Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qanqren
Qanqren (yun. gangraina) — toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi (nekrozu). Toxumalara oksigen ya heç çatmadıqda, ya da cüzi miqdarda çatdıqda başlayır. Adətən ürəkdən çox aralı nahiyələrdə, məsələn, barmaqlarda, yaxud infarkt zamanı ürək əzələsində, ya da ağciyərdə olur. Qan damarlarığın trombozu, ateroskleroz, endarteriit və s. xəstəliklər, habelə mexaniki (travma), fiziki (yanıq, donma), kimyəvi (qatı turşu və qələvilərin təsirindən), şüa və s. amillərin təsiri nəticəsində baş verir. Qanqrenin 3 növü var: quru, yaş və qazlı qanqren. Toxumalara qan axını birdən kəsildikdə və toxumalar quruduqda başlayır. Çürümüş toxuma bərkiyir, büzüşür, toxuma zülallarının laxtalanması, qan piqmentlərinin parçalanması nəticəsində tünd-qəhvəyi, yaxud qara rəng alır.
Carach Angren
Carach Angren — Holland simfonik blək metal qrupu, 2003-cü ildə yaradılmışdır. Onların ilk EP albomu 2005-ci ildə "Ethereal Veiled Existence" adlı albomları olmuşdur. Bu mini EP albomdan sonra qrup 2007-ci ildə "Maddening Media" albom şikəti ilə müqavilə imzalayaraq, ilk studio "Lammendam" adlı albomlarını 2008-ci ildə çıxartdılar. Daha sonra onların ikinci albomu 26 fevral 2010-cu ildə "Death Came Through a Phantom Ship" adlı albomları olmuşdur. Bu albomdan sonra qrup Dark Funeral, Zonaria və Nefarium kimi qruplarla Avropa turlarına qatılaraq konsertlər də çıxış etmişdir.
Anqren
Əngren (özb. Angren, Ангрен) — Özbəkistanın Daşkənd vilayətində şəhər. == Tarixi == Toponim ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Qədim Ahəngəran vadisində və eyni adlı çayın kənarında yerləşir. Şəhər 1942-ci ildə yaranıb. == Coğrafiyası == == Əhalisi == Şəhərin əhalisi 175,4 min nəfərdir (2014). == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Qanqrenoz piodermiya
Qanqrenoz piodermiya – xoraların yaranması ilə gedən nadir xəstəlikdir. Sistem xəstəliklərlə assosiasiya olur. Zədələnmə çox ağrılı pustulların yaranması ilə başlayır (ən çox aşağı ətrafda). Xoranın mərkəzi eritematoz bənövşəyi sərhədlə əhatə olunur. Sağaldıqda çapıq qalır.
Furne qanqrensı
Furne qanqrensı — Əsasən kişilərdə rast gəlir. Anusətrafı nahiyənin və cinsi orqanların infeksion-iltihabi zədələnməsi ilə müşahidə olunur. Xəstəliyin yaranmasında kiçik dəri çapığı və yarasına aerob və anaerob mikrofloranın düşməsinin rolu böyükdür.