baryer

is. barrière f ; gömrükxana ~i barrière douanière ; ~dən tullanmaq (idmanda) franchir la barre (və ya la haie)

barverməz
baryetirmə
OBASTAN VİKİ
Azərbaycanda seçki baryeri
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Əfqanıstan-Pakistan baryeri
Əfqanıstan-Pakistan baryeri — Pakistanın Əfqanıstanla 2,670-kilometr sərhəddi boyunca tikilən ayırıcı baryerdir. Baryer Dürand xətti vasitəsilə qanunsuz immiqrasiyanın qarşısının alınması üçün nəzərdə tutulmuşdur. Pakistan prezidentinin mətbuat katibi olmuş general-mayor Şaukat Sultan bildirdi ki, baryer sərhəd vasitəsilə Əfqanıstandan mücahidlərin sərhəddi keçməsinin qarşısını almaq məqsədi ilə tikilir. Baryerin tikintisi Amerika Birləşdirilmiş Ştatların maliyyə dəstəyi ilə həyata keçirilir. 2005-ci ilin sentyabrında pakistanlılar bildirdilər ki, Əfqanıstanla sərhəd boyunca 2400 kilometr baryer tikməyə başlayacaqlar, mücahidlərin və narkotik alverçilərinin sərhəddi keçməsinin qarşısını almaq üçün. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf hətta sərhəddi də minalamağı təklif etdi. 2009-cu ildə pakistanlılar yenidən bu baryeri tikməyə başlamağa qərar verdilər. Maliyyələşdirmə olmadığına görə sərhəd məntəqəsinin yalnız 35 kilometrini hasarlamağı bacardılar. 2011-ci ilin iyununda Pakistan ordusunun mətbuat katibi general-mayor Atar Abbas bildirdi ki, sərhəd zonasında 35 kilometr uzunluğunda baryerin tikilməsinə görə Pakistan hərbçiləri baryerin tikintisi vaxtı taliblərin fasiləsiz basqınlarına məruz qaldılar. Əfqanıstan baryerin tikintisi layihəsinin bahalığına əsas gətirib tikintidə iştirak etmədi.
Əfqanıstan–Pakistan sərhəd baryeri

Значение слова в других словарях