Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güləbird
Güləbird — Azərbaycan Respublikasının Laçın rayonu Güləbird kənd inzibati ərazi dairəsində kənd.Güləbird kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Rayon mərkəzindən düz xət üzrə 18 km, avtomobil yolu ilə 36 km məsafədədir. 1993-cü ilin avqust ayının otuzbirində Birinci Qarabag müharibəsində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == 1822-ci ildə Qarabağ xanlığı ləğv olunana qədər hazırkı Güləbird kəndi və ətaf əraziləri mərkəzi Şuşa şəhərində yerləşən Qarabağ xanlığına tabe olmuşdur. 1822-1840-cı Qarabağ xanlığı dağıldıqdan sonra ərazi komendatlıq üsuli-idarəsi ilə idarə olunmuş, 1840-cı ildən Qarabağ əyaləti Şuşa qəzasına çevrilmişdir. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılarkən Şuşa quberniyası bu quberniyaya tabe edilmişdir. 1924-cü ildə yeni Zəngəzur qəzası yaradılaraq Laçın rayonunun əksər hissəsi bu qəzanın tərkibinə verilmişdir. 1929-cu ildə qəzalar ləğv olundu və 1930-cu ildə Laçın rayonu yaradıldı. Məskunlaşması XVI-XVII əsrlərdən başlayan Novruzalılar, Yuxarı Məzməzək, Aşağı Məzməzək, Orta oba, Abas qışlağı, Rəfi, Bayramuşağı kəndləri Laçın rayonunun tərkibinə verildi.