Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Firari Mustafa Paşa
Firari Mustafa Paşa (v. 1671, Bəsrə, Bəsrə vilayəti, Osmanlı imperiyası) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Muradın silahdarlığına gətirildi. 1643-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Diyarbəkir, 1649-cu ildə Bağdad, 1650-ci ildə yenidən Diyarbəkir, 1651-ci ildə isə Hələb bəylərbəyi təyin edildi. Bir il sonra vəzifədən alınsa da, 1653-cü ildə yenidən Hələbə, 1655-ci ildə yenidən Diyarbəkirə təyin olundu. 1656-cı ilin martında kaptan-ı dəryalığa gətirilsə də, həmin ilin mayında bu vəzifəsindən istehfa edərək öz istəyilə Misir bəylərbəyliyinə gətirildi. 1657-ci ilin mayında vəzifədən alındı ancaq sədrəzəm Körpülü Mehmed Paşa tərəfindən haqqında açılan təftişdən qorxaraq qaçıb gizləndi. Sədrəzəmin 1661-ci ildə vəfatının ardından üzə çıxdı və Sultan Mehmed tərəfindən bağışlanaraq Van bəylərbəyi təyin edildi.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. == Yerləşməsi == Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Melo figari
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Pseudophoxinus firati
Pseudophoxinus firati (lat. Pseudophoxinus firati) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Cucumis agrestis subsp. figari
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Ferrari
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fizali
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-Türki (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. == Həyatı == Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir. Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir. Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950 illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
Hikari
Hikari — Yaponiya qadın adı.
Mirvari
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
Çinari
Çinari — Berd rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
"Mirvari" kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
"Mirvari" əməliyyatı
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi. Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı. Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı. Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi. Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı. Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
Adi fizali
Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Baba Fiqani
Baba Fiqani (? — ö. 1519) — Fars ədəbiyatında "səbk-i Hindi"nin qurucusu sayılan İran şairi. == Həyatı == Baba Fiqani Şirazda dünyaya gəlmişdi. 925-ci (1519-cu) ildə öldüyü sırada altmış yaşını keçmiş olduğuna görə 860–865 (1456–1461) illər arasında doğulduğu söylənilə bilinir. Gəncliyində ata-baba məsləyi olan bıçaqçılıqla məşğul oldğundan bu sıralarda yazdığı şeirlərdə "bıçaqçı" anlamına gələn Səkkaki təxəllüsünü işlədirdi. Ancaq divanında bu təxəllüsü ilə yazılmış hərhansı bir şeirinə rast gəlinmədi. Fiqani otuz yaşına qədər Şirazda yaşadı, daha sonra Xorasana getdi. Bir müddət qaldığı Heratda başda Əbdürrəhman Cami olmaq üzərə bəzi şairlərlə görüşdüysə də onlardan gözlədiyi münasibəti görə bilmədi. Təbrizə gedərək burada tanış olduğu şairlər vasitəsiylə Ağqoyunlu hökmdarı Sultan Yaqub bəyin sarayına daxil oldu.
Cuzi Fereri
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Enzo Ferrari
Enzo Ferrari (it. Enzo Anselmo Ferrari) — Ferrari şirkətinin təsisçisi. == Həyatı == Enzo Ferrari 1898-ci ildə Modenada dünyaya gəlmişdir. O, artıq yeniyetmə yaşlarından qızğın avtomobil həvəskarı idi. Birinci dünya müharibəsi illərində Ferrari İtaliya ordusunda dəmirçi olmuşdur. Onun atası və böyük qardaşı (hər ikisinin adı Alfredo idi) 1916-cı ildə o zamanlar İtaliyada geniş yayılmış qripdən dünyalarını dəyişmişlər. Ferrari özü də 1918-ci ildə ciddi qrip pandemiyasına tutulmuş və buna görə də orduda xidmətindən azad edilmişdir. Enzo Ferrari özünün parlaq karyerasına Birinci dünya müharibəsinin sonunda başlayaraq, CMN (Costruzioni Meccaniche Nazionali) şirkətinin idman komandasının üzvü oldu. 1920-ci ildə onu pilot və sürücü-sınaqçı qismində Alfa Romeo şirkətinə götürdülər və Enso Ferrari özünün Skuderiya Ferrari adlı yarış komandasını yaratdı. Bu komandanın əsas vəzifəsi idman yarışlarında iştirak edən sürətli Alfa Romeo avtomobillərini təkmilləşdirmək idi.
