Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fisincan plov
== Lazım olan ərzaqlar == Toyuq — 1 ədəd (çöl quşları ilə daha ləzzətli olur) Soğan (qırmızı Soğan olsa daha yaxşıdır) — 4 −5 ədəd Nar — 3–4 ədəd Qara turşu (rub, lavaşa) — 200 qram Balqabaq — 1 ədəd (balaca olsa daha yaxşıdır) Duz Qoz — 300 qram (döyülmüş formada) == Hazırlanması == Əvvəlcə toyuğun üzərinə 4–5 baş quru soğan, 3–4 dənə yarılmış turş nar, qara turşu, duz, 2–3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üztünə odda qızardılmış nal və yaxud da dəmir parçası ataraq qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırırq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq. Fisincan plovla yeyilir.
Lobya fisincanı
Lobya fisincanı — Azərbaycan mətbəxinə aid qəlyanaltı == Lazım olan ərzaqlar == Qırmızı lobya – 100 q baş soğan – 30 q ərinmiş yağ – 20 q qoz ləpəsi – 30 q sirkə – 20 q və ya nar şirəsi – 15 q keşniş göyərtisi – 20 q istiot duz == Hazırlanma qaydası == Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
Fincan-fincan
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Sincan
Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Əsincan (Təbriz)
Əsincan (fars. اسنجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,451 nəfər yaşayır (265 ailə).
Sincan (Oğuz)
Sincan — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Ehalisi-1673 == Toponimikası == Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır."Sincan" — türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan-Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" — iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" — türk dillərində "kimi, sanki" mənalarını daşıyır. "San" isə — "həyat, dirilik" deməkdir.
Sincan Rəsədxanası
Sincan Rəsədxanası — 2011-ci ilin yanvarında dəyişdirilmədən əvvəl Urumçi Rəsədxanası olaraq bilinirdi. SR-da hazırkı tədqiqat bir çox astronomiya sahəsini əhatə edir. Radio astronomiya, optik astronomiya və astronomiya tətbiqlərindən, xüsusən də pulsarlardan, ulduz əmələ gəlməsi və təkamülü, qalaktikalar və kosmologiya, yüksək enerjili astrofizika, mikrodalğalı qəbuledici, rəqəmsal texnologiya, GPS və s. SR-nın Radio Astrofizika Laboratoriyası Çin Elmlər Akademiyasındakı radio astronomiya əsas laboratoriyalarının üzvüdür və Sincan Uyğur Muxtar Bölgəsinin Açar Laboratoriyası statusuna da layiq görülmüşdür. SR Nanşen, Kaşqar, Qitai və digər iki müstəqil yerüstü stansiyanı idarə edir. == Obyektlər == Rəsədxananın imkanlarına Urumçi əyalətinin Qanqu qəsəbəsində yerləşən Nanşan Radio Teleskopu daxildir (43°28′17″ şm. e. 87°10′41″ ş. u.). SR-nın Nanşandakı 25 metrlik teleskop sahəsi çox uzun bazalı interferometriyanın (VLBI) vacib stansiyalarından biridir.
Sincan tacikləri
Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir. == Adı == Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dari dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir. == Məskunlaşması == 2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır.
Çoko (fincan)
Çoko (猪口) və ya bəzən çoku – sake fincanı növü. Sadə dizayna və kiçik ölçüyə malikdir. == Tarixi == Keçmişdə çoko sake içmək üçün yox, sirkə və sousları saxlamaq üçün istifadə olunan adi qab növü idi. Edo dövründə sake içmək üçün istifadə olunmağa başlamışdır. Belə ki, bu dövrdə sakedəki spirtin faizi artdığı üçün çoko gibi kiçikölçülü fincandan sake içmək daha uyğun idi. == Xüsusiyyətlər == Adətən çokunun içərisində iki göy halqa təsviri olur. Bu halqalar kikiçoko adlanır və sakeni dadarkən istifadə olunur. Halqaların rəngi standart olduğu üçün sakeni içən şəxs halqalara baxaraq sakenin saflığı və keyfiyyəti haqqında məlumat deyə bilər.Çokonun həcmi 20–90 millilitr olur. Adətən sake butulkası olan tokkuri ilə birlikdə istifadə olunur. Sake süzülərkən tokkurinin ağzının çokoya dəyməməsinə diqqət yetirilir və sake çokonun 80% həcminə qədər doldurulur.
