Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir. Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir. Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pelisterin gözləri
Pelisterin gözləri — bunlar Pelisterin buzlaq mənşəlli gölləridir. Bu iki gölü həmçinin böyük və kiçik göllər olaraq adlandırırlar. Böyük göl 2218 m yüksəklikdə yerləşir. Onun uzunluğu 233 m, eni isə 162 metrdir. Kiçik göl isə 2180 metr yüksəklikdə yerləşir. onun uzunluğu 79 m, eni isə 162 metrdir. Böyük göl 14,5 m, Kiçik göl isə 2,6 m dərinliyə malikdir. Böyük gölün yanında 50–100 yerlik bir dağ evi və gəzinti, dağa dırmanma, dağ velosipedi və idman üçün gözəl terraslar var. Göllərə iki tərəfdən yaxşı işarələnmiş cığır yolu boyunca çatmaq olar. Bir cığır Nizepole kəndindən Lak Potok kəndində və ya Debel Rid ərazisindən xizək liftinədək, digər çığır isə yolsuzluq avtomobili ala biləcəyiniz Molika Oteldən Yorqov-Kamen kəndindən keçir.
Azərbaycan göllərinin siyahısı
== A ==
Gözlərinizi Qoruyun (1931)
Gözlərinizi Qoruyun (1953)
Qəhrəmanlar güclərini birləşdirir
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.
Türkiyə göllərinin siyahısı
Göllərin Tacı (1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Türkiyədəki göllərin siyahısı
Gözlərinizi qoruyun (film, 1931)
Gözlərinizi qoruyun (film, 1953)
Göllərin tacı (film, 1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Sahəsinə görə göllərin sıralaması
Sahəsinə görə göllərin sıralanması * Duzlu göl Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.
İşarəni Dənizdən Gözləyin (1986)
Filmin əsasını real faktlar təşkil edir. Burada Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışılır. Filmdəki qəhrəmanların ümumiləşdirilmiş obrazları arxasında real tarixi şəxsiyyətlər durur. Film yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında çəkilmişdir. Kino əsəri Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuşdur. Ssenari müəllifi: İsmayıl Şıxlı, Firudin Ağayev, Ramiz Rövşən Quruluşçu rejissor: Ceyhun Mirzəyev Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Arif Məlikov Səs operatoru: Əsəd Əsədov Rejissor: T. Məmmədov Operator: S. İsmayılov Montaj edən: Tamara Nərimanbəyova Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Elbrus Vahidov Dekor rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Nadir Əzməmmədov, Mirzəbala Məlikov Operator assistenti: R. Fətullayev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi), V. Tolkaçov (kontr-admiral) Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: Arif Məlikov Filmin redaktoru: Əli Qurbanov İnzibatçı: Sahib Quluzadə, M. İsmayılov, Ş. Balakişiyev Filmin direktoru: Aydın İmrani Trüklərin quruluşu: Nizami Musayev Kaskadyor: T. Əliyev, V. Piriyev, V. Nikişev, Ş. Şirəliyev Fuad Poladov — komandan Əliabbas Qədirov — Sultanov Həsənağa Turabov — baş nazir Fazil Bayramov — Tlexas Fəxrəddin Manafov — Şəfibəyov Gündüz Abbasov — şair Lalə Qiyasbəyli — Leyla Firəngiz Mütəllimova — Sona Muxtar Maniyev — polis rəisi Ələddin Abbasov — qoca Vilnis Bekeris — ingilis Kamil Zöhrabov — Həsən Vladislav Kovalkov — Matveyev Vidadi Həsənov — komandanın yavəri Ramiz Əzizbəyli — Mustafa Tanilə Əhmərova — qadın Nurəddin Mehdixanlı — Kazım bəy Həsən Məmmədov — qoca general Yaşar Nuri — kapitan Sədayə Mustafayeva — komandanın anası Kamran Şahmərdanov — Çingiz Ənvər Həsənov — adyutant Gennadi Yuxtin — həştərxanlı Ramiz Məlikov — balıqçı Vəliəhd Vəliyev — balıqçı Tariyel Qasımov — bolşevik Sadıq Hüseynov — çayçı Mirzə Babayev — müsavatçı Əfrasiyab Məmmədov — müsavatçı Nazir Əliyev — xəbərçi T. Məmmədov Kazım Abdullayev — matros Fikrət Əliyev A. Rüstəmov A. Rüstəmov (II) Gümrah Rəhimov — bolşevik R. Hüseynov Sabir Sultanov — müsavatçı Natiq Səfiyev Valeri Kərimov V. Əliyev A. Xarçenko Rafiq Kərimov Ə. Məmmədov Ağarəfi Rəhimov — küçədəki