Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Frozen Streyt
Frozen Streyt (ing. Frozen Strait) — Hudzon körfəzinin şimalında, Kanadanın Nunavut vilayəti, kivallik regionunda yerləşir. Boğaz Melvill yarımadasını Sauthempton adasından ayırır. Qərbdə yerləşən Repals körfəzini şərqdə yerləşən Foks körfəzi ilə birləşdirir. Boğazın uzunluğu 80 km, eni isə 19 – 32 km arasında dəyişir. belə bir fikir vardır ki, Qrenlandiya balinaları şimala miqrasiya etdikləri zaman təkcə Ros Velkom Saund boğazından deyil həmcinin Frozen Streyt boğazındanda istifadə edirlər. == Tarixi == 1615-ci ildə Msvka şirkətinin dəstəyi ilə Robert Baylotun gəmisi Şimal-Qərb keçidi ilə Hindistana getmək istərkən Diskaveri buzlaqlqrında qəzaya uğramışdır. 1742-ci ilin avqustunda boğazın qərb hissəsinə digər ingilis səyyshı Kristofer Midlton yan ala bilmişdir. O, Ros Velkom Saund boğazı ilə şimal yönəlmiş və burada yerləşən boğazın buzlarla tıxandığını müşahidə etmişdir. Bundan sonra boğaza Frozen Streyt (azərb.
Qriqori Rozen
Qriqori Vladimiroviç Rozen (rus. Григорий Владимирович Розен; 11 oktyabr 1782 – 18 avqust 1841, Sankt-Peterburq və ya Moskva)—alman əsilli rus hərbçisi, Qafqaz canişini. Qriqori Vladimiroviç Rozen 1782-ci ildə anadan olmuşdu. Baron Rozen 1831–1837-ci illərdə Qafqazın sərdarı olub. Qafqazın baş hakimi Baron Rozen Mirzə Fətəli Axundovu Şərq dilləri və elmləri sahəsində mükəmməl hazırlığından razı qalaraq onu dövlət xidmətinə — Qafqaz hakiminin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edib. "Tiflis əxbarı" qəzetinin materiallarını Mirzə Yeprem Yenikolopov redaktə edirdi. O, şərq dillərini bilirdi. Arxiv materiallarından məlum olur ki, Azərbaycan dilində "Tiflis əxbarı"qəzeti farsca çıxan qəzet bağlandıqdan sonra buraxılmışdır. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Bunu Qafqazın baş hakimi olmuş Baron Rozenin 1831-ci il dekabrın 30-da maarif naziri K. A. Livenə yazdığı məktubdan da bilmək olar.
Viktor Rozen
Viktor Romanoviç Rozen (21 fevral (5 mart) 1849 və ya 5 mart 1849, Tallin – 10 (23) yanvar 1908 və ya 23 yanvar 1908, Sankt-Peterburq) — Rusiya şərqşünası Viktor Romanoviç Rozen 5 mart 1849 -cu ildə anadan olmuşdu. Viktor Rozen 23 yanvar 1908-ci ildə vəfat edib. «Древнеарабская поэзия и её критика» (СПб., 1872), «Известия Ал-Бекри и других авторов о Руси и славянах» (в Приложении к XXXII т. «Записок Императорской Академии Наук», 1878), «Император Василий Болгарский» (Прил. к XLIV т. «Записок Имп. Академии Наук», 1883), «Заметка о летописи Агапия Манбиджского» («Журнал Мин. Народного Просвещения», 1884), «Notiz über eine merkwürdige arab. Handschrift» («Bulletin de l’Ас. Imp.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir. Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. Yamaqata-Lobanov sazişi Kodansha Encyclopedia of Japan (ingiliscə).
Qross-Rozen həbs düşərgəsi
Qross-Rosen həbs düşərgəsi (alm. Konzentrationslager Groß-Rosen‎) — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Trizen
Trizen (alm. Triesen‎) – Lixtenşteyn knyazlığında bir əyalət 2010-cu ilin məlumatlarına görə əhalinin sayı- 4826 nəfər, sahəsi isə 26,477 km²-dir. Rəsmi kodu 7002, poçt indeksi 9495. Trizen şəhəri şimaldan paytaxt Vadus şəhəri ilə, şimal-şərqdən Trizenberq, cənubunda isə Qraubyunden kantonu ilə (İsveçrə), cənub-qərbdən Balçers və qərbdən Sankt-Qallen (İsveçrə) ilə sərhədlənir.
