Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fitoterapiya
Fitoterapiya (yunanca phyton — "bitki" və therapeia — "terapiya") — dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu. Bu gün Fitoterapiya parafarmaseptikada xüsusi inkişaf yeri tutubdur. Bioloji aktiv əlavələrin işlənməsi üçün, insan sağlamlığının effektiv bərpa olunması üçün, nutrisevtika üçün, bitkilərin, otların tərkibinin öyrənilməsi və insan orqanizminə təsirlərini müəyyən etmək üçün bu istiqamətdə çoxlu sayda yeni elmi-tədqiqat biomühəndislik institutları yaranmışdır. Ümumdünya ekologiyasındakı fəlakəti və sağlamlığımıza təsirini göz önündə tutub desək, bu bizim həyat tərzimizdə çox mühüm həlledici rol oynayır. Praktiki olaraq hər insanda bir xroniki xəstəlik vardır və bu yaş keçdikcə daha ağır hal almağa başlayır. Ağrı kəsicilər, antibiotiklər, müxtəlif dərman vasitələri ilə hər dəfə zəhərlənmək də daha yeni xəstəliklərin yaranmasına yol açır. Fitoterapiya insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Biz nə qədər təbiətə yaxın dursaq, bir o qədər az xəstələnəcəyik! Əgər sağlam yaşamaq istəyiriksə, biz təbiət və özümüzlə barışıq olmalıyıq. Müasir dünya ilə ayaqlaşmaq, öz tələbatlarımızı əldə etmək uğrundə əlimizdə olan ən dəyərli şeyi – sağlamlığımızı itirdiyimizi heç düşünmürük də… Sağlam həyat siması daha çox bu aspektlərdə özünü göstərir: Düzgün və müxtəlif qidalanma Dünya ilə tamamlayıcı harmoniya Bitki və heyvan aləmi ilə yaxın münasibət İnsanlarla aktiv və sağlam ünsiyyət Aktiv ruhi fəaliyyət (yaradıcılıq) Və əlbəttə ki, özünü təkmilləşdirmə, öz-özünü təhlil etmə və daimi mənəvi inkişaf.
Litoterapiya
Litioterapiya — farmokoterapiyanın bir növüdür. Litium duzlarının psixotrop xassəyə malik olmasını ilk dəfə Avstriya psixatrı Kade(1949) müəyyən etmişdir. Bu preparat, əsasən, affektiv pozuntular zamanı-maniakal və hipomanikal vəziyyətləri aradan qaldırmaq, bəzi hallarda isə profilaktika məqsədilə tətbiq edilir. Başlıca olaraq, litium karbonat və oksibutiratdan istifadə edilir. Sutkalıq doza 300-600 mq-dan(profilaktika məqsədilə)1800-2400 mq-dəkdir(müalicə məqsədilə). Litium duzları ilə müalicə zamanı müntəzəm olaraq qanda onun miqdarı yoxlanmalıdır. Litiumun miqdarı 1 2 mmol/1-dən çox olarsa, müalicəni dayandırmaq tələb edilir Xəstələr ürəkbulanma, öyümə, qusma, ümumi zəiflik və qarın ağrısından şikayətləndikdə litiumun qəbulu dayandırılmalı, qanın müayinəsi aparılmalıdır. Bir sıra hallarda vegetativ, allergik dermatid, ürək ritminin pozulması, endokrin əlamətlər diabetəbənzər hal müşahidə edilə bilər ki, bunlar da daha ciddi ağırlaşmaların olduğunu göstərir.
Fizioterapiya və reabilitasiya
Fizioterapiya (yun.phisis- təbiət , therapia- müalicə) — təbii amillərlə müalicə deməkdir. Fizioterapiya elə fiziki amilləri öyrənir ki, onlardan xəstəliklərin müalicə və reabilitasiyasında istifadə olunsun.