Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"Nuhçıxan" radiosu
"Nuhçıxan" radiosu — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən radio. == Tarixi == "Nuhçıxan" radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlamışdır. == Yaradıcı heyəti == Radionun yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir. == Fəaliyyəti == Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. == Yayım ərazisi == Hazırda "Nuhçıxan" radiosu "Universitet Televiziyası" ilə birlikdə Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatında 5 km radiusunu əhatə edən ərazidə yayımlanır.