Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Your-Freedom
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Freeform
Freeform — The Walt Disney Kompaniyasının budaq şirkəti olan Disney–ABC Televiziya Qrupunun nəznində Amerikada fəaliyyət göstərən kabel televiziya kanalıdır. Telekanalın efirində daha çox gənclər üçün nəzərdə tutulmuş proqramlar yayımlanmaqdadır və bunlarda təxminən 14–34 yaş arası insanları əhatə edir. 2016-cı ilin yanvar ayındakı hesabata görə Freeform Birləşmiş Ştatlarda 92 milyondan çox evdə izlənilir. Kanal həmçinin ABC Ailəsi kimidə tatınır.
Freydo-Marksizm
Freydo-marksizm (ing. Freudo-Marxism) — Karl Marksın və Ziqmund Freydin konsepsiyalarını birləşdirməyə çalışan radikal sol nəzəriyyədir. == Mahiyyəti == Freydo-marksizmin həm marksizm olmasını, eyni zamanda keyfiyyətcə yeni bir təlim olduğunu, bir analogiya ilə göstərmək olar. Əvvəllər heyvanların dərisinin daxili orqanlardan daha bərk olmasını izah edərək pendirin kəsilmiş tərəfini havada bir müddət saxlayardılar, hava ilə olan kontaktından onun üst tərəfinin, iç hissəsi ilə nisbətdə, müəyyən zamandan sonra bərkiməsini heyvan dərisinin yaranması hadisəsinə oxşadırdılar. Əlbəttə bu müəyyən mənada, dərinin codlaşması hadisəsinin doğru izahı idi, amma sonralar biologiyada heyvanların dərisinin bərk olmasını izah edən başqa izahlar tapıldı, və bu eyni hadisənin daha təfərrüatlı və daha dəqiq izahını verirdi. Yəni həmin məzmunun daxili genişlənməsi və daha da zənginləşməsi idi. Amma bu əski izahı etibarsız etmir, o mənada ki əski izah bu daha təkmil izahın çıxış nöqtəsi olmuşdu. İnkarın müsbət həlli. Dialektikanın mənası bundadı. Yeni əskinin üzərində yaranır, əskini məhv edərək, amma onun müsbət nailiyyətlərini özündə saxlayaraq.
Freydo-marksizm