ROXEN
ROXEN və ya Larisa Roxana Giurgiu (rum. laˈrisa rokˈsana ˈd͡ʒʲurd͡ʒʲu; 5 yanvar 2000, Kluj-Napoka) — Rumın müğənni. Rumıniyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. Roxen 5 yanvar 2000-ci ildə Rumıniyanın Kluj şəhərində dünyaya göz açmışdır. O, 7 yaşında musiqiyə olan sevgisini kəşf etdi. Roxen artıq 19 yaşında ilk mahnısı "You Don't Love Me"-ni gün işığına çıxardı. Bir sıra ölkələrdə mahnısı çox sevilirdi. İstedadlı müğənni, özünü sübut etmək üçün 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansını əldə etdi. O, Rumıniyanın Selecția Națională milli seçim turunda iştirak edərək "Alcohol You" söylədi və 1-ci yerə layiq görülərək 2020 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı təmsil etmək şansı qazandı, lakin Avropa Yayım Birliyinin 18 mart 2020-ci il qərarına görə 2020 Avroviziya Mahnı Müsabiqəsi COVID-19 koronavirus pandemiyası səbəbindən ləğv edildi, lakin ölkə televiziyası TVR 31 mart 2020 tarixində Roxenin 2021 Avroviziya Mahnı Müsabiqəsində də iştirak edəcəyini bildirdi. O, Niderlandın Rotterdam şəhərində keçiriləcək 2021 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarım final mərhələsində "Amnesia" mahnısını ifa edəcək.
Brezen (İzer)
Brezen (fr. Brézins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Brezen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38058. Kommunanın 1999-cı il üçün əhalisi 1326 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 356 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Dafni Rouzen
Dafni Rouzen (ing. Daphne Rosen; 9 iyun 1982, Tel-Əviv) — İsrail pornoaktrisasıdır. Təl-Əvivdə anadan olan Dafni uşaqlığını ABŞ-də Massamusetdə keçirmişdir. 2005-ci ildə "Venom Digital Media" ilə müqavilə bağlayaraq porqnoqrafik janrlı filmlərdə çəkilməyə başlayır.
Erogen zona
Erogen zona (yun. ἔρως, érōs, "sevgi, ehtiras" və γεννᾶν, gennân, "istehsal etmək"), cinsi həyəcan və ya zövq yaradan bədənin hər hansı bir hissəsidir. Bu zonalar, sinir uclarının sıx olduğu və toxunmaya qarşı həssas olan bölgələrdir. Erogen zonaların stimullaşdırılması cinsi oyanmaya və orqazma səbəb ola bilər. == Erogen Zonaların Növləri == Erogen zonalar, birincil və ikincil olmaqla iki əsas kateqoriyaya bölünür: Birincil erogen zonalar: Bu zonalar, cinsi orqanlar və onlara yaxın bölgələri əhatə edir. Bunlara qadınlarda klitoris, vulva və vagina, kişilərdə penis, xayalar və perineum daxildir. Bu zonalar, cinsi funksiya üçün xüsusi olaraq inkişaf etmişdir və ən güclü cinsi cavabları tetikleyebilir. İkincil erogen zonalar: Bu zonalar, cinsi orqanlardan başqa, toxunmaya qarşı həssas olan digər bədən hissələrini əhatə edir. Bunlara dodaqlar, boyun, qulaqlar, məmələr, budun daxili hissəsi və ayaqlar daxildir. Bu zonaların həssaslığı, fərddən fərdi dəyişə bilər və həyat boyu dəyişə bilər.
Freden adası
Freden adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 165 metr təşkil edir. Adanın üzəri çoxillik buzla örtülmüşdür. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. Yaxınlığında yerləşən ən iri ada Yeva-Liv adası 8,5 km şimal-şərqdə yerləşir. Freden adasından 3 km şimalda Adelaid adası yerləşir. Bu ada Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır. == Təsviri == Dairəvi formaya malikdir.
Nils Finzen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².