Sincan-Uyğur Muxtar Rayonu
Sincan-Uyğur Muxtar Rayonu və ya Sintszyan-Uyğur Muxtar Rayonu (çin. sadə. 新疆维吾尔自治区, pinyin: Xīnjiāng Wéiwú'ěr Zìzhìqūuyğ. شىنجاڭ ئۇيغۇر ئاپتونوم رايونى, qısa olaraq: çin. sadə. 新疆, pinyin: Xīnjiāng → Şincyanq) — Çin Xalq Respublikasında inzibati-ərazi vahidi. 1 oktyabr 1955-ci ildə yaradılıb. Ərazisi 1.66 milyon km²-dən çoxdur və bu göstərici ilə ÇXR-da əyalət səviyyəsində ən iri inzibati-ərazi vahidləri arasında ilk yeri tutur. == Tarixi == Sitazyan Çin dilində sonradan gəlmiş mənasını verir. === Antik era === Uyğurlar Böyük Hun İmperiyasının varlığında dəyərli bir rol oynayıblar.
Sincan Kənd Təsərrüfatı Universiteti
Sincan Kənd Təsərrüfatı Universiteti ( XAU ) (uyğ. شىنجاڭ يېزائېگىلىك ئۇنىۋېرسىتېتى ) Çinin Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Ürümçidə bir ali təhsil müəssisəsidir. Kənd təsərrüfatı kontekstində inşaatla əlaqəli kurslar və tədqiqatlar üzrə ixtisaslaşmışdır. Rektoru Xianq Pinqandır. == Tarix == Universitet 1 avqust 1952-ci ildə Çin Xalq Azadlıq Ordusu generalı Vanq Cen tərəfindən Mao Tszedun və Cu Enlayinin himayəsində quruldu. Əvvəlcə, Sincan Kənd Təsərrüfatı Kolleci olaraq qurulan universitet Çin Xalq Azadlıq Ordusunun 2-ci Piyada Diviziyası Məktəbinin yerində inşa edilmişdir. 21 aprel 1995-ci ildə Sincan Kənd Təsərrüfatı Universiteti adlandırıldı. Yarım əsr ərzində SKTU, həkim təhsili, magistr təhsili, beynəlxalq təhsil, ali peşə təhsili və davamlı təhsilin koordinasiyalı inkişafı ilə lisenziya təhsilini əsas götürən çox səviyyəli və intizamlı bir quruluşa çevrildi. == Korpuslar == Sincan Kənd Təsərrüfatı Universitetinin şəhərciyi 1496 dönüm ərazini əhatə edir. Sakit, gözəl və yaşıllığı çox geniş olduğundan bir bağ universiteti kimi tanınır.
Sincan yenidən təhsil düşərgələri
Sincan yenidən təhsil düşərgələri (uyğ. Qayta terbiyelesh lagérliri قايتا تەربىيەلەش لاگېرلىرى, çin. ənən. 再教育营, pinyin: zàijiàoyùyíng, ing. Xinjiang re-education camps) — Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda 2014-cü ildən başlatdığı və insanların toplama düşərgələrinə yığılması ilə müşahidə olunan kompaniyasına verilən ad. Dövlətin bu siyasəti bölgədə Çen Quanquonun 2016-cı ilin avqust ayında rəhbərliyə təyin edilməsindən sonra daha da sərtləşmişdir.Bu düşərgələr gizli saxlanılır və hüquqdan kənar formada idarə olunur. Xeyli sayda Uyğur bu düşərgələrə heç bir məhkəmə və istintaq olmadan həbs edilmişdir. Yerli dairələrin bildirdiyi məlumata görə, yüz minlərlə Uyğur və digər müsəlman etnik azlıqlar bu düşərgələrə həbs edilmişdir. Bu düşərgələrin ekstremizm və terrorizm əleyhinə olduğu bildirilir.Yüz minlərlə uyğurun, Qazaxın, Qırğızın, Hueyin (müsəlman olan etnik çinlilər) və digər etnik müsəlman-türkün, habelə, xarici vətəndaşlar olan xristianların, qazaxların da belə düşərgələrdə saxlanılması barədə məlumatlar vardır. BMT və bir çox beynəlxalq təşkilatlar yenidən təhsil düşərgələrində 1–3 milyon arası insanın saxlanıldığını bildirmişdir.2018-ci ilin oktyabr ayının 24-də BBC yenidən təhsil düşərgələri barədə ətraflı araşdırma hazırlamış və bu araşdırmada Çinin "doğru düşüncə" adlandırdığı məqsədinə çatmaq üçün "gizlədilmiş düşərgələri" nə dərəcədə artırdığını göstərmişdir.Çinin bu siyasəti beynəlxalq akademik jurnallar tərəfindən mədəni soyqırım adlandırılmışdır.
