Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Göyüşlü
Böyük Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd.
Babək Göyüşlü
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) == Həyatı == Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Bala Göyüşlü
Bala Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Kolayır kənd Sovetindən Bala Göyüşlü kəndi Böyük Göyüşlü kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == 1933-cü ildə Bala Göyüş və Bala Göüc variantlarında da qeydə alınmışdır. Oykonim "kiçik Göyüşlü kəndi" deməkdir.
Böyük Göyüşlü
Böyük Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Böyük Göyüşlü kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Göyüşlü kənd Soveti yaradılmışdır. == Tarixi == Etnotoponimdir. Kəndin göyüşlü nəsli tərəfindən salınması güman edilir. 1933-cü ildə kəndin adı Böyük Göyüc kimi qeydə alınmışdır. Birinci komponent yaşayış məntəqəsini Kiçik Göyüşlü kəndindən fərqləndirmək üçün əlavə edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. == Əhalisi == Böyük Göyüşlü kənd əhalisi XIX əsrin əvvəllərində Qazax rayonundan gəlmişlər. Sonralar Kəlbəcər rayonundan bir neçə ailə bu kənddə məskunlaşmışdır.
Mübariz Göyüşlü
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Böyük Göyüşlü bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göyrüclük
Göyrüclük (Göyrücük) — Azərbaycan Respublikasının Balakən rayonunun Xalatala kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alazan-Əyriçay çökəkliyindədir. Əsl adı Göyrüşlüdür. Kəndin adı həmin ərazidəki göyrüş ağaclarının bolluğu ilə əlaqədar yaranmışdır.
Göyüşdü
Göyüşdü (Göyüşlü) — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Göyüşdü küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Göyüşdü küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub.Küçədə olan dərmanın həyətinə top mərmisi düşmüşdü. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Göyüşdü küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2008-ci ilin oktyabrın 1-də Göyüşdü küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2007-ci ilin sentyabrın 1-də Göyüşdü küçəsinə ilk dəfə telefon xətti çəkilib. 2000-ci ildə Göyüşlü küçəsində buğda, arpa və çəltiki üyüdə bilən dərmanın təməli qoyulub.
Qara Qoyunlu (xalça)