Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Footjob
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.