Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Floris de Eno
Floris (Florent) de Eno (fr. Floris (Florent) de Hainaut; təq. 1255 – 23 yanvar 1297) — 1289-cu ildən 1297-ci ilə qədər hakimiyyətdə olmuş Axeya knyazı. Floris Jan d'Aven və Hollandiyalı Adelaidanın kiçik oğlu idi. Atasından Zelandiyada ştathalterliyini almışdır. Zelandiyanı tərk edən Floris 1287-ci ildə Neapol kralı II Karlın xidmətinə daxil olmuşdur. Araqona qarşı müharibədə fərqlənmış və Karl tərəfindən Siciliya konnetablı təyin olunmuşdur. Floris 1289-cu ildə İzabella de Villarduen ilə evlənmişdir. Axeya knyazlığında nizam-intizamı bərpa etmək istəyən və baronların istəklərinə qulaq asan Karl Floris və İzabellanın toyu günü onlara Axeya knyazı və knyaginyası titulları vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bon, Antoine (1969).
Manova Qounda Sent-Floris Milli Parkı
Manova Qounda Sent-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Milli Parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük Milli Parkıdır. Bu parkın əhəmiyyəti flora və faunasının zənginliyindən irəli gəlir. Bu otlaqlarda qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, həmçinin şimal su hövzələrində çox müxtəlif növdə su quşları bu Milli Parkda yaşamaqdadır. Üstün təbii formalaşması və təbii həyat növləri səbəbiylə Park WHS elan edilmişdir. Parkda üç çay və Bonqo sıra dağları yerləşir. 1988-ci ildə Manova Qounda Sent-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.