Rozhen Rəsədxanası
Rozhen Rəsədxanası (bolq. Национална астрономическа обсерватория - Рожен) — Cənub-Şərqi Avropa və Balkan yarımadasının ən böyük astronomik rəsədxanası. Rozhen Milli Astronomiya Rəsədxanası açılışı rəsmi olaraq 13 mart 1981-ci ildə olub, lakin elmi proqramlar çərçivəsində müntəzəm müşahidə fəaliyyəti 1979-cu ilin sentyabrında başlayıb. Rozhen Rəsədxanası Bolqarıstanın elmi infrastruktura birdəfəlik ən böyük sərmayəsidir (12 milyon LVN-dən çox). Balkanlarda və ümumiyyətlə Cənub-Şərqi Avropanın də ən böyük astronomik rəsədxanasıdır. Bolqarıstan Elmlər Akademiyasının Astronomiya İnstitutu tərəfindən idarə olunur. Rozhen Rəsədxanası 6 teleskopla təchiz olunub: universal 2 metrlik Ritchey-Chretien-Coude (RCC) Carl Zeiss Jena reflektor, 50/70 sm Şmidt, 60 sm Kassegrain, öz-özünə qurulmuş 15 sm günəş koronaqrafı, 30 sm MEADE, 18 sm Meniscas Kassegrain. Rozhen Rəsədxanası geniş spektrli astronomik və astrofiziki tapşırıqlar üzrə müşahidələr təqdim edir - Günəş sistemindən cisimlərin dinamikası və fizikasından tutmuş ekstraqalaktik tədqiqatlara qədər, asteroidlər və kometlər, müxtəlif siniflər və dəyişkənlik növlərinin ulduzlarının spektrləri, ulduz qrupları, yaxınlıqdakı və uzaq qalaktikalar, kvazarlar. Rəsədxananın kodu: 071. Rozhen Milli Astronomiya Rəsədxanası, Astronomiyada Mükəmməllik Mərkəzi, 2009-2010.
İohann Droyzen
İohann Qustav Bernhard Droyzen (alm. Johann Gustav Bernhard Droysen‎; 6 iyul 1808[…] – 19 iyun 1884, Berlin), Pomeraniya, - 19 iyun 1884, Berlin ) — alman tarixçisi, Berlin, Kil və Yena universitetlərinin professoru. O, ilk dəfə ellinizmin sistemli tədqiqinə müraciət edərək bu termini təqdim etmişdir. == Elmi əsərləri == Droyzen Esxil (1831) və Aristofanı (1836-1838) tərcümə etmiş, " Makedoniyalı İskəndərin tarixi" (1833), eləcə də " Ellenizm tarixi" (1836-1843) əsərlərini yazmışdır. Droyzen gənc bir alim üçün təəccüblü cəsarətlə (onun hələ 30 yaşı olmamış) elmi dövriyyəyə "ellinizm" terminini gətirmiş, bununla da Şərqi Aralıq dənizi ölkələrinin tarixindəki tarixi dövrü İsgəndərin yürüşlərindən səciyyələndirdi. Bu mənada onu layiqincə “Orta əsrlər”in “ixtiraçısı” Kristofer Keller (Cellarius) və “Renessans” konsepsiyasının yaradıcıları Jül Mişle və Yakob Burkhardtla bərabər tutmaq olar. Droyzen ellinizmi yeni antik dövr adlandıraraq, bu anlayışla ellinistik, yəni sırf ellin deyil, şərq elementləri ilə qarışmış bir mədəniyyət kimi təsnif etmişdir. Droyzen Makedoniyanın işğalçılıq siyasətini qədim tarixin hərəkətverici başlanğıcı hesab edirdi. Droysen Makedoniyalı İsgəndərin fəaliyyətini XIX əsr alman tarixindəki hadisələrlə müqayisə etdi, həmçinin II Filippin Yunanıstanın birləşməsi ilə Almaniyanın birləşməsi arasında analoqlar apardı. Almaniyanın birləşdirilməsini Prussiyanın borcu hesab edən Droyzen öz tədqiqatını aktual siyasi problemlərin həllində mühüm yardımçı hesab etmiş və həyatının 30 ilindən çoxunu bu işə həsr edərək Prussiyanın tarixini gələcək birləşmiş Almaniyanın tarixdən əvvəlki tarixi kimi qələmə verdi.
