Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dördləçək mərcanı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.