QABAQ-QABAĞA

QABAQ-QABAĞA (iki nəfərin bir-birinin qarşısında olması) O biri nümayəndələri oturmağa dəvət etdi, özü də gəlib Pəri xala ilə qabaq-qabağa əyləşdi (M.İbrahimov); QABAQ-QARŞI Güllü ..qoluçirməkli olduğu halda, oğlu ilə qabaq-qarşı durub danışırdı (Ə.Əbülhəsən); QABAQ-QƏNŞƏR [Aytəmiz:] Şəhərdə çox fikirləşdim, çox götür-qoy elədim ki, sənə ürəyimi açam, səninlə qabaq-qənşər oturub danışam (Ə.Qasımov); RUBƏRU (kl.əd.) Dün mənimlə rubəru buldu nigar, oldu rəqib.. (Xətayi); ÜZBARI Gəl ikimiz söhbət edək; Duraq üzbarı, bəxtəvər (Aşıq Veli Miskinli); ÜZBƏÜZ (bax).

QABAQ
QABAQ-QARŞI
OBASTAN VİKİ
Qabaq sukatı
Qabaq sukatı - Qabaqdan hazırlanmış quru mürəbbə Tərkibinə qabaq, şəkər tozu, vanil daxildir. Qabaq sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Qabaq bulaq (Şot)
Qabaq bulaq (fars. قاباخ بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qabaq təpə (Salmas)
Qabaq təpə (fars. قاباخ تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (28 ailə).
Yunan qabaq piroqu
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də xatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. 1/2 stəkan zeytun yağı 1 stəkan xırda doğranmış yaşıl soğan 3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış 5 iyi yumurta 1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır) 1 stəkan un 3 çay qaşığı qabartma tozu (baking powder) 1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. *Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz) 1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən *Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər) 1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm) zövqə görə istiot zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika) üzərini bəzəmək üçün qabaq dilimləri Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın. Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.

Значение слова в других словарях