Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frazeologizm
Frazeologiya (yun. phrasis -ifadə , yun. logos - təlim) — dilçilikdə bu termin geniş mənada müəyyən dildəki frazeoloji birləşmələri öyrənən elmdir. Frazeoloji birləşmələr məcmusu, nisbətən dar mənada emosional və ekspressiv səciyyə daşıyan sabit söz birləşmələri haqqında işlənir. Bundan başqa , bir yazıçının əsərlərinin (məsələn, M.F.Axundovun komediyalarının frazeologiyası) , müəyyən bir dövrün (məsələn, 20-ci əsr mətbuatının frazeologiyası) , müəyyən dil abidələrinin (məsələn, Orxon Yenisey kitabələrinin frazeologiyası) ifadələrindən bəhs etdikdə frazeologiya termini işlədilir. Frazeologiya dildə mövcud olan bütün sabit söz birləşmələrinin məcmusu deməkdir. Sabit söz birləşmələrində sözlər üzvi sürətdə elə birləşir ki, onları bir-birindən ayırmaq, birini başqası ilə əvəz etmək və hər bir sözü müstəqim mənada düşünmək olmur, məsələn,gözə gəlmək,yola vermək, qulağına çatdırmaq və s. == Frazeoloji birləşmələr == Frazeoloji birləşmələrin şeir mətnində özünəməxsus zəngin bədii həyatı var. Mühüm estetik ünsür kimi, poetik mətni təşkil edən ilkin dil materiallarından biri kimi frazeoloji vahidlər adi danişiq, məişət-ünsiyyət funksiyasindan fərqli olaraq özün də, daxili semantikasında gözlənilməz əsrarəngizliklər gizlədir. Ondaki potensial imkanlar söz sənətkarlarinin qələmindən misralara süzüldükcə açilir.