Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fotofob
Fotofob — kölgəyə uyğunlaşmış orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Fotofil
Fotofil — işıqsevən orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Notifon
Notifon — 14 yanvar 2017-ci ildə yaradılmış Android ƏS-li telefonlar üçün proqram. Proqramda ingilis dilində ən çox işlənən sözlər aid olduğu nitq hissəsi nəzərə alınaraq ardıcıllığa əsasən tərtib olunmuşdur. Siyahının əvvəlindəki sözlər sondakılara nəzərən daha çox istifadə olunur. Proqram offline rejimdə çalışır. İstifadəçi əvvəlcədən bildiyi sözləri işarələyə bilər ki, bu da onların bildirişlərdə göstərilməməsinə səbəb olur. Xüsusi alqoritm sayəsində öyrənilməmiş sözlər müəyyən vaxt keçdikdən sonra təkrarən xatırladılır və beləliklə çətin yadda qalan sözlər istifadəçinin bu sözləri öyrənməsinə qədər göstərilməyə davam edir. proqram inkişaf mərhələsində olduğundan yaxın zamanda lüğətə yeni sözlərin əlavə olunması gözlənilir. Həmçinin istifadəçilər özləri də sözləri əlavə edərək android mobil tətbiqinin söz bazasını genişləndirə bilərlər.
Litofon
Litofon (q.yun. λίθος - 'daş' və φωνή - 'səs') — daşdan hazırlanmış zərb musiqi alətləridir. Onlar idiofonlar adlnana musiqi alətlərinə aiddir . Mənşəyinə görə litofonlar həm süni, həm də təbii ola bilər (daşlar, daşlar, stalaktitlər, stalaqmitlər və s.). Mağaralarda müxtəlif hündürlükdə və müxtəlif tembrlərdə səslər verən daş qırışları var - görünür, bu xüsusiyyət qədim insana məlum idi. Belə ki, Azərbaycanın Qobustan dağ qoruğunda iki qavaldaş - təbii mənşəli ən qədim zərb alətləri-litofonlar qorunur . Litofon çalarkən səs zərbə ilə (toxmaq, başqa daş və s. ilə) yaranır; onun hündürlüyü sabit ola bilər . Litofonların özləri məqsədyönlü hazırlanmış alətlər kimi Neolit dövründə meydana çıxmışdır . Belə ki, 1949-cu ildə Cənubi Vyetnamda eramızdan əvvəl IV-III minilliklərə aid uzunluğu 65 ilə 100 sm arasında dəyişən on bir düzbucaqlı daş plitə aşkar edilmişdir.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti) Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Fonfon buzlağı
Fonfon buzlağı (bolq. ледник Фонфон, ‘Lednik Fonfon’ \'led-nik fon-'fon\) — 4 km uzunluğu və 2.3 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Buzlaq Gerila buzlağından şimalda, Embree buzlağından cənubda yerləşmişdir. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq Bolqarıstandakı Vitoşa dağının Fonfon ərazisinin adını daşıyır. == Yerləşməsi == Fonfon buzlağı 78°11′00″ c. e. 86°01′50″ q. u. koordinatlarında yerləşmişdir.
Fosfon turşuları
Fosfon turşuları - tərkibində fosfor birləşmələrini saxlayan turşulara verilən addır. Ümumi formul: R-PO(OH)2.
Foton (peyk)
Foton (və ya Photon) iki ədəd Rusiya elmi peykinin və yenidən qurulan vasitə proqramlarının layihə adıdır. İnsansız olmasına baxmayaraq, dizayn Vostok kosmos stansiyasının kapsulasından hazırlanmışdır. Foton layihəsinin əsas məqsədi materialşünaslıq tədqiqatlarıdır, lakin bəzi missiyalar həmçinin biologiya, o cümlədən digər tədqiqat sahələri üzrə də təcrübə keçirir . Orijinal Foton seriyası 1985-dən 1999-cu ilədək Plesetsk kosmodromundan 12 ədəd buraxılmışdı . İkinci seriya, Foton-M adı altında, orijinal Foton üzərində dizayn dəyişikliklərindən sonra istifaə olunmağa başladı və hələ də istifadə olunur. Bu günə qədər Foton-M-nin dörd başlanğıc xüsusiyyəti var.Birincisi 2002-ci ildə Plesetsk kosmodromundan buraxıldı və müvəffəqiyyətsizliklə nəticələndi. Son üç, peyk 2005, 2007 və 2014-cü ildə Baykonur Kosmodromundan həyata keçirildi və hamısı uğurla nəticələndi. Həm Foton, həm də Foton-M seriyasında, Soyuz-U (11A511U və 11A511U2) raketləri raket vasitəsi kimi istifadə edildi. Foton-7 missiyasından başlayaraq Avropa Kosmik Agentliyi Foton proqramına tərəfdaş olmuşdur. == Foton-M == Foton-M Rus robot peykidir ki,Yer ətrafında tədqiqatlar aparır.Foton-M-in əsas strukturu Foton üzərində qurulmuşdur və əsas dəyişiklər telemetriya və uzaqdan idarəetmə üzərində aparıldı.Batereya tutumu artırıldı və termal idarəetmə sistemi yaxşılaşdırıldı.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.