Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Firari Mustafa Paşa
Firari Mustafa Paşa (v. 1671, Bəsrə, Bəsrə vilayəti, Osmanlı imperiyası) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Muradın silahdarlığına gətirildi. 1643-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Diyarbəkir, 1649-cu ildə Bağdad, 1650-ci ildə yenidən Diyarbəkir, 1651-ci ildə isə Hələb bəylərbəyi təyin edildi. Bir il sonra vəzifədən alınsa da, 1653-cü ildə yenidən Hələbə, 1655-ci ildə yenidən Diyarbəkirə təyin olundu. 1656-cı ilin martında kaptan-ı dəryalığa gətirilsə də, həmin ilin mayında bu vəzifəsindən istehfa edərək öz istəyilə Misir bəylərbəyliyinə gətirildi. 1657-ci ilin mayında vəzifədən alındı ancaq sədrəzəm Körpülü Mehmed Paşa tərəfindən haqqında açılan təftişdən qorxaraq qaçıb gizləndi. Sədrəzəmin 1661-ci ildə vəfatının ardından üzə çıxdı və Sultan Mehmed tərəfindən bağışlanaraq Van bəylərbəyi təyin edildi.
Tirari
Tirari (ing. Tirari) — Cənubi Avstraliya ərazisində yerləşən səhra. Səhranın sahəsi 15 250 km² təşkil edir. Səhra ərazisinin bir hissəsi Eyr gölü Milli Parkına daxildir. Tirari səhrasının şimalında Simpson səhrası, şərqdən isə Stşeleski səhrası, şimal-şərqdən isə Sturt Stony ilə əhatələnir.
Melo figari
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Pseudophoxinus firati
Pseudophoxinus firati (lat. Pseudophoxinus firati) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Cucumis agrestis subsp. figari
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Ferrari
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fizali
Fərabi
Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Farabi (Əbunəsr Farabi) ət-iran (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Farabi) (təq. 870, Otrar – təq. 950[…], Dəməşq) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır. Farabi müasir Xorasanın Fəryab bölgəsində doğulmuş və ömrü boyu bir kəlmə də olsun türkcə danışmayan böyük iranlı alimdir. Amma türklər tarixi saxtalaşdırmaqla Fərabinin türk olduğunu sübut etmək istəyirlər. Türk tayfalarından heç vaxt alim, filosof, mütəfəkkir doğulmayıb. Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində fars qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895 illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911 illərdə Bağdada getdiyini göstərmişdir.
Hikari
Hikari — Yaponiya qadın adı. Hikari Nakade — Yaponiya qadın futbolçusu. Hikari Takaqi — Yaponiya qadın futbolçusu. Hikaru Kitaqava — Yaponiya qadın futbolçusu. Hikaru Naomoto — Yaponiya qadın futbolçusu.
Mirvari
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
Çinari
Çinari — Berd rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Cuzi Fereri
Enzo Ferrari
Enzo Ferrari (it. Enzo Anselmo Ferrari) — Ferrari şirkətinin təsisçisi. Enzo Ferrari 1898-ci ildə Modenada dünyaya gəlmişdir. O, artıq yeniyetmə yaşlarından qızğın avtomobil həvəskarı idi. Birinci dünya müharibəsi illərində Ferrari İtaliya ordusunda dəmirçi olmuşdur. Onun atası və böyük qardaşı (hər ikisinin adı Alfredo idi) 1916-cı ildə o zamanlar İtaliyada geniş yayılmış qripdən dünyalarını dəyişmişlər. Ferrari özü də 1918-ci ildə ciddi qrip pandemiyasına tutulmuş və buna görə də orduda xidmətindən azad edilmişdir. Enzo Ferrari özünün parlaq karyerasına Birinci dünya müharibəsinin sonunda başlayaraq, CMN (Costruzioni Meccaniche Nazionali) şirkətinin idman komandasının üzvü oldu. 1920-ci ildə onu pilot və sürücü-sınaqçı qismində Alfa Romeo şirkətinə götürdülər və Enso Ferrari özünün Skuderiya Ferrari adlı yarış komandasını yaratdı. Bu komandanın əsas vəzifəsi idman yarışlarında iştirak edən sürətli Alfa Romeo avtomobillərini təkmilləşdirmək idi.
