Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fizioterapiya və reabilitasiya
Fizioterapiya (yun.phisis- təbiət , therapia- müalicə) — təbii amillərlə müalicə deməkdir. Fizioterapiya elə fiziki amilləri öyrənir ki, onlardan xəstəliklərin müalicə və reabilitasiyasında istifadə olunsun.
Fitoterapiya
Fitoterapiya (yunanca phyton — "bitki" və therapeia — "terapiya") — dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulu. Bu gün Fitoterapiya parafarmaseptikada xüsusi inkişaf yeri tutubdur. Bioloji aktiv əlavələrin işlənməsi üçün, insan sağlamlığının effektiv bərpa olunması üçün, nutrisevtika üçün, bitkilərin, otların tərkibinin öyrənilməsi və insan orqanizminə təsirlərini müəyyən etmək üçün bu istiqamətdə çoxlu sayda yeni elmi-tədqiqat biomühəndislik institutları yaranmışdır. Ümumdünya ekologiyasındakı fəlakəti və sağlamlığımıza təsirini göz önündə tutub desək, bu bizim həyat tərzimizdə çox mühüm həlledici rol oynayır. Praktiki olaraq hər insanda bir xroniki xəstəlik vardır və bu yaş keçdikcə daha ağır hal almağa başlayır. Ağrı kəsicilər, antibiotiklər, müxtəlif dərman vasitələri ilə hər dəfə zəhərlənmək də daha yeni xəstəliklərin yaranmasına yol açır. Fitoterapiya insan orqanizminin yaxşılaşması və xəstəliklərin müalicəsində real effektiv üsuldur. Biz nə qədər təbiətə yaxın dursaq, bir o qədər az xəstələnəcəyik! Əgər sağlam yaşamaq istəyiriksə, biz təbiət və özümüzlə barışıq olmalıyıq. Müasir dünya ilə ayaqlaşmaq, öz tələbatlarımızı əldə etmək uğrundə əlimizdə olan ən dəyərli şeyi – sağlamlığımızı itirdiyimizi heç düşünmürük də… Sağlam həyat siması daha çox bu aspektlərdə özünü göstərir: Düzgün və müxtəlif qidalanma Dünya ilə tamamlayıcı harmoniya Bitki və heyvan aləmi ilə yaxın münasibət İnsanlarla aktiv və sağlam ünsiyyət Aktiv ruhi fəaliyyət (yaradıcılıq) Və əlbəttə ki, özünü təkmilləşdirmə, öz-özünü təhlil etmə və daimi mənəvi inkişaf.Verilən aspektlər, əlbəttə ki, ideala yaxın tələblərdir, ancaq həmişə gərək məqsədə doğru səy göstərmək lazımdır.