Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
France Football
"France Football" (fr. France Football) — Fransada həftənin 2 və 5-ci günləri işıq üçü görən futbol jurnalı. Jurnal "Qızıl top" mükafatının təsisçisidir. Mükafat "France Football" jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis olunmuşdur. Məhz Q.Ano ilk dəfə 1956-cı ildə öz həmkarlarını Avropada ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün səsvermədə iştirak etməyə dəvət etmişdir. İlk qalib "Blekpul" komandasında çıxış edən Stenli Metyuz olmuşdur..
Gods of Football
Gods of Football - üzərində Avstraliyanın ən seksual futbolçuları və Reqbi Liqası oyunçularının əks olunduğu, Naked For A Cause'un tərkib hissəsi sayılan populyar illik divar təqvimidir. Kampaniya MakQreyt Fondu tərəfindən düzənlənən döş xərçənginin tədqiqatı üçün pul toplamaq və insanlar arasında bu problemi daha yaxşı məlumatlandırmaq məqsədilə çılpaq təqvimin istehsalını təşkil etmişdi. Layihənin fotoqrafı və yaradıcı direktoru Pedro Virgildir. Təqvimi yaratmaq təşəbbüsü 14 avqust 2008-ci ildə, The Footy Show adlı idman yarışması zamanı başlamışdır. Seçilən oyunçuların ilk fotoları profildə verilmişdir və hər həftə yenilənən şəkillər həmçinin Avstraliyanın Sunday Telegraph qəzetində də dərc edilmişdir. Ümumilikdə 40 nəfərdən ibarət Reqbi Liqa oyunçuları və futbolçular çılpaq poza üçün dəvət olunmuşdu. Təhrikedici xarakterli kömək toplama kampaniyası gənc idmançıların məşhur kişi beynəlxalq təqvimlərində çox uğurlu transformasiyası idi. Aydın şəkildə çılpaqlığı özündə göstərən təqvimin bəzi müxalifyönümlü insanlar tərəfindən mənfi yanaşmalarına baxmayaraq, o bütövlükdə insanlar arasında çox sevildi. Təqvimlər 2008, 2009 (Reqbi Liqa Təqvimi / Avstraliya Qaydalı Oyunlar Təqvimi / Beynəlxalq Təqvim), 2010, 2011, 2012 və 2013-cü ildə buraxılmışdır. Təqvimi həmçinin 2009-cu ildə Qrent Kerrol tərəfindən DVD formatda hazırlanmış film və bəzən Naked For A Cause'da azad şəkillərin yayılması müşayiət edir.
EFootball
eFootball — Konami tərəfindən hazırlanmış və yayınlanmış futbol videooyunudur. == İnkişafı == 21 iyul 2021-ci ildə Konami yeni oyunu izah edən altı dəqiqəlik video yayımladı. Həmin açıqlama ilə Pro Evolution Soccer (PES) seriyası bitdi. Oyun PlayStation 4, PlayStation 5, Microsoft Windows, Xbox One, Xbox Series X, Android, ve iOS platformaları üçün 30 sentyabr 2021-ci ildə yayınlandı. Efootball Unreal Engine 4 oyun mühərrikində yaradılıb.
EFootball PES 2020
PES Pro Evolution Soccer 2020 və ya PES 2020 — Microsoft Windows, PlayStation Portable, PlayStation 3, PlayStation 4, Xbox one, Nintendo WII, Android və İOS platformaları istifadəçilərinə yönələn futbol və Konami tərəfindən istehsal edilən videooyunudur. Tək-oyunçulu və multipleyer tiplərinə malikdir. Oyun Pro Evolution Soccer seriyasındakı 19-cu seriyadır və 10 Sentyabr 2019-cu ildə bütün dünyada satışa çıxarıldı və buna 12 Sentyabr 2019-cu ildə ilk dəfə Asiyada başlandı. Yeni oyun başlıqda simvolik olaraq "eFootball" əlavə edərək ad dəyişikliyini təqdim edir. eFootball Pro turnirlərinə diqqət yetirməklə onlayn oyun məkanında bir təkandır. Lionel Messi, Pro Evolution Soccer 2011 örtüyündəki son görünüşündən bəri nəhayət bu buraxılışın üz qabığında yer aldı, amma o tək deyil və digər 3 futbolçu səfirləriː Serj Qnabri, Miralem Pyaniç və Skott McTominay onunla birlikdə PES 2020-in üz qabığını bəzəyirlər. Ronaldinyo isə "Əfsanələr Nəşri"nin üz qabığında yer alacaq. == Klub ortaqlıqları == === Barselona === Konami və Barselona arasındakı yenilənmiş bir müqaviləyə əsasən, İspaniya futbol klubu ilə şirkətin əlaqəsinin davam etdirildiyi bildirildi. Bu elan ilə birlikdə xüsusi bir Barselona nəşrinin çıxacağı da təsdiqləndi. === Bayern Münhen === Demo elanından sonra - 30 İyul 2019 tarixində çıxan bəyanatda Bayern Münhen, rəsmi olaraq ortaq klub elan edildi.