Sincan-Qəbələ ekogeokimyəvi landşaf rayonu
Sincan Qəbələ ekogeokimyəvi landşaf rayonu-Rayonu digər ekogeokimyəvi landşaft rayonlarından fərqləndirən ən mühüm cəhət burada ekoloji gərginliyi yaradan amillər içərisində antropogen amilin üstün olmasıdır. == Ekoloji şərait == Kimyəvi və spektral analizlərin nəticələrinə görə rayonun şərqində və cənubunda kiçik lokal ərazilərdə sulfatlı-natriumlu-kalsiumlu,qalan yerlərdə isə sulfatlı-natriumlu birləşmələr yayılmışdır.Bəzi yerlərdə mərgümüş,vanadium,mis,bor və s.mikroelementlərin konsentrasiyası klarka nisbətən azacıq yüksək olsa da ərazidə stronsiumdan başqa bütün elementlərin miqdarı fon səviyyəsindən aşağıdır. Qəbələdə ekoloji şəraitin pisləşməsi ətraf mühitin kimyəvi elementlərlə çirkləndirilməsindən deyil, təbii mühitə texnogen təsirlərdəndir.Söhbət burada bir vaxtlar müdafiə məqsədi ilə qurulan Radiolokasiya qurğusundan gedir. Tədqiq etdiyimiz ərazinin geokimyəvi şərait ilə yanaşı həm də burada yaranmış ekoloji vəziyyəti öyrənməyə cəhd etdiyimizdən bu qurğunun ətraf mühitə zərərli təsir haqqında danışmağı lazım bilirik. == Ekoloji şəraitin insanlara təsiri == Qəbələ rayonunun Soltan-Nuxa,Əmirli,Aydın-Qışlaq kəndlərində maqnit şüalanması intensivliyi yol verilən normadan 7-9 dəfə çox olmuşdur. Maqnit şüalanması intensivliyinin yüksək olması isə ətraf ərazilərin fauna və florasının öldürücü təsir göstərir.Çöl tədqiqatları zamanı ərazidə müşahidə etdiyimiz qarağacların kütləvi quruması,yerli əhalinin dediklərinə görə,arı ailələrinin beçə verməməsi,kütləvi surətdə xəstəliyə tutulub qırılması və s.bu kimi hallar göstərilən texniki qurğunun fəaliyyəti ilə əlaqədardır. Ən dəhşətlisi isə odur ki,bu Radiolokasiya qurğusunun fəaliyyət göstərdiyi illərdə Qəbələ rayonunda əhalinin ölüm faizi xeyli yüksəlmiş,doğum isə 70% azalmışdır.Maqnit şüalanmasının zərərli təsiri nəticəsində,rayon ərazisində uşaq ölümü xeyli çoxalmış,əhalinin sağlamlığı ciddi təhlükə qarşısında qalmışdır. Rayonun səhiyyə təşkilatlarının və Respublika Səhiyyə Nazirliyinin məlumatlarına görə Qəbələ əhalisinin 66%-i 12 müxtəlif xəstəliklə xəstələnib sağlamlıqlarını itirmişlər.Bunların arasında xərçəng,ürək-damar və qadın xəstəlikləri daha çoxdur. Burada ekoloji təhlükə törədən geokimyəvi şərait yox,maqnit şüalanması intensivliyinin yüksək olması idi ki,bu da təkcə Qəbələnin və onun ətraf kəndlərinin deyil,bütövlükdə Sincan-Qəbələ ekogeokimyəvi landşaft rayonunun müasir ekoloji şəraitinə çox pis təsir göstərir və ərazidə məskunlaşmış canlıların sağlamlığını ciddi təhlükəyə məruz qoyurdu.
