Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güləbird
Güləbird — Azərbaycan Respublikasının Laçın rayonu Güləbird kənd inzibati ərazi dairəsində kənd. Güləbird kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Rayon mərkəzindən düz xət üzrə 18 km, avtomobil yolu ilə 36 km məsafədədir. 1993-cü ilin avqust ayının otuzbirində Birinci Qarabag müharibəsində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == 1822-ci ildə Qarabağ xanlığı ləğv olunana qədər hazırkı Güləbird kəndi və ətaf əraziləri mərkəzi Şuşa şəhərində yerləşən Qarabağ xanlığına tabe olmuşdur. 1822-1840-cı Qarabağ xanlığı dağıldıqdan sonra ərazi komendatlıq üsuli-idarəsi ilə idarə olunmuş, 1840-cı ildən Qarabağ əyaləti Şuşa qəzasına çevrilmişdir. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılarkən Şuşa quberniyası bu quberniyaya tabe edilmişdir. 1924-cü ildə yeni Zəngəzur qəzası yaradılaraq Laçın rayonunun əksər hissəsi bu qəzanın tərkibinə verilmişdir. 1929-cu ildə qəzalar ləğv olundu və 1930-cu ildə Laçın rayonu yaradıldı.
Güləbird Su Elektrik Stansiyası
Güləbird Su Elektrik Stansiyası — Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə SES. Prezident İlham Əliyev 14 fevral 2021-ci ildə işə salıb. Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır. Laçın rayonu işğaldan azad olunandan ay yarım sonra artıq burada Su Elektrik Stansiyası istismara verilib.