Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alessandra Ferezin
Alessandra Ferezin (7 aprel 1976) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Alessandra Ferezin Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Kamila Ferezin
Kamila Ferezin (18 aprel 1977) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Kamila Ferezin Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Frekinq
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər.Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Ruprext (Frayzinq yepiskopu)
Ruprext (alm. Ruprecht der Tugendhafte‎, 14 may 1481, Heydelberq – 20 avqust 1504, Landshut) — Vittelsbax sülaləsindən Pfals kürfürstü Filippin üçüncü oğlu. 1495-ci ildən 1498-ci ilə qədər Frayzinq yepiskopu idi. == Həyatı == 1481-ci ildə Heydelberqdə anadan olan Ruprext, Pfalsda səkkiz qardaş arasında böyümüşdü. Atası, statusuna uyğun olaraq üçüncü oğlu üçün kilsə vəzifəsi planlaşdırırdı. Filipp Ruprextin 1491-ci ildə doqquz yaşında Vürtsburqda kanon olmasına çalışdı, 1 fevral 1492-ci ildə Frayzinq yepiskop köməkçisi təyin edildi və qısa müddət sonra Frayzinqdə kafedralda işləməyə başladı. Papa VIII İnnokent bunu təsdiq etmədi, lakin bunun heç bir fərqi olmadı. 1493-cü ildə Maynsda Müqəddəs Mariya kilsəsində provost oldu. 1495-ci ildə yepiskop Siktus fon Tannberqin ölümü ilə Frayzinq yepiskopuluğu boş qaldıqda, Filipp oğlunu yepiskop təyin etdi. 1495-ci il avqustun 1-də kafedral rəhbərliyinə seçkilər zamanı Bavariya-Münhen hersoqluğundan bir namizəd və Bavariya-Landsxut tərəfindən dəstəklənən Ruprext vardı.
Münhen və Frayzinq arxiyeparxiyası
Münhen və Frayzinq arxiyeparxiyası (alm. Erzbistum München und Freising‎, lat. Archidioecesis Monacensis et Frisingensis) — Almaniyanın Bavariya əyalətindəki Roma Katolik Kilsəsinin inzibati vahidi. Münhen və Frayzinq arxiyepiskopu tərəfindən idarə olunur. Onun iki inzibati baş kafedralı var — Münhen kafedralı və Frayzinq kafedralı. İnzibati vahid kimi təxmini 739-cu ildə Frayzinq yeparxiyası kimi Müqəddəs Bonifatsi tərəfindən yaradılmış və daha sonra knyaz-yepiskopluq olmuşdur. Yeparxiya 1803-cü ildə Müqəddəs Roma İmperiyasının dağılmasından sonra ləğv edildi, buna baxmayaraq yepiskop titulyar olaraq hakimiyyətə iddia edirdi. 1818-ci il aprelin 1-də Papa VII Piy yeparxiyanı Frayzinq deyil, Münhendəki yeni iqamətgahı ilə arxiyeparxiyaya yüksəltdi. Baş yeparxiya 758 prixoda və ilə qırx dekanlığa bölünür. Onun suffraqan yepiskopları Auqsburq yepiskopu, Passau yepiskopu və Regensburq yepiskopudur.