Ferrari F40
Ferrari F40 — İtalyan avtomobil istehsalçısı Ferrari tərəfindən istehsal edilən avtomobil modeli. == Tarixi == Ferrarinin 40-cı yaradılış ildönümü anımına 1987-ci ildə çox az sayıda istehsal edilmişdir. İlk dəfə 1987-ci ildə təşkil edilən Frankfurtavtomobil Fuarı'nda tanıdılmışdır. Ortadan motorlu, əfsanə Ferrari modelidir. Salt performans üçün istehsal edilmiş olan maşının gövdəsi karbonfiberdən istehsal edilmiş , ağırlığa səbəb olacaq heç bir lüks, aksesuar işlədilməmişdir. Bunlardan əlavə F40, Ferrarinin yarışlarda əldə etdiyi təcrübələri istehsal etdiyi yol avtomobillərinə mümkün olduqca köçürmə səyinin başqa bir görsəricisidir. 80-ci illərdə Formula 1 yarışlarında turbo istifadə edilməsinin yayıldığı sonucu bəhs edilən keçən illərdə Ferrarinin istehsal etdiyi cüt turbolu iki modelden biri Ferrari F40 olmuşdur. === Enzo Ferrari'nin son Ferrarisi === F40, qurucusu olan Enzo Ferrarinin yaratdığı son Ferrari avtomobilidir. F40-ın satışa çıxarılmasından 1 il sonra Enzo Ferrari vəfat etdi. Enzo Ferrarinin, hər nə qədər yaşamında son günləri olsa da; ən çok bəyəndiyi Ferrarinin F40 olduğunu demişdir.
Ferrari TR
Ferrari TR, digər adı 250 Testa Rossa (it. qırmızı baş), — Ferrari şirkətinin istehsalı olan idman avtomobili, 1956-1961-ci illər arasında buraxılıb. Bu modeldən cəmi 40 ədəd istehsal edilib. Ferrari markasının ən uğurlu modellərindən loaraq öz dövründə avtomobil yarışlarında qələbə qazanıb. Le-Man 24 saat yarışlarında (1958, 1960, 1961), dörd dəfə 12 saat Sebrinq yarışlarında və üç dəfə Buenos-Ayres (yol) yarışlarında. 20 avqust 2011 -ci ildə Goodings & Company auksionunda 1958-ci il buraxılışı olan avtomobilза 16,4 milyon ABŞ dollarına satılır və auksionda satılan ən baha maşın kimi rekorda imza atır.
Filaria sp
Filaria sp. (lat. Filaria sp. ) — Nemathelminthes Schneider, 1873 tipinə aid olan növ. == Xarici quruluşu == Filaria sp. Bədən forması bu helmint qrupundakı kimi uzunsovdur. Azur-eozinlə rənglədikdə çahrayı, bədən tünd göy rəng alır. Bədənin uzunluğu 90,5–115,0 mkm (orta 106.7 ± 9.1 mkm), eni - 2.8-3.0 mkm (orta 2.5±0.6 mkm). == Yayılması == Filaria sp. Qanıxçay, Çınqıl karxanası, Ağgöl, Aşıqbayramlı və Yekəxana su anbarlarında yayılmışdır.
Filaria sp.
Filaria sp. (lat. Filaria sp. ) — Nemathelminthes Schneider, 1873 tipinə aid olan növ. == Xarici quruluşu == Filaria sp. Bədən forması bu helmint qrupundakı kimi uzunsovdur. Azur-eozinlə rənglədikdə çahrayı, bədən tünd göy rəng alır. Bədənin uzunluğu 90,5–115,0 mkm (orta 106.7 ± 9.1 mkm), eni - 2.8-3.0 mkm (orta 2.5±0.6 mkm). == Yayılması == Filaria sp. Qanıxçay, Çınqıl karxanası, Ağgöl, Aşıqbayramlı və Yekəxana su anbarlarında yayılmışdır.