Ferrari F40
Ferrari F40 — İtalyan avtomobil istehsalçısı Ferrari tərəfindən istehsal edilən avtomobil modeli. Ferrarinin 40-cı yaradılış ildönümü anımına 1987-ci ildə çox az sayıda istehsal edilmişdir. İlk dəfə 1987-ci ildə təşkil edilən Frankfurtavtomobil Fuarı'nda tanıdılmışdır. Ortadan motorlu, əfsanə Ferrari modelidir. Salt performans üçün istehsal edilmiş olan maşının gövdəsi karbonfiberdən istehsal edilmiş , ağırlığa səbəb olacaq heç bir lüks, aksesuar işlədilməmişdir. Bunlardan əlavə F40, Ferrarinin yarışlarda əldə etdiyi təcrübələri istehsal etdiyi yol avtomobillərinə mümkün olduqca köçürmə səyinin başqa bir görsəricisidir. 80-ci illərdə Formula 1 yarışlarında turbo istifadə edilməsinin yayıldığı sonucu bəhs edilən keçən illərdə Ferrarinin istehsal etdiyi cüt turbolu iki modelden biri Ferrari F40 olmuşdur. F40, qurucusu olan Enzo Ferrarinin yaratdığı son Ferrari avtomobilidir. F40-ın satışa çıxarılmasından 1 il sonra Enzo Ferrari vəfat etdi. Enzo Ferrarinin, hər nə qədər yaşamında son günləri olsa da; ən çok bəyəndiyi Ferrarinin F40 olduğunu demişdir.
Ferrari TR
Ferrari TR, digər adı 250 Testa Rossa (it. qırmızı baş), — Ferrari şirkətinin istehsalı olan idman avtomobili, 1956-1961-ci illər arasında buraxılıb. Bu modeldən cəmi 40 ədəd istehsal edilib. Ferrari markasının ən uğurlu modellərindən loaraq öz dövründə avtomobil yarışlarında qələbə qazanıb. Le-Man 24 saat yarışlarında (1958, 1960, 1961), dörd dəfə 12 saat Sebrinq yarışlarında və üç dəfə Buenos-Ayres (yol) yarışlarında. 20 avqust 2011 -ci ildə Goodings & Company auksionunda 1958-ci il buraxılışı olan avtomobilза 16,4 milyon ABŞ dollarına satılır və auksionda satılan ən baha maşın kimi rekorda imza atır.
Filaria sp
Filaria sp. (lat. Filaria sp. ) — Nemathelminthes Schneider, 1873 tipinə aid olan növ. Filaria sp. Bədən forması bu helmint qrupundakı kimi uzunsovdur. Azur-eozinlə rənglədikdə çahrayı, bədən tünd göy rəng alır. Bədənin uzunluğu 90,5–115,0 mkm (orta 106.7 ± 9.1 mkm), eni - 2.8-3.0 mkm (orta 2.5±0.6 mkm). Filaria sp. Qanıxçay, Çınqıl karxanası, Ağgöl, Aşıqbayramlı və Yekəxana su anbarlarında yayılmışdır.
Filaria sp.
Filaria sp. (lat. Filaria sp. ) — Nemathelminthes Schneider, 1873 tipinə aid olan növ. Filaria sp. Bədən forması bu helmint qrupundakı kimi uzunsovdur. Azur-eozinlə rənglədikdə çahrayı, bədən tünd göy rəng alır. Bədənin uzunluğu 90,5–115,0 mkm (orta 106.7 ± 9.1 mkm), eni - 2.8-3.0 mkm (orta 2.5±0.6 mkm). Filaria sp. Qanıxçay, Çınqıl karxanası, Ağgöl, Aşıqbayramlı və Yekəxana su anbarlarında yayılmışdır.
Fiqaro evlənir
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər: Basso kontinuo: klavesin və violonçel Qraf qəsrin bir dairəsi.
Harari xalqı
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Diasperus niruri
Phyllanthus niruri (lat. Phyllanthus niruri) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Hikari Nakade
Hikari Nakade (d. 6 dekabr 1988) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Diş fırçası
Diş fırçası — dişləri diş pastası ilə təmizləmək üçün istifadə edilən fırça növü. Bir diş fırçasında qırx ədəd tük dəstəsi və hər dəstədə orta hesabla 40-50 ədəd tük vardır. Tarixin əvvəlki dövrlərindən etibarən ağız təmizliyi üçün müxtəlif tədbirlər görülmüşdür. Ağız təmizliyində budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanları və s. vasitələr istifadə edilmişdir. Tarixdən məlum olan ilk diş fırçası qədim Misirdə qələm boyunda ağac budaqlarından hazırlanmışdır.Romada diş fırçaları təbii maddələrdən düzəldilən qurdalayanlardan meydana gəlirdi. İslam dünyasında ərak (misvak) ağacının budaqlarından diş fırçaları yaradılmışdır. Misvakdan istifadə, buna liderlik edən Peyğəmbər Məhəmmədin dövrünə qədər gedir.
Fırfır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Fırlar, sesidilər
Fırlar, sesidilər - xüsusi növ törədicilərin bitki orqanlarında əmələ gətirdiyi yerli patoloji yeni törəmələr. Onurğasızların törətdiyi fırlar bəzən zoosidi, göbələklərin törətdiyi fırlar isə mikosesidi adlanır. Fırların meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar, bakteriyalar, göbələklər, nematodlar, parazit həyata keçirən cücülər fırların törədiciləridir. Bir çox fırların törədiciləri kənd təsərrüfatına və meşə təsərrüfatına böyük zərər vurur. Bəzi fırların törədiciləri alaqlara qarşı bioloji mübarizədə istifadə olunur.