Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binance
Binance — müxtəlif kriptovalyutaların alqı-satqısını təmin edən kriptovalyuta birjası. 2018-ci il yanvar ayından etibarən Binance əməliyyat həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıdır. Binance daha əvvəl high frequency tranding proqramı hazırlayan proqamçı Çanqpinq Zao tərəfindən quruldu. Şirkət başlanğıcda Çində yerləşirdi. Amma daha sonra Çinin kriptovalyutaya qoyduğu qanunların artması səbəbi ilə Çindən ayrılaraq Maltaya köçdü. == Tarixi == CEO Çanpen Zao 2005-ci ildə Şanxayda Fusion Systems-i qurmuşdu; şirkət komissiyaçılar üçün high-frequency trading sistemlərini qururdu. 2013-cü ildə kriptovalyuta pul qabı komandasının üçüncü üzvü olaraq Blockchain.info-ya qatıldı. Həmçinin fiat pulu və digital mülklər arasında spot ticarət platformu olan OKCoin-də bir ildən qısa müddətdə CTO olaraq işlədi.Şirkət Çində qoruldu. Amma 2017 sentyabr ayında Çin hökumətinin kriptovalyuta ticarətinə qoyduğu qadağadan əvvəl serverlərini və baş ofisini Çindən Yapnoiyaya köçürdü. 2018 mart ayından etibarən şirkət Tayvanda ofislər qurdu.İlk dəfə 26 iyun — 3 iyul 2017-ci ildə irəli çıxarılan ICO (İlk Pul Təklifi) ilə birlikdə Binance Coin (BNB) birjaya çıxarıldı.
İnanc
İnanc — == Azərbaycan folklorunda == Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. Professor Azad Nəbiyev inanclara İraq-türkman folkloru üçün də məqbul sayıla biləcək tərif vermişdir: "İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir" === İnancların tipləri === İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır: Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar. Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən birisi bir kərə asqırarsa, «Səbr gəldi, gözlənilsin, səbir edilsin», iki kərə asqırılarsa: «Cağat gəldi, xeyirlidir" - deyə yola çıxarlar.Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar. Bu eynilə Azərbaycan folklorunda da belədir: «Uşağın dolu dənələrini dişləməsi, yaralayanda isə «mən kəsdim,sən də kəs!» - söyləyirlər. Azərbaycan folklorunda sınamaların qadın repertuarı üçün xarakterik olduğu və qadınlar arasında geniş yayıldığı vurğulanır. İnancların böyük bir qismi ibtidai təsəvvürlərdən qaynaqlansa da, onların müəyyən hissəsi İslam dininin təsiri ilə sonralar müəyyən dəyişikliyə məruz qalmışlar.
Air France
Air France (Compagnie Nationale Air France) Air France-KLM Group şirkətinin nəznində xidmət göstərən Fransanın milli aviaşirkəti.
France 24
France 24 — 2006-ci ildə yaranan Fransa beynəlxalq xəbərlər telekanalı.
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Kazım İnanc
Kazım İnanc (türk. Kâzım İnanç; 1880, Diyarbəkir – 21 sentyabr 1938, Ankara) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Hakkı bəyin oğlu idi. 17 yanvar 1900-cu ildə Hərbi Məktəbi bitirdi. 6 dekabr 1902-ci ildə Hərbi Akademiyadan məzun oldu. == Hərbi fəaliyyəti == 20 mart 1911-ci ildə hərbi təlim keçmək üçün Almaniyaya göndərildi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. 27 iyun 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün Ankaraya gəldi. Türkiyə Böyük Millət Məclisinin nəznində Qərb Cəbhəsi Komandirliyində təhlükəsizlik, ictimai asayiş və işə götürmə fəaliyyətlərini həyata keçirmək üçün təyin edildi. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. == Həyatı == Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
İnanc xatun
İnanc xatun — Atabəy Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı olmuş və Eldəniz atabəyləri arasındakı saray intiriqalarında fəal iştirak etmişdir. Qutluq İnanc və Əmir Əmiran Ömərin anasıdır. == Həyatı == 1161-ci ilin avqustun 3-də Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatunı Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. Əl-Hüseyni yazır : "Sultan və atabəy onların üzrxahlığını qəbul edib, bağışlanmaları haqqında təliqənamə yazdılar. Onlar Həmədanda sultan xidmətinə girdilər, onlann əyalətlərindən yığılan gəlir və xərac sultan xəzinəsinə gəlirdi".1186-cı ilin əvvəlində, Cahan Pəhləvan uşaqlarına əmiləri Qızıl Arslana tabe olmağı, sultan Toğrula xidmət etməyi vəsiyyət etdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də İnanc xatunun və onun İraq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.Atabəy Cahan Pəhləvanın ölüm xəbərini bir müddət gizli tutan İnanc xatun əmirlərlə dəfələrcə görüşərək hakimiyyətə oğlanlarının keçməsinə çalışsa da onun bu cəhdləri səmərə vermədi.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər.Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi. Atatürkün fikrincə, türk xalqı İslamın nə olduğunu bilmir və Quran oxumaz.
Collège de France
Əvvəllər Kral Kolleci (Collège Royal) və ya İmparator Kolleci (Collège impérial) kimi tanınan və 1530-cu ildə I Fransisk tərəfindən təsis edilən Collège de France (Fransızca tələffüz: [kɔlɛʒ də fʁɑ̃s]) Fransada ali təhsil və tədqiqat müəssisəsidir. Collège de France Fransanın ən nüfuzlu tədqiqat müəssisəsi kimi tanınır.
France université numérique
France université numérique — onlayn dərslər verən fransız platformasıdır. 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. 2018-ci ilin aprel ayı statistikasına görə 1.4 milyondan çox istifadəçi qeydiyyatdan keçib. France université numérique istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
Tanrı inancı (Bartolini)
"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitajda və Milandakı Muzey Poldi-Pezzolidə saxlanılır. == Tarixi == Əsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir. Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma və 1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir. == Təsviri == Əsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir.
Tour de France
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. == Yarışmanın prinsipləri == Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun.Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı.Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. == Köynəklər == === Sarı köynək Le maillot jaune === Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir. Bu köynək digərləri ilə müqayisədə daha prestijli sayılır. Əvvəllər sarı səhifələri olan və yarışa sponsorluq edən qəzet liderin köynəyinə tikilirmiş.
Aéro-Club de France
Fransa aeroklubu – aerokosmik sahəsinin müxtəlif aspektləri ilə məşğul olan dünya miqyasında bir qurum. O, 1898-ci ildə təsis edilib və dünyanın ən qədim qurumudur.Akademiklər, məhsul istehsalçıları, xidmət təminatçıları və digər qlobal mülki və hərbi aerokosmik mütəxəssislər AeCF-də təmsil olunurlar. Təşkilatın baş qərargahı Parisdə yerləşir.
İnanc yerlərimiz (film, 2003)
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. == Süjet == Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
İnanc yerlərimiz. Üçüncü film. Piri-Mərdəkan (film, 2004)
== Məzmun == Film Şamaxı yaxınlığındakı batil inanc məkanlarından biri olan Mərdəkan Pirinə həsr edilmişdir.
Fincə Vikipediya
Fincə Vikipediya — Vikipediyanın fin dilində olan bölməsidir. Bu günə gədər 560.364 məqalə yaradılıb.