adam Lətifə Əliyeva — küçədəki qadın Nizami Musayev — dilənçi İdris Rüstəmov — dilənçi Cahangir Aslanoğlu — müsavatçı Ötkəm İsgəndərov — tələbə Ömür Nağıyev — bolşevik Fikrət Məmmədov — zabit (titrlərdə yoxdur) Mayak Kərimov — küçədəki adam (titrlərdə yoxdur) Rasim Balayev — komandan (Fuad Poladov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — qoca (Ələddin Abbasov) (titrlərdə yoxdur) Muxtar Avşarov — müsavatçı (Mirzə Babayev) (titrlərdə yoxdur) Rafiq Əzimov — müsavatçı (titrlərdə yoxdur) Hacı İsmayılov — bolşevik (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — qadın (Tanilə Əhmərova) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Sona (Firəngiz Mütəllimova) (titrlərdə yoxdur) Hamlet Xanızadə — şair (Gündüz Abbasov) (titrlərdə yoxdur) Məhluqə Sadıqova — komandanın anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — komandanın yavəri (Vidadi Həsənov) (titrlərdə yoxdur) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Azərbaycanda göllərin sahəsinə görə sıralaması
== İstinadlar ==
Göllərin dünyada sahəsinə görə sıralaması
Sahəsinə görə göllərin sıralanması == sahəsi 4000 km² çox olan göllər == * Duzlu göl == Materiklərə görə ən iri göllər == Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka == Qeydlər == == Mənbə == Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.
İşarəni dənizdən gözləyin (film, 1986)
Filmin əsasını real faktlar təşkil edir. Burada Azərbaycanda sovet hakimiyyəti qurulması uğrunda aparılan mübarizədən danışılır. Filmdəki qəhrəmanların ümumiləşdirilmiş obrazları arxasında real tarixi şəxsiyyətlər durur. Film yazıçı Firudin Ağayevin "İldırım dənizə çaxır" və "İldırım ömrü" romanlarının motivləri əsasında çəkilmişdir. Kino əsəri Azərbaycanın dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunmuşdur. Ssenari müəllifi: İsmayıl Şıxlı, Firudin Ağayev, Ramiz Rövşən Quruluşçu rejissor: Ceyhun Mirzəyev Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Arif Məlikov Səs operatoru: Əsəd Əsədov Rejissor: T. Məmmədov Operator: S. İsmayılov Montaj edən: Tamara Nərimanbəyova Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Elbrus Vahidov Dekor rəssamı: Fikrət Ələkbərov Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Nadir Əzməmmədov, Mirzəbala Məlikov Operator assistenti: R. Fətullayev Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi), V. Tolkaçov (kontr-admiral) Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: Arif Məlikov Filmin redaktoru: Əli Qurbanov İnzibatçı: Sahib Quluzadə, M. İsmayılov, Ş. Balakişiyev Filmin direktoru: Aydın İmrani Trüklərin quruluşu: Nizami Musayev Kaskadyor: T. Əliyev, V. Piriyev, V. Nikişev, Ş. Şirəliyev Fuad Poladov — komandan Əliabbas Qədirov — Sultanov Həsənağa Turabov — baş nazir Fazil Bayramov — Tlexas Fəxrəddin Manafov — Şəfibəyov Gündüz Abbasov — şair Lalə Qiyasbəyli — Leyla Firəngiz Mütəllimova — Sona Muxtar Maniyev — polis rəisi Ələddin Abbasov — qoca Vilnis Bekeris — ingilis Kamil Zöhrabov — Həsən Vladislav Kovalkov — Matveyev Vidadi Həsənov — komandanın yavəri Ramiz Əzizbəyli — Mustafa Tanilə Əhmərova — qadın Nurəddin Mehdixanlı — Kazım bəy Həsən Məmmədov — qoca general Yaşar Nuri — kapitan Sədayə Mustafayeva — komandanın anası Kamran Şahmərdanov — Çingiz Ənvər Həsənov — adyutant Gennadi Yuxtin — həştərxanlı Ramiz Məlikov — balıqçı Vəliəhd Vəliyev — balıqçı Tariyel Qasımov — bolşevik Sadıq Hüseynov — çayçı Mirzə Babayev — müsavatçı Əfrasiyab Məmmədov — müsavatçı Nazir Əliyev — xəbərçi T. Məmmədov Kazım Abdullayev — matros Fikrət Əliyev A. Rüstəmov A. Rüstəmov (II) Gümrah Rəhimov — bolşevik R. Hüseynov Sabir Sultanov — müsavatçı Natiq Səfiyev Valeri Kərimov V. Əliyev A. Xarçenko Rafiq Kərimov Ə. Məmmədov Ağarəfi Rəhimov — küçədəki adam Lətifə Əliyeva — küçədəki qadın Nizami Musayev — dilənçi İdris Rüstəmov — dilənçi Cahangir Aslanoğlu — müsavatçı Ötkəm İsgəndərov — tələbə Ömür Nağıyev — bolşevik Fikrət Məmmədov — zabit (titrlərdə yoxdur) Mayak Kərimov — küçədəki adam (titrlərdə yoxdur) Rasim Balayev — komandan (Fuad Poladov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — qoca (Ələddin Abbasov) (titrlərdə yoxdur) Muxtar Avşarov — müsavatçı (Mirzə Babayev) (titrlərdə yoxdur) Rafiq Əzimov — müsavatçı (titrlərdə yoxdur) Hacı İsmayılov — bolşevik (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — qadın (Tanilə Əhmərova) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Sona (Firəngiz Mütəllimova) (titrlərdə yoxdur) Hamlet Xanızadə — şair (Gündüz Abbasov) (titrlərdə yoxdur) Məhluqə Sadıqova — komandanın anası (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — komandanın yavəri (Vidadi Həsənov) (titrlərdə yoxdur) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Təpələrin gözləri var (film, 1977)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 1977-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Ailə Kaliforniya yolu ilə gedən zaman səhvən yeni model təyyarələrin sınaqdan keçirildiyi yerə düşürlər. Bu yoldan keçmək isə digər insanlara qadağandır. Onlar yol ilə gedən zaman qəzaya uğrayırlar. Amma təhlükə hələ qarşıdadır. Onlar yeni sivilizasiyadan xəbəri olmayan insanlarla qarşılaşacaqlar. Bu isə daha sonra qarabasmaya çevriləcəkdir...
Təpələrin gözləri var (film, 2006)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 2006-cı ildə qorxu filmi janrında çəkilən ABŞ filmi. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və rejissor Aleksandr Ajadır. Filmin başlanğıcında bir qrup əsgər formasında olan araşdırmaçılar göstərilir. Ancaq ani və səbəbi naməlum bir mutantın hücumu nəticəsində araşdırmaçıların hamısı ölər. Etel Karter və həyat yoldaşı Bob Karter evlilik il dönümlərini qeyd etmək üzrə Kleveland, Ohayodan San Diyeqo, Kaliforniyaya hərəkət edərlər. Bu səfərdə karvan içində qızları Brenda, oğulları Bobbi (Den Bird), böyük qızları Linn (Vinessa Shau), Linninin həyat yoldaşı Douq (Aaron Stenford), ikilinin qız körpələri Katherina və "Gözəl" və "Canavar" adlarıyla bilinən Alman çoban itləri var. Ailə üzvləri ən başda bir benzinlikdə fasilə verər. Burada bəzi qəribə hadisələr yaşadıqdan sonra benzinliyin sahibi olan adamdan yolu soruşarlar. Ancaq yola çıxdıqdan bir müddət sonra yolu itirərlər.
Təpələrin gözləri var 2 (film, 1985)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 1985-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Cavan qrup heyəti idmana getməyə hazırlaşırlar. Onlar yolda olan zaman səhralıqda bir fermanın olduğunu görürlər. Getdikcə heyət başa düşür ki, onların arxalarıyca kimsə izləyir. Bir müddətdən sonra cavanlar bir-bir yoxa çıxmağa başlayır. Sonradan aydın olur ki, onlar müasir sivilizasiyadan xəbəri olmayan hannibal (adamyeyən) tipinə mənsub insanlardılar... Ues Kreyven etiraf edir ki, bu filmi ona pul lazım olduğu üçün çəkmişdir.
Təpələrin gözləri var 2 (film, 2007)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 2007-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və oğlu Conatan Kreyvendir. İlk filmdə iştirak edən bölgə bu filmin də məkanı olaraq işlənməkdədir. Daha əvvəl nüvə sınaqların edildiyi sahə ilk filmdəki ailənin tragediyası sonrası tamamilə boşaldılmışdır. Ancaq axtarış və idarə işləri üçün kiçik bir elmi və əsgəri qrup burada vəzifəyə davam etməkdədir. Alimlər Nyu-Meksikada mutant varlıqların heç birini tapa bilmirlər. Film ilk filmdən dost olan mutantların əsir götürdükləri insandan uşaq sahibi olmalarının görünüşləri ilə başlayır. Qanlı doğum görünüşləri sonrası bir qrup əsgərin Əfqanıstan dekorasiyalı mühitdə etdikləri manevr görünüşləri gəlir. Daha sonra bu əsgərlər iş məqsədi ilə sərt bir liderliyində məşhur səhraya gedirlər.