Böyük Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Böyük Göyüşlü kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Göyüşlü kənd Soveti yaradılmışdır.[2]
Böyük Göyüşlü | |
---|---|
40°20′ şm. e. 47°15′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Etnotoponimdir. Kəndin göyüşlü nəsli tərəfindən salınması güman edilir. 1933-cü ildə kəndin adı Böyük Göyüc kimi qeydə alınmışdır. Birinci komponent yaşayış məntəqəsini Kiçik Göyüşlü kəndindən fərqləndirmək üçün əlavə edilmişdir.[3]
Kənd Qarabağ düzündə yerləşir.
Böyük Göyüşlü kənd əhalisi XIX əsrin əvvəllərində Qazax rayonundan gəlmişlər. Sonralar Kəlbəcər rayonundan bir neçə ailə bu kənddə məskunlaşmışdır.
Bərdə rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |