1. NƏŞƏLƏNMƏK [Əbülhəsən bəy:] Hələ dünyanın şadlığından ümidini kəsən bəzi xəstə və zəif ürəklər də vardır ki, onlar daima ağlamaqdan nəşələnir, əyləncələrdən deyil, yas evlərində zövq aramağa çalışır (M.S.Ordubadi); HƏZZ ALMAQ Könül isə heç nəyə əhəmiyyət vermədən fəhlə qadınlarla söhbətdən həzz alırdı (X.Hasilova); LƏZZƏT ALMAQ Məhzun bir qəlb, səhər günəşinin aləmə bəxş etdiyi lətafətdən ziyadə, qürubun üfüqlər üzərində təsvir etdiyi məhzun lövhələrdən ləzzət alır (M.S.Ordubadi); ZÖVQ ALMAQ Əbülhəsən bəy: İndi növbət sizindir, hər kəs nədən zövq alırsa, onu burada söyləməlidir (M.S.Ordubadi); XUMARLANMAQ, ŞADLANMAQ (bax).
2. nəşələnmək bax keflənmək