Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalagah
Qalagah (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Qalagah (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qalagah — Dəvəçi rayonunun Kuybişevkənd inzibati ərazi vahidində kənd.
Qalagah (Quba)
Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. == Toponimikası == Qalagah oyk., miir. Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır.
Qalagah (İsmayıllı)
Qalagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu oykonim çox güman ki, kəndin ərazisində V-VI əsrlərə aid olan və xarabalıqları el arasında "Qız qalası" adlandırılan qədim qalanın adı ilə bağlıdır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funkisyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qalagah burnu
Qalagah burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Bilgəh-Pirşağı yolundan şimalda, Amburan mayakından isə şimal-şərqdə yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır.
Qalagah bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qalagah yaşayış yeri
Qalagah yaşayış yeri Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qalagah kəndinin yaxınlığında yerləşir. Qədim yaşayış yeri 30 hektara yaxın sahəni əhatə etməklə yüksək yayla üzərində yerləşir və üç tərəfdən dərə ilə əhatə olunur. == Arxeoloji tədqiqatlar == İlkin arxeoloji tədqiqatlar keçən əsrin 30-cu illərində Y.A.Paxomov tərəfindən aparılmışdır. Abidədə əsaslı tədqiqatlar 1963-cü ildən başlayaraq arxeoloq Fazil Osmanov tərəfindən aparılıb. Aparılan arxeoloji tədqiqatlar zamanı abidənin şəhər tipli yaşayış yerinə aid xüsusiyyətləri bəlli olmuşdur. Qazıntı işləri nəticəsində mədəni təbəqənin qalınlığı 1,5-1,7 m olduğu müəyyənləşdirilib. Ən alt qatda, xam torpağın üzərində dirək yerləri, ocaq və dairəvi formada hamarlandırılmış döşəmə müşahidə olunub. 04-05 m dərinlikdən çay daşlarından hörülmüş bina qalıqları (divarlar) üzə çıxarılıb. Çay daşlarının orta ölçüsü 32x36 sm-dir. Sonrakı dövrlərdə görülən təsərüffat işləri nəticəsində divar dağıdıldığından onun dəqiq istiqamətini müəyyən etmək mümkün olmamışdır.