Frezer Stoddart
Frezer Stoddart (24 may 1942[…], Edinburq) — Şotland və Amerika kimyaçısı, Şimal-Qərb Universitetinin professoru, Supramolekulyar kimya və nanotexnologiyalar sahəsində mütəxəssis, Jan-Pyer Savaj və Bernard Feringa ilə birlikdə 2016-cı il kimya üzrə Nobel mükafatçısı. == Təhsil və erkən həyatı == Frezer Stoddart 24 may 1942-ci ildə Şotlandiyanın Edinburq şəhərində Tom və Jean Stoddartın ailəsində anadan olub. S. Frezer etiraf edir ki, uşaqlıq illərində tapmacalara və oyuncaqla tikinti tikməyə həvəsinin olması, onun molekulyar quruluşa marağının əsasını məhz bunun təşkil etdiyinə inanırdı. Frezer Stoddart utancaq, sakit və gənc idi. İbtidai təhsilini Midlotian ştatının Carrington şəhərindəki yerli kənd məktəbində almışdır. Daha sonra Edinburqdakı Melville Kollecində təhsilini davam etdirdi. O, 1960-cı ildə Edinburq Universitetində təhsil almağa başladı, burada ilkin olaraq kimya, fizika və riyaziyyatı mükəmməl öyrəndi. O, 1964-cü ildə kimya üzrə bakalavr dərəcəsi, daha sonra 1966-cı ildə Edinburq Universitetinin Edmund Lengli Hirst və DMV Andersonun rəhbərliyi altında akasiyalarda təbii qatranların tədqiqi mövzusunda tədqiqatlarına görə doktorluq dərəcəsi aldı. == Karyerası == 1967-ci ildə Milli Tədqiqat Şurasının elmi işçisi kimi Kuins Universitetinə (Kanada) getdi. 1970-ci ildə o, kimya üzrə müəllim kimi akademik heyətə qoşulmazdan əvvəl Imperial Chemical Industries (ICI) şirkətindən elmi işçi kimi Şeffild Universitetinə köçdü.
Fil Foden
Filip Volter Foden (28 may 2000, Stokport[d]) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və İngiltərə U-17 millisində yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Foden 2017-ci ildə FİFA U-17 Dünya Çempionatı Qızıl Top mükafatının qalibi olmuşdur. Foden öz bacarıqlarını media qarşısında nümayiş etdirmişdir.
Jerom Roten
Jerom Roten (fr. Jérôme Rothen; 31 mart 1978[…]) ― hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan fransız futbolçu. Ləqəbi "Robot Roten"dir. Hazırda Korsika klubu olan "Bastia"da oynayır. == Karyerası == === Klub karyerası === Peşəkar futbolçu karyerasına "Kan"da başlayan Roten "Trua"nın formasını geyən zaman məşhurlaşıb. Bundan sonra "Monako"ya transfer olunub. 2003-2004-cü il mövsümündə keçirilən UEFA Çempionlar Liqasında "Monako"nun heyətində turnirin finalında oynasa da, klubu məğlub olub. "Monako"dan sonra Roten "Pari Sen-Jermen" klubuna transfer olunub və bu komandanın heyətində oynadığı 154 oyunda 13 qol vurub. Həmin mövsüm səkkiz dəfə Fransa milli futbol komandasının formasını geyinib. "Pari Sen-Jermen"də beş il oynadıqdan sonra "Qlazqo Reyncers"ə icarəyə verilib.
Kroze adaları
Kroze adaları (fr. Îles Crozet) — Fransaının Hind okeanında yerləşən Fransanın Cənub və Antarktika ərazilərinə daxildir. Arxipelaq 6 vulkan məşəlli adadan ibarətdir. Arxipelaq 100 km məsafədə yerləşir. Adalarda yaşayış yoxdur. Pocceson adasında Qütb stansiyası fəaliyyət göstərir. Burada 50 elmi işçi vardır. == Tarixi == Arxipelaq 22 (və ya 23) yanvar 1772 ildə fransız dənizçisi Marion-Dyofren tərəfindən aşkarlanmışdır. 24 yanvarda isə onlar adalarda fransız bayrağını adalara sançaraq Fransa ərazisi elan edirlər. O, adaları baş köməkçisi Jyol Krozenin şərəfinə adlandırılır.
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Pinşas Rosen
Pinşas Rosen (ivr. ‏פנחס רוזן‎‏‎; 1 may 1887, Berlin – 3 may 1978, Tel-Əviv) — 1948-51, 1952-56 və 1956–61 dövründə üç dəfə vəzifə yerinə yetirən İsrail dövlət xadimi və ölkənin ilk ədliyyə naziri idi. 1960-cı illərdə müstəqil liberalların lideri idi.
Rouen Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Roven Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.