Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tramua
Tramua (fr. Tramoyes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01424. == Coğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 17 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1674 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 1442 nəfərdən (15-64 yaş) 834 nəfəri iqtisadi cəhətdən, 308 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu 76.5%). 834 fəal sakindən 791 nəfər (406 kişi və 385 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın).
Taissa Farmiqa
Taissa Farmiqa (ing. Taissa Farmiga) — amerikalı aktrisa. Karyerasına 2011-ci ildə nümayiş olunmuş Yüksək torpaq dram filmi ilə başladı. O televiziyada ilk debütünü FX-in hit serialı olan Amerikan qorxu hekayəsi: Qatil ev ilə etdi. Teatr debutunu isə 2016-cı ildə Dəfn edilmiş uşaq tamaşası ilə etdi. Növbəti illərdə Taissa Kor zəng (2013), Zehnin mərkəzində (2013), Midltonda (2013), Sonuncu qızlar (2015), 6 il (2015), Şiddət vadisində (2016) və Qaydalar tətbiq edilmir (2016) kimi filmlərdə çəkildi. O Ədalət liqası gənc titanlara qarşı (2016) və Gənc titanlar: Cudas müqaviləsi filmlərində Ravenin səsini səsləndirmişdir. == Həyatı == Taissa Nyu-Cersi ştatının Readinqton Tounşip şəhərində doğulub və böyüyüb. O ailədə ən kiçiyidir. Özündən başqa onun Viktor, Vera, Stefan, Nadia, Aleksandr və Larissa adlı bacı/qardaşları var.
Vera Farmiqa
Vera Farmiqa(ing. Vera Ann Farmiga; d. 6 avqust 1973, Passeik, Nyu-Cersi) — ABŞ aktrisası. == Həyatı == Vera Farmiqa 1973-cü il avqustun 6-da Nyu-York ştatının Passeik şəhərində anadan olub. Valideynləri Qərbi Ukraynadan olan Mixail və Lyubov Farmiqadı. 1996-cı ildə Brodveydə teatr səhnəsində debüt edən Farmiqa 90-cı illərin sonlarından kinolara çəkilməyə başlayır. Aktrisa 2006-cı ildə 4 “Oskar” o cümlədən “İlin ən yaxşı filmi” nominasiyasında qalib gələn “Qanunu pozanlar” filmi ilə diqqəti çəkir. Farmiqanın “ulduz saatı” isə 2010-cu cu ildə çəkildiyi “Mən də səmaya istərdim” filmi olur. O, roluna görə “İkinci plan ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a namizəd göstərilir. Onun iştirakı ilə yenicə ekranlara çıxan “Lənət” filmi isə kinoteatrlarda nümayişdən böyük məbləğdə maliyyə qazanıb.
Camuqa-seçen
Camuqa-seçen (1154-1205)— Çingiz xanın andası və silahdaşı. == Həyatı == Temuçinin digər andası Borçu tərəfindən, Çingiz xanın əmri ilə öldürülmüşdür. Camuqa da əvvəllər Çingiz xanın rəqibiydi. Amma Camuqanı digərlərindən ayıran ən önəmli səbən, Çingiz xan ilə olan qan qardaşlığıydı… === Çingiz xan və Camuqa-seçen === Camuqa Çingiz xan ilə eyni yaşlardadır. Camuqa, gəncliyində, mənsub olduğu Cacirat (Cadaran) ulusunun başçısı olmuşdu. Seçen ünvanı daşıyırdı. Hətta, istənildiyində 20 min əsgər dəxi çıxara bilirdi. Çingiz xanla olan münasibətlərinin korlayan səbəblər məchul,ayrılışlarının necə olduğu da qəti olaraq bilinmir. Tanışmalarının, ikisininde 11 yaşlarında oluğu zamanlarda gerçekleştiği rəvayət edilmekdedir. Onan çayı kenarında oyun oynuyurdılar.