Adrian divarı
Adrian divarı (ing. Hadrian's Wall, lat. Vallum Hadriani) — 117 kilometr (73 mil) uzunluğunda və bir vaxtlar İngiltərənin şimalından keçmiş nəhəng Roma müdafiə quruluşu. 121-ci ildə tikilmişdir. Divarın cənub tərəfindəki qala boyunca hərbi yol keçirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Birley, A.R. Hadrians Wall Illustrated Guide. London: Her Majesty's Stationery Office (HMSO). 1963. Burton, Anthony. Hadrian's Wall Path.
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Altay diyarı
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir. == Dövlət hakimiyyəti orqanları == Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir. == Coğrafiya == Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir . 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var. Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən). == Təbiət == Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür.
Aqlon diyarı
== Ərazisi == Aqlon diyarının ərazisi 392,70 Km2-dır. Aqlon diyarına 4 volost daxildir.
Aqnist diyarı
== Ərazisi == Aqnist diyarının ərazisi 285,0 Km2-dır. Aqnist diyarına 1 şəhər və 3 volost daxildir.
Atanarix divarı
Atanarix divarı — tervinq qot tayfasının başçısı Atanarix tərəfindən tikdirilmiş möhkəmləndirilmiş xətt. Prut və Dunay çaylarının sahilləri arasında ostqot taifal qəbiləsinin ərazisində yerləşirdi. Tikintisində "Limes Transalutanus" adlı köhnə Roma istehkamlarından istifadə edildiyi təxmin edilir.
Ayzput diyarı
== Ərazisi == Ayzput diyarının ərazisi 640,20 Km2-dır. Ayzput diyarına 1 şəhər və 5 volost daxildir.
Berlin divarı
Berlin divarı (alm. Berliner Mauer‎) — Almaniya Demokratik Respublikası ilə Qərbi Berlin arasında 13 avqust 1961-ci ildə uzunluğu 155 km (o cümlədən Berlin civarında 43,1 km) olan möhkəmləndirilmiş və 1989-cu ilə qədər mövcud olmuş dövlət sərhədi. == Erkən hadisələr == İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Berlin dörd divarla ABŞ, Böyük Britaniya, Fransa və SSSR mühasirə olunmuşdu. Ümumi düşmən üzərində qələbədən sonra Sovet İttifaqı və NATO arasında qarşıdurma bütün gücü ilə güclənməyə başlayır. Tezliklə Almaniya və Berlin ümumilikdə iki düşərgəyə – ADR (Almaniya Demokratik Respublikası) və AFR (Almaniya Federativ Respublikası) bölünür. Qərbi Berlinlə dövlət sərhədi rejiminin tətbiqinə və sərhəd istehkamlarının qurulmasına Varşava müqaviləsi üzv-ölkələrin tövsiyəsi ilə 1961-ci il avqustun 13-də başlanılmışdır. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir. İki hissə arasında əsl sərhədin olmaması tez-tez münaqişələrə, məhsul qaçaqmalçılığına və mütəxəssislərin AFR tərəfə keçməsinə səbəb olurdu. Tək 1961-ci ilin 1 yanvarından avqustun 13-nə qədər ADR-dən 207 min mütəxəssis qarşı tərəfə keçmişdi. Bu zaman hökumətin bildirdiyinə görə, dövlət bundan illik 2,5 milyard mark zərər əldə edir.
Bəhreyn dinarı
Bəhreyn dinarı (Ərəbcə: دينار بحريني; ISO 4217: BHD) - Bəhreyndə istifadə edilən pul vahididir. 1 Bəhreyn dinarı təqribən 1000 filsəyə bərabərdir. Bəhreyn dinarı Bəhreyn Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Bəhreyn dinarı = 2.65210 ABŞ dolları.