Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güngörməz
Güngörməz Borçalı bölgəsində kənd adı. == Toponimkası == Güngörməz- Borçalı bölgəsində kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Güngörməz dağ və kənd, Azərbaycanda Cavanşir və Şamaxı qəzalarında Güngörməz dağ adları ilə mənaca eynidir. "Quzey yerdə yerləşən dağ" mənasındadır.
Güngörməz (Xudafərin)
Güngörməz (fars. گون گورمز‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 950 nəfər yaşayır (194 ailə).
Güngörməz (İğdır)
Güngörməz — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901-ci ildən bəri Güngörməz adını daşıyır. Kəndin bu cür adlanması onun yerləşdiyi gövqe ilə əlaqədardır. == Əhalisi == 150-ci ildə-cı il məlumatına görə kəndin Qızılgüllə məhəlləsində 165 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 40 km uzaqlıqdadır.
Güngörməz qalası
Güngörməz qalası — Hacıqabul rayonu, İkinci Udullu kəndi ərazisində yerləşən arxeoloji abidə. == Ümumi məlumat == Güngörməz qalası rayon mərkəzindən 45 kilometr aralıda yerləşir. Mənbələrə görə, bu yaşayış yerinin tarixi antik dövrdən XVII əsrə qədər olan böyük bir müddəti əhatə edib. Deyilənlərə görə, qala gün düşmədiyi üçün "Güngörməz" adlandırılıb. Düşmən hücumlarından qorunmaq üçün inşa edilən qala dağın ən hündür zirvəsində tikilib. Divarlarının eni 3 metrdir. Daxilində isə əlavə divarlar mövcuddur. Bu divarların da aşağı hissəsi 2 cərgə nəhəng sal daşlardan ibarətdir. Güman edilir ki, siklopik qalaları xatırladan "Güngörməz" qalasının inşasından əvvəl də bu ərazidə müdafiə qalası mövcud olub. "Güngörməz" qalasının tikintisində də siklopik qala qalıqlarından da istifadə edilib.