Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
François Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. == Klub karyerası == === Bastiya === Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. === Bordo === 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. == Karyera statistikası == === Klub === 11 Mart 2017 tarixində yenilənib === Milli komanda === 10 İyun 2017 tarixində yenilənib ==== Milli komanda qolları ==== 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
François Çereke
Maximilien François Marie Isidore de Robespierre
Maksimilian Robespyer (6 may 1758[…], Arras – 28 iyul 1794[…], Paris) — Fransız inqilabının liderlərindən olan İrlandiya əsilli vəkil. == Həyatı == Maksimilian Robespyer 1758-ci il 6 may tarixində Fransanın şimalında olan Arras şəhərində anadan olub. Robespyer 1769-cu ildə, Parisdə Böyük Lüdovuq Kollecində daxil olur. Burada təhsil aldığı dövrdə çalışqanlığı ilə yoldaşlarından fərqlənib. 1781-ci ildə məktəbi bitirdikdən sonra, atasının yolunu davam etdirərək vəkil peşəsini seçir və bu sahədə fəaliyyət göstərir. O tezliklə müvəffəqiyyətli vəkil olur və Yepiskop Tribunalında hakim vəzifəsinə də yiyələnir. Məhkəmə dinləmələri ərzində, o maarifçi ideayları ilə tanınır və kasıb insanların lehinə hər zaman dəlil gətirə bilməsi ilə şöhrət qazanır. [mənbə göstərin] O,geniş mütaliələrlə məşğul olur,həmçinin cəmiyyətdə baş verən hadisələrlə dərindən maraqlanır. 1782-ci ildə o cinayət hakimi təyin edilir. Robespyerin siyasi ideyalarına ən böyük təsir göstərən Jan Jak Russonun fikirləri olub.