Sincan-Uyğur Muxtar Rayonu əhalisi
Bu məqalə Sincan-Uyğur Muxtar Rayonunun əhalisinin sayı, sosial-demoqrafik xüsusiyyətləri haqqındadır. == Əhali sayının dinamikası == == Əhalinin yerləşmə məskəni == == Əhalinin sıxlığı == == Əhalinin artımı == == Əhalinin yaş strukturu == 1 noyabr, 2010-cu il siyahıyaalınmasına əsasən əhalinin yaş qrupları üzrə bölünməsi; == Əhalinin etnik tərkibi == === 2000-ci il siyahıyaalınması === === 2010-cu il siyahıyaalınması === 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən muxtar rayon ərazisində Çində rəsmən tanınan bütün 56 etnik qrupun nümyanəndələri yaşamaqdadır. Muxtar rayonda dövlət tərəfindən rəsmən tanınan 7 türk xalqının nümayəndələri yaşayır və onlar rayondakı ümumi əhalinin 53.25%-ini təşkil edirlər.
Sincan Nəqliyyat, Peşə və Texniki Kolleci
Sincan Nəqliyyat Peşə və Texniki Kolleci Çinin Sincan Uyğur Muxtar Bölgəsinin Urumçi şəhərində yerləşən ümumi bir kollecdir. == Xronologiya == 1953-cü ildə Dövlətə məxsus Sincan Uyğur Muxtar Bölgəsi Nəqliyyat Şirkətinin sürücülük qrupu quruldu. Ünvan: Şimal-Qərb küçəsi. 1954-1956-cı illər arasında Dövlətə məxsus Sincan Uyğur Muxtar Bölgəsi Nəqliyyat Şirkətinin sürücülük briqadası olaraq dəyişdirildi. Ünvan: Huanqxe Yolu, Urumçi və Santay Şəhəri, Cimsar. 1958-ci ilin payızında Dövlətə məxsus Sincan Uyğur Muxtar Bölgəsi Nəqliyyat Şirkətinin işçi təlim qrupu oldu, Ünvan: Urumçi, Laomançenq. 1960-cı ildə Sincan Uyğur Muxtar Bölgəsi Nəqliyyat Şöbəsi Sürücülük Məktəbi olaraq dəyişdirildi, Ünvan: Haçhulianq, Urumçi. 1961-ci ildə məktəb Yilinin Horqos şəhərinə köçdü. 1962-ci ildə ləğv edildi. 1964-cü ildə bərpa edildi və adı dəyişdirilərək Sincan Uyğur Muxtar Bölgəsinin Nəqliyyat Şöbəsinin Nəqliyyat Bürosu, Sürücülük Briqadası, Sürücü Təlim Briqadası olaraq dəyişdirildi.
Sincan Ba Yi Dəmir və Polad Şirkəti
Sincan Ba Yi Dəmir və Çəlik Şirkəti, Ba Yi Dəmir və Polad və ya 8 1 Dəmir və Çəlik və ya 1 Avqust Dəmir & Çəlik və ya BYİS və ya Bagang (Basteel), əsasən Çin polad şirkətidir. Urumçidə, Sincan-Uyğur Muxtar Rayonunda yerləşir . Şirkət, Ba Yi Dəmir və Çəlik Qrup (indi "Baosteel Steel Group Sincan Ba Yi Iron and Steel Co., Ltd." olaraq bilinir) vasitəsi ilə Çin Baowu Çəlik Qrupun ikinci dərəcəli şirkəti idi. Şirkətin qalan səhmləri Şanxay Birjasında satılır. Sincan hökuməti holdinqin azlıq hissədarıdır. == Tarix == === Ba Yi Dəmir və Çəlik Qrupu === Urumçidəki polad zavodu 1951-ci ildə Xalq Azadlıq Ordusu (PLA) tərəfindən qurulmuşdur. 1 avqust 1927-ci ildə PLA-nın qurulduğu tarixə əsasən "8 1" adını aldı. Çinin 18 vilayətində qurulmuş 18 kiçik ölçülü polad zavodundan biri idi. Ba Yi Dəmir və Çelik 1997-ci ildə 512 mühüm dövlət mülkiyyətindən biri idi. (47 dəmir və polad sənayesindən 1-i) Çinin bazarlaşdırılmasından sonra məhdud bir şirkət oldu.