bir virtual AWS kompüteri, xüsusi fiziki kompüter və ya hər ikisinin klasterləri üçün ödəniş edə bilərlər. Amazon abunəçilər üçün seçilmiş təhlükəsizlik hissələri təmin edir (məsələn, məlumat mərkəzlərinin fiziki təhlükəsizliyi).
Amazon Web Services

Amazon yağış meşələri
Amazon yağış meşələri — nəm tropik həmişəyaşıl geniş yarpaqlı meşələrin geniş bir bölgəsi — demək olar ki, Amazon hövzəsini əhatə edən geniş, düz, düzənlikdə yerləşən dünyanın ən böyük tropik meşəsi. Meşənin özü 5.5 milyon kvadrat kilometr ərazini tutur — planetdəki qalan tropik meşələrin ümumi sahəsinin yarısı. Doqquz ştatın ərazisini əhatə edir: (Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam, Fransa Qvianası).Amazon meşələrində meşələrin qırılmasının əsas mənbələri insanların məskunlaşması və torpaqların genişləndirilməsidir. 2018-ci ilə qədər Amazon tropik meşələrinin təxminən 17%-i artıq məhv edilib. Alimlər göstərir ki, məhv edilmiş ərazi 20-25%-ə çatdıqda şərq, cənub və mərkəzi Amazon meşələrinin qeyri-meşə ekosistemlərinə və deqradasiyaya uğramış savannalara çevrilməsi üçün kritik həddə çatacaq. 1991-2000-ci illər arasında Amazonda itirilmiş ümumi meşə sahəsi 415.000 km²-dən 587.000 km²-ə qədər artdı və itirilmiş meşənin çox hissəsi mal-qara üçün otlaq sahəsinə (rançoya) çevrildi. Amazonda əvvəllər meşə ilə örtülmüş torpaqların 70 faizi və 1970-ci ildən bəri meşələri qırılmış ərazilərin 91 faizi heyvandarlıq otlaqları üçün istifadə edilmişdir. Ətraf mühit müdafiəçiləri Braziliya prezidenti Jair Bolsonaro-nu qeyri-qanuni ağac kəsənləri, mədənçiləri və torpaq möhtəkirlərini regionun iqtisadi inkişafı naminə meşələri təmizləməyə təşviq etməkdə məsuliyyət daşıyırlar. Bolsonaro, digər tərəfdən, bölgəni yoxsulluqdan çıxarmaq üçün qorunan ehtiyatlarda mədənçilik və əkinçiliyin təşviq edilməsini müdafiə edir. == Biomüxtəliflik == Cənubi Amerikanın tropik meşələri (Selva) ən böyük biomüxtəlifliyə malikdir.
Amazon yaşıl balıqçılı
Amazon yaşıl balıqçılı (lat. Chloroceryle amazona) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Riu-Neqru (Amazon)
Riu-Neqru (isp. və port. Rio Negro, "Qara çay") — Amazon çayının ən böyük sol qollarından biri. Uzunluğu 2300 km, hövzəsinin sahəsi 600 000 km², su sərfiyyatı 30 000 m³/s təşkil edir. Riu-Neqru Amazon hövzəsinə daxil olsa da, Riu-Neqruya daxil olan suların bir qismi digər hövzəyə daxil olan Orinokoya daxildir. Çayda çoxlu sayda astanalara rast gəlinir. 600 km məsafədə çay naviqasiyaya yararlıdır (Manaus şəhərindən mənsəbə qədər).
Amazon çayı delfin
Amazon delfini və ya iniya, amazon iniya, bouto (lat. Inia geoffrensis) — cetacea dəstəsinin çay delfinləri qrupuna aid heyvan fəsiləsi. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Cənubi Amerika üçün endemikdir. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb. == Taksonomiyası == Amazon delfininin görünüşü 1817-ci ildə Anri Mari Dyukrot de Blenvil tərəfindən təsvir edilmişdir. Amazon çayı Yunfin ilk olaraq Platanistoidea superfamilyasına məxsus idi ki, bu da bütün çay yunuslarını meydana gətirmişdir ki, bu da onları paraphyletik qrup halına gətirmişdir. İndi isə Amazon çayının delfini Inioidea superfamilyasına təsnif edilib. Amazon zamanına və necə girdiğinə dair bir fikir birliyi yoxdur; Sakit okeandan Miyosen dövründə, Andesin formalaşmasından və ya Atlantik dənizindən bunu edə bilərlər. Mübahisələrə məruz qalan böyük beynəlxalq orqanlara malik növlərin və yarımnövlərin təsnifatı ilə bağlı davam edən müzakirələr var.
Amazon Tall Tower Observatory
Amazon Tall Tower Observatory (ing. Amazon Tall Tower Observatory - ATTO) — Cənubi Amerikanın ən yüksək qülləsi.Amazoniyanın keçilməz cəngəlliklərinin dərinliklərində yerləşir. Qülləyə ən yaxın şəhər Manausdur ki, oraya olan məsafə 170 kilometrdən artıqdır.Braziliya və Almaniyanın birgə layihəsi olan Amazoniya meşələri ilə atmosfer arasında qarşılıqlı təsiri araşdırmaq üçün tikilmişdir. Hündürlüyü 325 metrdir.
Kolka–Karmadon buz və qaya sürüşməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.